“AzTV” 68 yaşını, "Mədəniyyət" telekanalı 13 yaşını qeyd edir

Hit: 267
“AzTV” 68 yaşını, "Mədəniyyət" telekanalı 13 yaşını qeyd edir
Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Televiziyasının (“AzTV”) və "Mədəniyyət" telekanalının yaranma günüdür.
1956-cı il fevralın 14-də fəaliyyətə başlayan “AzTV”nin altmış səkkiz yaşı tamam olur.
 
Ölkə teleməkanının formalaşmasında böyük əhəmiyyəti olan ana televiziyada ötən müddət ərzində operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanıb. 
Televiziyada gün ərzində yerli və xarici xəbərlər, o cümlədən aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur. Təkcə Azərbaycan auditoriyasını deyil, dünyanın böyük bir hissəsini üç dildə xəbərlərlə təmin edir. 
 
Davamlı yeniliklərə imza atan telekanallar müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf edib və bu proses hazırda da davam etməkdədir. Tamaşaçıların daha keyfiyyətli yayımı izləməsi üçün maddi-texniki baza gücləndirilir. 
 
Bu gün "Mədəniyyət" telekanalının da ad gündür. 2011-ci il fevral ayının 14-də QSC-nin bazasında yaradılmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış "Mədəniyyət" telekanalının əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaqdır.
 
“AzTV” və “Mədəniyyət” telekanalları rəqəmsal platformada fəaliyyətini genişləndirib. Belə ki, telekanalların “Youtube”, “Facebook” və “Instagram”da rəsmi səhifələri aktiv fəaliyyətdədir.








Redaktorun seçimi