İki ölkə münasibətləri sürətli inkişaf dövründə

Hit: 322
İki ölkə münasibətləri sürətli inkişaf dövründə

Qırğız Respublikasının prezidenti Sadır Japarovun bu günlərdə ölkəmizə etdiyi rəsmi səfər ikitərəfli münasibətlərimizin inkişafı baxımından çox önəmlidir.

Bu gün ölkəmizin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq əsas prioritet istiqamətlərindən biri hesab edilir. Təsadüfi deyil ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan türk dövləti olan Qırğızıstanla da münasibətlərimiz qarşılıqlı tərəfdaşlıq istiqamətində həyata keçirilərək inkişaf etdirilir.
 
Hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, səfərlər çəvçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ölkələrimiz arasında ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafı, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat və energetika sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır. Bu baxımdan Qırğız Respublikasının prezidenti Sadır Japarovun bu günlərdə ölkəmizə etdiyi rəsmi səfər ikitərəfli  münasibətlərimizin inkişafı baxımından çox önəmlidir, müsbət nəticələrə gətirib çıxaracaq.
 
Qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə atılan addımlar hər iki dövlət başçısının apardığı uğurlu siyasətdən qaynaqlanır. Mətbuata verilən bəyanat zamanı; “Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq.
 
Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP-29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir” deyən cənab İlham Əliyev qarşılıqlı əməkdaşlığımızın səviyyəsini yüksək qiymətləndirmiş, dost Qırğız dövləti ilə daha geniş əlaqlərin yaradılması üçün böyük prespektivlərin olduğuna diqqət çəkmişdir. Artıq heç kəsdə şübhə yoxdur ki, dövlət başçılarının bəyanatlarında səsləndirdikləri fikirlər, eləcə də imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yeni, daha sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olacaqdır. Əməkdaşlığa, inteqrasiyaya hər zaman açıq olan Azərbaycan dövləti bu gün bir daha dünyaya nümayiş etdirir ki, inkişafın, tərəqqinin yalnız bir yolu var-ədalət prinsiplərinə dayanan dünya düzəni!.
 
Məmmədbağır Əliyev;
Neftçala rayonu, Şəhid atası 
 








Redaktorun seçimi