Xocalı unudulanda şərəf bitəcək

Hit: 595
Xocalı unudulanda şərəf bitəcək
ey dili qafil fil faili məchul fani f...
derlər,
unudulmuş oxucu,
Şəhadətimiz vard. Bu da Azərbaycan türklərinin öz müqəddəs torpaqlarındakı nöbəti şəhadətlərdən biriydi. Qoy,  bunu faciəyəyə, sürgünə, ölümə, sındırlmış iradələlə yozanlar,  öz əxlaqlarını meydanlarda görk eləməkdən usanmasınlar. Ancaq bu  tarixin bir etnos qarşısındakı şəhadət sınağı Allahın lütfü və inaətiylə şərəfləndiriləcəkdi. İnsanların tarixiylə o gün Allahın tarixi üz-üzə gələcəkdi. Görünən və dərk edilən o ki, bu şəhadət rübabyıyla köklənən tarix qanı qan, dərdi dərd, ölümü ölüm-itim bilmiyəcəkdi. Bax, burda insanın tarixi Allahın təklif elədyiyi tarixdə qanı qandan, ölümü ölümdən qurtaracaqdı. Düzdü həsrətlər, ah-nalələr, vay-şivənlər insan iradəsinin yer üzü alışqanlığıyla öz məzənnəsinə minəcəkdi. Bəs vəd olunmuş əbədi həyat, sonsuz nur, bir də İlahinin bitib-tükənməz sevgi adlı səltənəti öz səxavətini əsirgəyəcəkdimi, qafil?!
 
derlər,
unudulmuş oxucu, 
O gecə özüylə birgə yerin-göyün min illərə pərçimlənmiş lənətlətrini də alıb  Azərbaycan torpağının bir güşəsinə gətirmişdi. Gecənin şərindən və qaranlığından istifadə edən qara donlu kafər ordusu bir yurdun altını üstünə gətirəcəkdi. Sabahkı gün və güzəranını min bir qayğı içində düşünə-düşünə yuxuya getməyə hazırlaşan bir qövmün başına açılacaqlar və gələcəklər vardı. Bir tərəfdən də bu şər ədalı qəhrə təbiətin də qəhri qarışmışdı. Yer-göy gecə saatları irəlilədikcə, elə biləsən buz bağlamağa min bir istəklə gedirdi. Hələ mən yaşlılarıdan, qocalardan, qız-gəlinlərdən , uşaqların məsumiyyət dolu baxışlarından danışmıram. O baxışlar ki, bir zamanlar həzrəti İsanının çöhrəsində məqamdan  məqama düşüb,  Yaradanın səbrinə səbr əlavə etmişdi. Bu olub –bitənlərin qarşısında yalnız o gecə Allahdan başqa kimsə səbrli ola bilməzdsdi. Bu yurdun  övladlarının zindanlardan ağır səbr daşları dağları gülməli eləmişdi. Atılan toplar, yağdırılan atəşlər bir qədim şəhəri qana, alova, qorxu və göz yaşlarına qərq eləmişdi.
Ayağı yer tutan ən doğma dilsiz-ağızsız yavrularının əlindən tutub hara gəldi başını götürüb gedirdi. O gedənlərə  o gecə dünyanın bütün ölümləri, itimləri, qan- qadaları da qoşulub gedirdi. Onların gedəcəyi ən son yerə qədər qarabaqara izləməyindən əl çəkmirdi. Qışın oğlan çağıydı. Bir yanda əlisilahlı acımasız düşmənlər, bir yanda isə təbiətin heç cürə  iynə ucu bopyda da olsun ümid işığı da kara gəlmirdi. 
 
derlər,
unudulmuş oxucu, 
Bütün dağlar, daşlar zülmə, vəhşiliytə sahib çıxırdı. Sular yer üzünün ən kəskin soyuqlarıyla əlbir  olmuşdu. Ac-susuz,  güclə başını bir təhər götürüb gecənin qaranlığının bilinməzliyinə  doğru səpələnən vətən övladları artıq bütün ümid adlı son pənahlarını da itirib hara gəldi üz tuturdular. Körpələrin, uşaqların aclıqdan, susuzluqdan və soyuqdan qovrulan dil-dodaqları bu qaranlıq göy qübbəsinin altına acı-acı fəryad səsləri, nalələri  yayırdı. 
əli silah tutan oğullarımız isə son damla qanlarına, son güllərlərinə qədər döyüşüb Allahın şəhadətinə qovuşurdular. Artıq son güllələr, son ümidlər də bitmişdi. Özünü öldürən, qayadan atan kim, öz fəryadı ilə düşmən üzərinə gedən kimlər yoxudu?! Bu savaş Azərbaycan türklərinin  soyqırımı, bir şəhərin yerli-dibli silinməsiylə tarixi bir daha zəngin edəcəkdi. Qazanmağına  tarix qazanacaqdı, bəs saysısız – hesabsız insanların düşmən tərəfindən gülləbaran edilməsiylə verdiyi itgilər tarixin bu qazancı müqabilində  olmazın artığı, olmazın həddən artığı deyildimi?
Dört tərəfdən mühasirəyə alınmış Xocalı şəhəri düşmən texnikasının yeri-göyü lərzəyə salan səsi, alovu, dəhşəti qarşısında  sadəcə əli silah tutan oğullarına güvənirdi. Sel kimi üzərlərinə axın eyləyən,  təpədən dırnağa silahlanmış  düşmən ordusunun  qarşısında bu igid, mərd, qorxmaz  oğullar beş-on silahla necə davam gətirə biləcəkdi? Nə vaxta kimi qara selin qarşısında sədd çəkiləcəkdi? Saatlarla gözləmələrinə, qanı su yerinə axıtmalarına baxmayaraq, yurdun heç bir bucağından qardaş köməyi gəlib çıxmırdı ki, çıxmırdı. 
Güclə də olsa, əliyalın şəhər sakinlərinin ölümün ağzından qurtarıb, nəyin bahasına olur olsun, salamat bir yerə köçürmək lazım gəlirdi. Xocalıda döyüşən oğullar o gecə nəyi bacardılarsa, onu da etdilər. O zamankı iqtidarın səriştəsizliyi və paşıpozuqluğu, milli məsuliyyət hisslərindən  məhrum olması,  minlərlə itgilərin ortaya çıxmasına səbəb yaratmışdı. 
 
derlər,
unudulmuş oxucu, 
 
Rus və erməni hərbi birləşmələrinin 25-indən 26-sı fevrala keçən gecə dinc sakinləri ot kimi biçmələri bir yana, əllərinə keçirdikləri qız-gəlinləri, qoca və uşaqları nə cür əsir alıb olmazın zülmlərini çəkdirdikləri bütün dünyaya bəllidir. Təsadüf nəticəsində sağ qalmış bu insanların söylədikləri yaşantılarından doğan əzab və əziyyətin ən ağrıdıcı havasıdır. 
Kim olursan ol, yalnız bu ayda onların qaysaqlanmış yaralarının üzərinə od qoyma, köz basma. Xocalı faciəsini yaşamış on-larla şahidlərin yaddaşında dərin izlər buraxmış o yaralar, adamı yerdən- yerə vurur. Bəzən az qalırsan ki, bu insanlarla söhbət edərkən, özünü keyidib sonra da  danışıqlarına qulaq asasan. 
O tufanlı və zülmətli, qorxunc gecə hər bir Xocalı sakininin ömründə, günündə ağır bir zindan  möhürü kimi  damğasını qoyub. Bəlkə də zaman gələcək, bütün xaraba bazara döndərilmiş yurd yerlərimnizin üzərində bütün maddi ehtişamlarımızı bərpa edəcəyik. Yıxılmış binalarımızı, maddi-mənəvi abidələrimizi yenidən daha gözəl inşaa edəcəyik. Ancaq o gecə yurd uğunda qanını bu torpağa halal edən insanlarımızın yenidən doğulması, yenidən  dünyaya gəlməsi mümkün olmayacaq. Gedən nəsillə birgə  xalqın, millətin açılacaq, böyüyəcək çox sirləri və gücləri itir, tükənir, qeyb aləminə çəkilir. Axı heç vaxtı yeri   dolmayan bu qədər məsum insanların  torpağa yurd, ölkəyə vətəndaş olma sevdasını  kim halal haqq şəkilində qaytara bilər ki? 
 
derlər,
unudulmuş oxucu, 
 
Savaşın,  milli fəlakətin   cinsiyyəti olmur. Bütün müharibələrdə bəlkə də ən çox zərər çəkən qadınlardır. Bəlkə də ən çox əzəiyyət çəkən uşaqlardır. Bəlkə də ən çox əzaba qatlaşan, ağrı yeyən qocalardır. Savaşın ordu mənə elə gəlir ki, o qədər də qadınların, uşaqların və qocaların düşdüyü çətin vəziyyətdən də ağır durumlara düşmür. Ən azından silah əlində müdafiə olunmağa imkan tapır. 
Qarlı qış  axşamının qaranlığında soyuğun iliyə işləməsi  vardı. Elə biləsən soyuq da, sazaq da, boran da düşmənlə, onun məkirli niyyəti ilə əlbir olmuşdular. Ancaq bunun belə olmadığını zaman keçdikcə görəcəyik. Düzdür qarşıdan bahar gələcəkdi, soyuqla məkirli düşmənin yolları da ayrılacaqdı. O gecə ruhlara soyuqluq, sazaqlıq üfürən gecə, bir gün də istilik,  doğmalıq üzünü göstərəcəkdi. Ancaq düşmən oğlu düşmən, bir kərəm qış oldusa, heç vaxtı bahar olmayacaqdı. Ermənilərin Azərbaycan türklərinə qarşı olan soyuq, qılınckəsən münasibəti hələ də o qarlı, çovğunlu qış gecəsi kimi davam etməyindədir.
 
derlər,
unudulmuş oxucu,
 
Hər tərəfdən od alov yağırdı. Başını qaldırıb gedəcəyin səmti müəyyən də eləmək mümkün deyildi. Kim hara gəldi, üz tutub qaçırdı. Uşaqlı olan qadınlar isə o gecə dünyanın ən dəhşətli olmazlarını yaşayanlardandır. Ərləri ön cəbhədə düşmənin zirehli texnikasıyla keçdiyi hücumun qarşısını sinələrini sipər edərək alırdılıar. Ancaq bu top-tüfəngin, imperiyanın ən sınaqdan çıxarılmış müasir silahlarının qarşısında, saysız - hesabsız diviziyası qarşısaında heç Çin səddi də davam gətirə bilməzdi.   
 O gecə Xocalı adlı bir türk şəhəri yer üzündə öz yanıq izlərini qoyurdu. Bir şəhər başdan - ayağa od tutub yanırdı. Bu mühasirədən qurtula bilməyən sakinlərdən çoxu üzərlərinə yıxılan evlərin ağır çöküntüsü altında qalıb yanaraq can veirdilər. Bu insanlar erməni vəhşiliklərinin ağılalmazlığını bilsələr də, o gecə daşnaqların bu şəkildə zülmə əl atacaqlarını ağıllarından  heç keçirmirdilər. 
Dağlarda, daşlarda, meşələrdə, düzlərdə pərən-pərən düşmüş bu insanlara o gün kimsə yardım əlini uzatmadı. Xocalı sakinlərinin hamısının bir ağızdan təkrarladıqları bir fikir var: “ Əgər  o vaxtkı hökümət tərəfindən bizə az da olsa kömək gəlsəydi, ermənilərin bu dərəcədəki vəşiliklərinin qarşısı kəsinliklə alına bilərdi.“ Təəssüflər olsun ki,  o gecə eşidib bilənlərin əl-qolunu yanına salıb baş verən bədbəxtlilərdən xəbərsiz və ətərsiz qalması, bu günə kimi hər kəsin içini, çölünü yandırıb yaxır. Düzdür, Xocalı o gecə cayır- cayır alışıb yandı. Ancaq bu günə kimi bütü xocalılar qarışıq, hər bir Azərbaycan insanının bağrının başı olmuşlardan qiyamətə qədər sönməyən atəş tutub yanmağındadır. 
Dünyanın ən ağır işlərindən biri nə olsa yaxşıdı? Ən ağır işlərindən biri!Soyuğun qılınc kimi kəsəri qarşısında heç nəyə gücü çatmayan ananın gözlər önündə körpələri donub ölür. Ancaq ana buna qarşı  heç nə etmək iqtidarında deyil. Ana yeri-göyü köməyə çağırır, Allahdan yardım diləyir. Lap özünü öldürür, amma  gözləri qarşısında balaları ya güllədən keçirilir, ya gözü çıxardılır, ya qolu-qılçası sındırılır, ya da boranın, tufanın sazağında donub ölür.Üst-başında  olub-qalan pal-paltarını soyunub körpələrinin bədəninə sarıyır. Buz bağlamış körpə gözləri don vurduğundan bir nöqtəyə zillənib sonuncu nəfəsini əbədəiyyətə üfürür. O körpələrin bu dünyada ən sonuncu edə biləcəkləri iş, sonuncu nəfəslərini verə  bilməkdi. Bu mənzərələr qarşısında buz bağlamış ana əllərini nə üzünə aparmağa, nə də dizlərinə vurmağa taqəti qalmır.
Sinəmizin başındakı yanğınları isə, min bir ah-nalələr içərisində yerlərini tərk edən insanların öz doğma ocaqlarının, dədə-baba qəbirlərinin başına dönməyi az da olsa səngidə bilər. Çox qəribədir ki, Azərbaycanın heç bir oğlu-qızı dönüşlə bağlı söhbət saldığın zaman, tərəddüt etmədən o böyük qayıdışın ilk müjdəsini fikir və düşüncələrinin ən şəhanə ifadəsi kimi vurğulayırlar. 
2011 -ci il o müdhiş Xocalı günü
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi