Konqo Prezidentinin Azərbaycana səfəri mühüm hadisədir - RƏY

Hit: 442
Konqo Prezidentinin Azərbaycana səfəri mühüm hadisədir - RƏY

Bu gün Azərbaycan bütün dünyada özünün humanist və xoşməramlı çağırışları ilə nüfuzunu və təsir dairəsini genişləndirməkdədir

Afrika ölkəsi olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ölkələrimizin gələcək münasibətlərinin inkişafı baxımından mühüm hadisədir.

Bu səfər eyni zamanda ölkəmizin Afrika qitəsi ölkələri ilə uğurla davam edən əməkdaşlığında yeni bir səhifə açacaqdır. Xüsusi qeyd  edilməli məqamlardan biri də odur ki, müasir dünyada baş verən proseslər fonunda ölkələr qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olmalıdırlar. Bu nöqteyi-nəzərindən Azərbaycanın Afrika ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinı genişləndirməsi məntiqəuyğun və zamanın tələbidir. Bu gün Azərbaycanın qazandığı uğurlar dünyada xüsusi diqqət və maraqla izlənir. Bu mənada ölkəmizin son  20 ildə əldə etdiyi uğurlar xüsusi diqqətçəkəndir.

Məhz bu nailiyyətlərin Afrika dünyanın dörd bir tərəfində olduğu kimi Afrika qitəsində də xüsusi marağa səbəb olduğu aydın müşahidə edilir. Konqo Respublikasının Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində cənab Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə keçirdiyi görüşlər, Azərbaycan-Konqo sənədlərinin imzalanması, mətbuata verilmiş birgə bəyanatlar bir daha onu nümayiş etdirdi ki, bir zamanlar ölkəmiz kimi müstəmləkə siyasətindən əziyyət çəkən Konqo Respublikası bütün imkanlarından, o cümlədən  təbii sərvətlərindən istifadə etməklə insanlarının rifah halının yaxşılaşdırılmasında, qarşılıqlı siyasi, iqtisadi, mədəni əməkdaşlıqda  maraqlı tərəfdir. Ölkə başçısı cənab İlham Əliyev çıxışı qeyd etdiyimiz məqamları xüsusi vurğuladı; “Bizim siyasi əlaqələrin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir”.

Qeyd edək ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bir çox sahələr kimi neokolonializmə qarşı mübarizə məsələlərinin də hər zaman xüsusi diqqətdə saxlanılmasına nail olub. Bu mənada Qərbin əsrlər boyu Afrika qitəsini istismar etməsi, bu mənfur siyasətin təəssüf ki, bəzi hallarda bu gün də davam etməsi dırnaqarası beynəlxalq ədalətin təzahürüdür. Göründüyü kimi bu gün Azərbaycan bütün dünyada özünün humanist və xoşməramlı çağırışları ilə nüfuzunu və təsir dairəsini genişləndirməkdədir. Bu baxımdan Afrika ölkələrinin də Azərbaycanın xoş niyyətini və dürüst siyasətyini dəstəkləməsi yaxşı hal olmaqla yanaşı ədalətə, haqqa verilən qiymətdir.  
 
Yasəmən Mənəfova;
Neftçala rayonu, Şəhid anası
 








Redaktorun seçimi