Bu gün yerləşdiyimiz regionda Azərbaycan xalqının və dövlətinin iradəsindən kənar heç bir proses reallaşa bilməz - ŞƏRH

Hit: 365
Bu gün yerləşdiyimiz regionda Azərbaycan xalqının və dövlətinin iradəsindən kənar heç bir proses reallaşa bilməz - ŞƏRH
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdış konsepsiyası planlı şəkildə, ardıcıllıqla icra olunmaqdadır. Demək olar ki, hər gün onlarla məcburi köçkün ailəsinin öz doğma yurd-yuvalarına köçürüldüyünün şahidi oluruq. Azərbaycan öz imkanları hesabına 30 ilə yaxın müddətdə Ermənistanın dağıtdığı, taladığı, viran qoyduğu tarixi torpaqlarında geniş miqyaslı bərpa-quruculuq işləri həyata keçirir.

Bu günlərdə Qarabağın tacı olan, mədəniyyət beşiyimiz Şuşa şəhərinin əzəli sakinlərinin bir qrupunun ata-baba ocaqlarına dönüşü təmin edildi. Şuşadan danışarkən xəyallarımızda, gözlərimizin önündə elə bir anlar canlanır ki, bəzən bu hissləri sözlə ifadə etmək çox çətin olur. Bəli, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Şuşanı düşməndən azad edən gün sözün həqiqi mənasında xalqımızın mənliyi yenidən özünə qayıtdı. 28 il ərzində qırılmış, əzilmiş qürurumuz bir anda bərpa olundu. Azərbaycan tarixinin ən şərəfli səhifələrinin yazıldığı Vətən Müharibəsinin taleyi də bu hadisə ilə həll edildi. Şuşa kimi alınmaz bir qalanın müqayisəedilməz şücaət, qəhramanlıqla düşməndən azad edilməsi ermənilərin və onların havadarlarının belini sındırdı. Müzəffər Ali Baş Komandanımız  çıxışlarının birində “işimiz Şuşasız yarımçıq qalardı” demişdi. Şuşalıların bir hissəsinin Şuşaya məhz may ayının 8-də qayıtması təsadüfi deyil, simvolik məna daşıyır. 4 il öncəyə qədər 8 may xalqımız üçün matəm günü idi. Rəsmi olmasa da, bütün vətənpərvər insanlar bu “qara gün”ü ürəklərində yaşadırdırlar. Bu ildən isə 8 may şuşalıların Şuşaya qayıdışı günüdür.

Bu tarix bundan sonra hər zaman belə qeyd olunacaq. Cənab İlham Əliyev Şuşaya qayıdan şuşalılarla görüşüb-söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən qəhraman oğullarımızın göstərdikləri misilsiz şücaətdən danışdı: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”. Bəli cənab Prezidentin sözləri desək, bu gün yerləşdiyimiz regionda Azərbaycan xalqının və dövlətinin iradəsindən kənar heç bir proses reallaşa bilməz. Bu gün artıq lazımı xarici dairələr ölkəmizin gücünün, qüdrətinin nəyə malik olduğunu gözəl bilirlər. Azərbaycan xalqı öz tarixi yurd yerlərində haqlı, ədalətli olaraq bərqərar olub. Bundan sonra xalqımız tarxi torpaqlarında əbədi yaşayacaqdır. 
 
Rəna İmanzadə;
Neftçala rayon gənci
 
 








Redaktorun seçimi