Frankfurt səfəri: Almaniya səhiyyəsində dəyişikliklər və... - Azərbaycan müzakirələri
Dünən Almaniyanın Frankfurt şəhərində klinika rəhbərləri üçün düzənlənən Forumda iştirak etdim.
Səhiyyə Nazirliyinin və əyalətlər üzrə müxtəlif cavabdeh qurumların nümayəndələrinin də qatıldığı bu önəmli tədbirdə gələn il üçün Almaniyanın səhiyyə sistemində baş verəcək köklü dəyişiklikləri birgə müzakirə etdik.
Tədbirdə ciddi qərarlar verildi və qəbul ediləcək qanun layihəsində düzəlişlərin vacibliyi vurğulandı.
Qısaca onu deyə bilərəm ki, qarşıdakı aylarda səhiyyə sisteminin daha da effektiv fəaliyyət göstərməsi üçün nəzərdə tutulan qanun layihəsi çərçivəsində yüzlərlə klinika iflasa uğrayacaq və bir neçə yüz klinika isə tamamilə fəaliyyətini donduracaq.
Deməli, tədbirdə maraqlı bir hadisə də baş verdi. 200-dən çox klinika rəhbərinin qatıldığı bu tədbirdə tək azərbaycanlı mən idim. Heç gözləmədiyim halda söhbət Azərbaycandan və son hadisələrdən düşdü. Əslində Almaniyanı və bu cür tədbirlərlə bağlı məlumatlı şəxslər bilir ki, bu cür müzakirələrin belə yerlərdə açılması normal deyil. Amma yanlış da deyil.
Üzüm gülürdü. Çünki söhbətə qoşulan hər kəs Azərbaycandan fərqli maraqla danışır, mənim izah etdiyim məsələlərə diqqətlə qulaq asır, nümunəvi diplomatik gedişatları müzakirə edirdilər. Maraqlı fikirləri, xüsusən də cənab Prezident İlham Əliyev haqqında deyilən bir fikri növbəti günlərdə mütləq sizlərlə paylaşacam…
Hələlik isə: Eşq olsun, Azərbaycan!
Nuran Abdullayev
Nuran Abdullayev