Sehrbazlıqla müstəmləkəçilik zehniyyəti uzun sürməz

Hit: 236
Sehrbazlıqla müstəmləkəçilik zehniyyəti uzun sürməz
Ey dili qafil fil faili məchul fani f....
 
Derlər,
Unudulmuş oxucu,
Həmişə də şeytani - gizli qazanını başında gəzdirən, əgər dini bir istiqamətə yönəlsəydi dönəminin ən məhşur tarixə düşəcəyi papazı kimi ad da çıxardası, olduqca məhşur sehrbaz Rober Uden 1856-cı ildə bütün ruzilərini istismar etdikləri xalqların əzablarından çıxardıqları fransızların yenilməzliyini, aman diləyənə göz açdırmayaraq qəhrəman xalq olduğunu təbliğ etmək üçün sirrini, kəhanətini münbit ərazidə işə salsın deyə, onu Parisdən Əlcəzairə göndərirlər. 
Udenin göstərdiyi fəaliyyət yerli xalqın düşüncəsində silinməz izlər qoyur, zehniyyətlərində böyük təsir yaradırdı. Məsələn, o, növbəti çıxışlarının birinində şəhər bazarında silahlı əsəgərlərdən xahiş edir ki, ona atəş açsınlar. Kütlənin gözləri önündə əsgərlərin açdığı silahdan çıxan güllələri dəmir boşqabla tutur və özü bircə yerindən belə yaralanmır.
Növbəti çıxışlarının birində bu əcaib-qəraib adam kütlənin önündə yerli xalqın damarlarına toxunan oyun oynayır.  Qələbəlikdə kimin Quranı başdan sona əzbər bildiyini soruşur. O qədər insan içində bir qocanın, Quranı əzbər bildiyini söyləyir. Sonra məlum olur ki, qocanın əzbər deməsi üçün hər hansı səhifədən verilən suallar cavabsız qalır. O zaman Uden öz fəndini işə salmağa başlayır. Quranın bir neçə nüsxəsini tamaşaçılara paylayan Uden xahiş edir ki, istənilən səhifəni desinlər, o, həmin səhifədən Quranı əzbər söyləyə bilər. Dediyi kimi də olur və o, camaatın təklif etdiyi səhifələrdən əzbər deyəndən sonra, bütün ölkədə ondan danışaraq, ona başında “qazan gəzdirən şeytan” deyirlər. Udenin nə şeytan əməlləri, nə sehirbazlığı Əlcəzair xalqının azadlıq uğrunda mübarizəsini dayandıra bilmədi. 
Sonrakı dönəmlərdə və indi də Fransa dövləti öz mənfur əməllərindən geri qalmır. Hər an, hər vəclə çalışır ki, dünyanın harasında məzlum xalq, kasıb toplum, gücsüz ölkə, çaşqın qalmış hakimiyyət varsa, ora öz növbəti sehirbazlarını, Udenlərini göndərsin. 
 
Derlər,
Unudulmuş oxucu,
Bu gün Fransanın Udeni, məhşur sehrbazı yesir məmləkətlərin hesabına qazandığı və onun əlində topladığı iqtisadi gücüdür, apardığı müstəmləkə siyasətidir, özünü üstün irq hesab edərək, müsəlman -türk dövlətlərinə qarşı yuxarıdan aşağı baxmaqla hələ də şeytani gücünü qoruyub saxlama instinktidir. Ancaq zaman o zaman deyil. Udenlər də, sehrbazlar da (dərisi soyulub cızdağı çıxan toplumların varlığında) bir yerə qədərdir. Doğrudur, bütün dünyada, eləcə də şərqdə, o cümlədən Azərbaycanda hələ də Fransadan gələn Udenlərə, onların göstərdiyi şeytani performanslara sırasını sıxlaşdıraraq inanıb aldananlar az deyil. 
Fransızlar, imperialistlər daxil olduqları, sömürəcəkləri ölkəyə hürriyyət aparmaq adıyla sehrlə daxil olurlar. Sanki bu ölkələr aşağıladıqları xalqlara hürriyyət yardımı, azadlıq ehtiyaclarını qarşılamaq üçün əl uzatdıqlarını, özgürlük hekayələrini nümunə olsun deyə danışmaq ehtirasıyla üz tutduqlarını qabardaraq törədəcəkləri qırğınları ört-basdır etmək üçün əvvəlcədən bütün təbliğat xarakterli kompaniyalarını dövriyyəyə buraxırlar. Onlar, zatən yerli xalqların psixologiyasını, şüuraltı təlqinlərini dəqiq bilməsələr, istədiklərinə bu şəkildə asanlıqla nail ola bilməzdilər.Hegomonçuluq azarına tutulanlar, qurtarıcı maskası geyənlər, müstəmləkəçilik siyasəti yürüdüb istismarçılıq xislətindən əl çəkməyən ölkələr yerli xalqların məhz nəyə maraq edə biləcəklərini, onları heyrətə düşürəcək ssenarilərini bütün incəliyinə, ölçü-biçilərinə qədər hesabını aparmağı bacarıblar. Əvvəllər sehrbaz Udenin çıxışlarından istifadə edənlər, bu gün az qalır udenlərin göstərdiyi çıxışların xatirələrindən danışsınlar. O xatirələri ssenari edib filmlər çəkərək bizlərə yeni üslub və psixologiyada təqdim edirlər. Ekranlardan seyr elədiyimiz o filmlərin hər birində istənilən estetik dinamikasında, fəlsəfi çalarında, süjet xəttində, ideya yayqınlığında bizlərə qarşı mədəni aşağılama kompleksi, idarə etmə “səriştəsi və həvəsi”, “mənsiz mümkün olmaz” isterikası, “sənin dəyərin mənimlə məzənnəyə minə bilər” narsizmi özünü bu və ya digər şəkildə göstərməyindədir. Bu filmlərin alt qatından verilən mesajlarda bizə qarşı köləlik baxışlarının sənət müstəvisindəki həllindən sehrə hopan, kəhanətə bürünən detalların mahiyyəti kimlərisə üstün qılaraq, bizləri aşağı səviyyəli mədəniyyət arealında cəza çəkmə müəssisələrinə az təpişdirmir, pərçimləmir. Üstəlik belə məzmunlu filmləri bizlərə sataraq ordan qazandıqları gəlirlərin bizim kimi ölkələrin neftinin gətirdiyi gəlirdən nə qədər çox, nə qədər qalıcı, nə qədər zəngin, üst  sülalə xülyasını yaratdığının reallığına dəlalət edən xislətlərini bilsəniz, qanınız damarlarınızda donar. 
 
Derlər,
Unudulmuş oxucu və gözdən düşürülən insanlar,
Fransa inqlabından deyil,(çünki kilsənin öndərliyində və beyin mərkəzi tərəfindən inqlab adı verdikləri bu məlum tarixdə gerçəkləşən olayda məqsəd heç də bu gün bizlərə sırıdıkları ideoloji mahiyəti ehtiva edən məsələ deyildir:-x.t.) şərqi öz köləsinə çevirmək üçün başlatdığı bir hərəkatdan xeyli zaman keçsə də, bu gün 21-ci əsrin astanasında hələ də Fransa xalqı, Fransa hakimiyyəti, Fransa zehniyyəti öz şüur vassalığına sahib psixoloji durumunda dəyişkənlik etməyi heç düşünmür. Fransa həmin Fransadır. Başqalarının hesabına, zəhmət və gücünə yaşayan bu parazit ölkə (və ölkələrin) mənfur niyyətinin öz başında çatlayaraq Afrikanın və digər haqq uğrunda halal mübarizəsini aparan toplumların qucağına düşəcəklləri, tarixin təkərinin tərsinə dönəcəyi gün elə də uzaqda deyil. Fransa və bu cür ölkələr yaxın gələcəkdə ya yox olacaq, ya da indi istismara məruz qoyduqları məsum xalqların köləsinə çevriləcəklər. Bu yanaşmanı, bu cür baxış sərgiləmə ehtiyacını metafizik istihbarat və metafizik gedişatlar deyir, təlqin edir, yansıdır. Bu gün nəyin yerin dibinə soxulacaq, nəyin göylərin yaraşığına dönüşəcəyi müjdəsini bilən insanlar, beyin mərkəzləri, düşüncə institutları az deyil.
Fransa və bu kimi ölkələr, feodal zehniyyətli dövlətlər digər ölkələr ayılmasın, əllərini onların cibində rahat hərəkət etdirsinlər deyə, həmişə kəndirbazlar oynatmağa alışıblar. Kəndirbazlar işini bitirəndən sonra, yazıqlar olsun ki, yüz illərdir o kəndirlər başları seyrə qarışarkən cibləri boşaldılan insanların, xalqların, ölkələrin boğazına keçib ONLARI dar ağacına kimi aparırdı. 
Əsrlərdir şərq insanının məsumiyyəti üzərindən oynadıqları oyunlardan geriyə qalan nişanə o kəndirbazların məzlum xalqların boyunlarda qalmış kəndirlər olduğunu unutmamalıyıq.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi