Torpağı olmayanlar yandırılacaq

Hit: 463
Torpağı olmayanlar yandırılacaq

ey dili qafil fil faili məchul fani f.... şah agah olsun ki, bu yazıda ezoterik-metasofik elementə rast gələ bilər.... torpaq qızıldan, gümüşdən, mirvaridən, puldan üstün olacaq.

derlər,
unudulmuş oxucu,
bilim adamları iddia edir və yaşadıqlarımız bizə aşılayır ki, yaxın zamanlarda pul otoritetli ekvivalanet kəsinliklə həyatımızdan çıxacaqdır. adına yaşam, ekonomi, büdcə, pul vahidi dediyimiz nəsnə bizim dünyamızdan mahiyyət etibari ilə çıxmasa da, fiziksəl-vizual-müşəxxəs əssasnamələrlə kimliyimizdə bir müddət boşluğunu yaradacaq. 
kriptopara anlayışının daxil olduğu dünyəvi dövriyyədə əzilən nə varsa, faturası kasıbın adına çıxarılacaq. 
bir zamanlar bu fani dünyada insanlar, insan cəmiyyətləri arpanın qarşılığını pulda deyil, buğdada, odunda, yarmada görürdü, yağın - şorun qarşılığını bir qoyunla, gedib hansısa işi görməklə, bir buzov qarşılığı ilə, ya başqası üçün biçdiyi otun əvəzini hansısa duzda, şəkərdə və yaşam üçün aktual, önəmli hesab edilən digər ərzaqlarla;  məsələn, geyimlə təmin edirdi. sonrakı aşamalarda dünya elə bir düzeyə gəldi ki, istənilən işin, zəhmətin, hər hansı bir əşyanın qarşılığını pul vahidi olaraq ödəmə əminliyi ilə uyğulamaya sövq etdilər. nə alırsan al, hökmən onun qarşılığı heç vaxt sabitliyi pozulmayan, əvəzi başqa bir impotentlə ödənilməyən pul vahidi ilə dünyanı qarsıb qovurdu. bu üzərində durduğum məsələ bəşəriyyətin yola verdiyi sürəc dövrümüzə kimi intiqal etməkdədir. ancaq kriptopara, rəqəmsəl dünya evolyusiyasında bu gedişat bəlli klassik qanunları darmadağın etmək iktidarını zamanın ixtiyarına verdi. yaxın tarixdə isə, heç kimin əli pul vahidinə toxunmayacaq. bu o demək idi ki, nə yolla əldə etməyindən asılı olmayaraq, insanın qazancı onun külli ixtiyarında idi və xəyallarının vara biləcəyi nöqtələrə qədər bu imtiyazının azadlığından gərəyincə istifadə etmək şansına sahib idi. birdən birə kripto ehkam mühakiməsinə yuvarlanan dünya iqtisadi sistemi təkəlçi kəhanətini ələ alaraq, dünyada olan valyuta sistemlərinin üzərində anında kontrol rolunu artırmağı nağdlaşdırdı. sən bundan sonra 1 manat xərcələmək istəyib və 10 manat qazanmaq niyyətinə düşdüyündə, üstəlik də bu istək gerçəkləşdiyi anda, o para miqdarı, valyuta həcmi qlobal vahid ekonomik sistemin alanında net olaraq görüləcəkdir. 
 
derlər,
unudulmuş oxucu,
 
yaxın günlərdə para, pul, valyuta təkəlçi macərasının necə də bitib sonuclanacağını, bu təbəddülatın yerini isə başqa bir maddi təyinatın tutacağını ağlınızı yerindən oynadaraq görəcəksiniz. bu dəyərin, dəyər yarğısının adı isə : TORPAQDIR. bəli, yanlış eşitmədiniz, bu pul, valyuta, qiymətli daşlar iyerarxiyasının dramatik uzantısı torpaqla ağlımızın dərin guşəsində iz buraxacaqdır. dünyada bundan sonrakı zaman aşamasında, vaxt kəsimində, tarix səxavətində kimin torpağı olmayacaqsa, o ölümə məhkum olacaq, o son sinif canlılar quşatmasının bir halqasını təşkil edəcək. o şəxs, o insan, o bəşər övladı cəmiyyət anlayışlı heç bir sistemin səmərəli füquru olma imkanını qazanmayacaq. bir sözlə, sənin torpağın yoxsa, sən yoxsan. sənin torpağın yoxsa, sən heç kimsən. sənin torpağın yoxsa, sən bütün zamanların yaşam sürəcindən keçmiş ən möhtəşəm şanlı köləsən. Sənin torpağın olmadığı təqdirdə, sən kəsinliklə mövcud heç bir mədəniyyətin sferasında kimlik mülkünün sahibkarlığına iddialı ola bilməzsən.
bu gün dünyanın ən zəngin olan insanları dünyanın ən verimli, ekoloji baxımdan təmiz, münasib hesab edilən coğrafiyalarından ərazilər satın alırlar. o imkanlı şəxslər mülklərinin çoxunu toprağa çevirməkdə bir an olsun tərəddüd etmirlər. çünki çağdaş dünyanın iqtisadi aqibətinin necə inqilabi dəyişimə uğrayıb bu sinifləşmənin daha da dərinləşdiyi tarixi ərəfədə insanın, ağlın, zəkanın sahib olduğu kapital kimliyinin ona verəcəyi cəmiyyətdəki funksionallığının uğurlarını həzm etmək, yeni mədəniyyətə sirayət etdirmək istər. ona görə də dövlətlər, ölkələr, millətlər, dinlər, mədəniyyətlər, coğrafiyalar üzərindən başladılan bu vahid yeni dünya sisteminin (kürəsəlləşmə) sərmayə yatırımının bir an sonra doğuracağı, insanı insan edəcəyi gücü, təsiri, yaxud onun insanlığa yansıtdığı ölçüdəki (təkamülü) qatqısı, görəsən, bu minvalla insanı insanlıqdan uzaq tutmaq, insanlıq izini itirmək üçünmü, yoxsa insanı əslinə, zatına qaytarmaq, döndərmək üçündür? bu suala bir mənalı cavab vermək olduqca abdal bir yanşma olardı. 
 
derlər,
unudulmuş oxucu,
 
bu gün qarşımızda duran sual budur: torpağı olmayan, torpağa sahib olmayan hər hansı bir şəxsin kimliyi haqqında nə danışmaq mümkündür? ümumiyyətlə, yeni çağda torpaq mülkü olmayan insanların o mülk üzərində gücü nə dərəcədə keçərlidir, yaxud o mülk insan olma, fıtratı qoruma, kimlik əldə etmə yönündə sahibinə nə qədər haqq vermiş, haqq qazandırmışdır? 
belə çıxır ki, yeni dünyada insanın əlində olan varı-mülkü yalnız ona kimlik, mədəniyyət qazandırmaq üçün vardır? yoxsa, bu imkan, bu imtiyaz insanın varlığını digər bir dünyaya (metafizik aləmə:-x.t.) keçirməkdə, orda da təminatını yaratmaqda vasitəçi rolunu oynayır? bax, bu yerdə bir az düşünməli və polemikaya girməyə dəyər fikrindəyəm:- insanlar, dünyasını dəyişəndə belə ərazisi olmadığı təqdirdə, bədənlərinin qoyulmasına, dəfninə torpaq tapmayacaqlar. ona  görə də, bədənləri müsait texno - imkanlar hesabına yandırıb külünü də yox edəcəklər. bir sözlə, gələcək dünyada məcburən kasıblar kimliyindən, hansı inanca qulluq etmələrindən asılı olmayaraq, müsəlman, xristian, yəhudi kimi deyil, buddist kimi öləcək, o biri dünyaya yola salınacaqlar. çünki, faktiki olaraq torpağı olmayan adamın bədəni ölərkən heç bir toprağa dəfn ediləməyəcəyi kimi,  öldükdən sonra tək bir çıxış yolunun qalışı o bədənin yandırılmasıdır. demək yeni dünya düzəni heç bir dinin və millətin deyil, hind və buddist yapılı bir karmaya sahibliyini gizli olaraq bəşəriyyətdən gizləməklə məşğuldur. 
daha bu dünyada törətdiyin əməllərə görə, gedib o dünyada cəhənnəm atəşində yanmağa gərək yoxdur. sadəcə və sadəcə bu dünyada bir parça torpağın olmadığından dolayı, səni bu dünyadakı odda yandırıb (buddist kimi) külə çevirməklə, məsələn, müsəlmansansa, axirət inancınla bahəm, Allahın təkliyinə, həzrəti Məhəmmədin peyğəmbər seçilməyinə, “Quran”ın Allah tərəfindən mələklər vasitəsi ilə müjdə olaraq göndərilməyinə, hətta fərqli bir etnosa mənsubluq mahiyyətinə olan inancın da əlindən alınmış olur. Elə isə dünyaya göndərilən bir varlıq olaraq sən kimsən? 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi