Vətən Müharibəsində olduğu kimi bu əməliyyatlarda da Azərbaycan haqq işindən zəfərlə ayrılır!
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda qanunsuz erməni hərbi birləşmələrinə qarşı reallaşdırdığı antiterror əməliyyatları Ölkəmizin qanunverciliklə təsbit olunmuş konstitusion hüququdür.
44 günlük Vətən Müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Üçtərəfli Bəyanatda əksini tapan bütün öhdəliklər Ölkəmiz tərəfindən icra edilib. Bununla da Azərbaycan regionda əbədi sülhün təmin edilməsi üçün bütün siyasi potensialını ən üst səviyyədə ortaya qoymuşdur. Lakin imzalanan bəyanatdan 3 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, dünya dövlətlərinin gözü önündə Ermənistan hələ də bəzi məsələlərdə üzərinə götürdüyü öhdəliklərin icra olunmasında maraqlı olmadığını nümayiş etdirir. Ermənistanın bu mövqeyi Ölkəmizi nregionda-daha dəqiq desək hüquqi ərazilərində antiterror əməliyyatlarını həyata keçirməsini labud etdi. Bəli, bu əməliyyat Azərbaycanın konstitusyon hüququdur.
Qarabağ iqtisadi rayonunda qanunsuz olaraq yaradılmış silahlı qüvvələrin həmin ərazidən çıxarılması və separatçıların qeyri legitim olan hökümətinin buraxılması antiterror əməliyyatının ən başlıca məqsədi idi. 10 noyabr bəyanatının 4-cü bəndinin tələblərindən olan qanunsuz erməni hərbi birləşmələrinin həmin ərazidən çıxarılması bu gün suveren dövlət olan Azərbaycan Respublikası üçün ən vacib amillərdəndir.
Bu gün tək Azərbaycanın legitim ərazisi olan Qarabağ iqtisadi rayonunda erməni hərbi birləşmələrinin mövcudluğu deyil, eyni zamanda həmin ərazidə seperatçıların davranışları, həyata keçirilən ekoloji terror, təbii sərvətlərimizin talan edilməsi antiterror əməliyyatlarının başlanmasını labud edən komponentlərdən oldu. Azərbaycanın bu haqq işi düzü-düz, əyrini-əyri görə bilən dünya dövlətləri tərəfindən yekdilliklə dəstəkləndi. Lakin yenə də haqq işimizə ağız büzənlər tapıldı. Əlbəttə ki, biz bunu əvvəldən bilirdik. Belə ki, özlərini demokratiaya carçıları kimi qələmə verən bəzi dairələr müxtəlif yollarla bu məsələdə Ölkəmizə təzyiqlər göstərməyə çalışdılar. Ancaq göründüyü kimi bu heç bir fayda vermədi. Vətən Müharibəsində olduğu kimi, bu əməliyyatlarda da Azərbaycan xalqı kimin yanımızda olduğunu və kimlərin bu prosesdə pozuçuluq funksiyası həyata keçirdiklərini bir daha gördü. Vətən Müharibəsində olduğu kimi bu əməliyyatlarda da Azərbaycan haqq işindən zəfərlə ayrılır!.
Fərid Əhmədov;
Neftçala rayon sakini