Qadınlar nədən estetik əməliyyata meyillidirlər?

Ey dili qafil fil faili məchul fani f...
Derlər,
Unudulmuş oxucu,
Söhbət qadından gedir. Söhbət var olan gözəlliyini təsəvvüründəki, yəni ötələrdəki bir gözəlliklə əvəz etmək iştahasına düşmüş bir varlığın metafizik anatomiyasından gedir. Yaradıcı Tək Gücün sonsuz meydanı olan üz, özəlliklə də bu aşamada qadın üzü Tanrılar üçün ayırılmış alanı, ərazini ONA dar etmək niyyətindən xəbər verir. (Sual doğur ki, qadınlar Tanrıdan nəyin qisasını alırlar?:-x.t.) Onlar, qadınlar Tanrını bir az da alışdığı, öyrəşdiyi isti yuvasında narahat etməyə, onların öhdəsində oluşdurduğu bu külli kainatla bağlı yeni yaranma projelərini təlqin edib, “bu layihə”lər üzərində əbədiyyətə işləyən təlqinlər sunurlar. Qadınlar, bu misilsiz varlıqlar çağımızda Tanrını boş buraxmaq fikrindən heç vaz keçmirlər. Bu şüuraltı yansıma yalnız yeni çağın yeni bir metafizik qaynaqlı matriarxal sevgisi, vurğunluğundan başqa nə ola bilər ki...
Qadınlar, zaman və məkana qarşı olduqca həssas davranan varlıqların yaddaşında gözəllik sipdomlarının bütün dozaları öz “genefondunu” yetərli qədər qoruyub saxlayıb. Qadınlar mələk anlayışının mücərrəd divanəliyini şeytanın əleyhinə işlədə biləcək dərəcədə sakral manevrlərə sahib bir yapı daşıyıcılarıdır.
Gözəllik və zəriflik, incəlik və həssaslıq onlar üçün əzəli -əbədi ilahi qaynaqlı əmanət olduğunun fərqindədirlər. Qadın yer üzündə kişiyə, ailəyə, özünə xəyanət edə bilər, ancaq tərkibi gözəllik və zəriflik, həssaslıq mücəssiməsi ilə cilalanmış bir nemətə qarşı heç vaxt xəyanət edə bilməzlər. Bu qadınların son şansıdır və son şansı olardı. Kainatda qadınların son silahı, son istehkamı, son sığınacağı, son pənah gətirdiyi bir yer varsa, o da gözəl və zərif qalma, gözəllyi və zərifliyi daha da ziaydə eləmə prinsipidir.
Tez - tez qadınların əsasən üzlərini estetik əməliyyat etdirməsindən danışılır. Onlara haqlı-haqsız iradlar tutulmağa başlanılır. Yenə sual olunur ki, görəsən nəyə görə və niyə, çağımızın qadınları əsasən də üzlərini estetik əməliyyata məruz qoyurlar?
Derlər,
Unudulmuş oxucu,
Qadınlar intuitiv və ruhsal frekanslarını işə salanda gözəl anlayırlar ki, İlahi qaynağa, İlahi başlanğıca toxunmadan, orda dəyişiklik etmədən, heç bir maddədə, əşyada, fiqurda, görüntüdə, yaşamda, sistemdə, cəmiyyətdə kamillik vəd edən dəyişimin edilməsi və baş verməsi qeyri mümkündür. Ona görə də, bu zərif məxluqlar öz çabaları və öncəduyumluluq isterikalarını işə salaraq, çağımızda sonsuz dəyişimə, çevrilişə, fərqliləşməyə gedən yolda bütün təravətlərini ortaya qoymaqdan çəkinmədilər. Hardasa deyə bilərik ki, qadınlar kainatın məhvərində Tanrısal yapılanmada dəyişim üşün riskə getdilər. Bu bir az da kainatın, varlığın, sonsuzluğun uğrunda riskə atılmaqla yanaşı, tarana da getməyə bənzəyirdi. Belə bir gedişatı sərgiləyən varlıqlara ilk dəfə baxıb gözləri kəlləsinə çıxan yəqin ki Şeytanlar, Şər güclər olmuşdur. Onlara elə gəlirdi ki, yaradılışdan üzü bu yana qadınlar, bu zərif və incə varlıqlar yalınz şeytanların iradəsi dışında heç bir addım atmır və ata bilməzlər. Ancaq qadınların çağımızdakı son spirtual əyləmi,cəmiyyət və şəxs bazında elədiyi gedişat göstərdi ki, sən deməyəsən şeytanların qadın məxluqlardan xəbəri-filan yox imiş. Onlar yalandan, boşuna atıb-tutur, digər varlıqları da qadınların üzərinə qaldırıb onların həm başını qatır, həm də qadınlardan (cəmiyyətlərin matriarxal xilqətinə sahiblənmişlər olaraq) guya istifadə edə bilirdilər. Son gedişat isə birmənalı şəkildə göstərdi ki, rəhman və rəhim sifətini istifadə edib yaradılışın həzin harmoniyasında özəl bir naxış kimi işartılan qadın, qadınlıq, yəni övlad, bacı, ana, həyat yoldaşı, nənə simaları ilə köklü və özüllü bir mələyimsər sərmayəyə sahib-mişlər.
Derlər,
Unudulmuş oxucu,
Təsəvvür edirsinizmi, hər bir zərif havalı üzdə Aləmlərin Baş Memarının həssas ölçülərinə dayalı bir simmetriya tayyi- məkanlığı yer üzündəki təkamülsəl ehkam kəhanətlərini darmadağın edən bir fürsət sunmaqla, imkan tanımaqla, içində bulunduğumuz bu cəmiyyətlərə hansı xoşbəxtliyi və bəxtəvərliyi kurnazlıqlardan, hiylələrdən, şeytanlıqlardan uzaq tutmur ki?
Düşün ki, var olduğun bir dünyada sənə məlum bir yaşam sisteminin dəyişilmə sürəcinin başlanma azğınlığına şahidlik edirsən. Sənə təqdim edilən min-milyon illik insan forması, yapısı, insan adlı varlıqla dünyaya tətbiq olunan toplu yaşama formulu birdən- birə, qadınların üzündəki bir estetik əməliyyat ayarı ilə candan, insandan bu dünyada ikən uzaq tutulan cənnət ilk dəfə Tanrının yaddaşında silkələnməyə, təzələnməyə başlayır. Zatən yer üzündəki proseslər, baş verən ən adi dalğalanmalar belə ötə aləmlərdəki dəyişimlər, tərpənmişlər sayəsində gerçəkləşir. Burdakı dəyişimlər, o biri aləmlərdəki titrəşimlər sayəsində öz səriştəsini həssaslaşdırır və qosqocaman varlığın qələbəsini qoruyan, yetişdirən mədəniyyəti miras qoyur. O sarıdan da qadınlar bu dəfə bilmirəm, hansısa qədim və gələcək təcrübələrinə əsaslanaraq, sanki peşəkarlıq karını işə salaraq, dünyanı növbəti dəfə şeytanın, şərin əlindən almağın üsulunu kəşf etdilər. Ona görə də, bu kəşfi, buluşu zay etməmək üçün, özlərinin ən həssas nöqtələrindən Tanrıyla təmasa keçdilər. Bu səfər cəmiyyətdə deyil, külli dünyada böyük varlıq dəyişimini gerçəkləşdirmək üçün, daha dayanıqlı bir gücə yaslanmağa, daha üstün bir gücü xəbərdar etməyə səy göstərdilər. Məncə də, burda bu gedişatda olduqca başarılı oldular. Bu başarı yalnız yeni bir üsula dayanmaqla, əsaslanmaqla qadınların üzlərindəki metafiziksəlliyyə qədər gedib çıxan ölçülərin dəyişimi, hər cizgi arasındakı məsafələrin daha bir ÜST GÖZƏLLİK adına bağlantı qurması, xeyirlə birgə cənnətin də yeni bir sakral sistemə, yeni bir qaybəl mexanizmə keçid prosesinin məsuliyyəti ilə təmasımızı da yeni boyutlara qaldırdı.
Biz, kimlik üzərindən qazandığımız kimliyimizin (böyük anlamda mədəniyyətimizin) yeni boyutda hansı məsafələr qət edib, haralarda bizim etibarımızı qoruyacağından o qədər də əmin deyildik.
Bir sözlə, qadınlarımızın zəmanəmizdə üz estetik əməliyyatlarına bu qədər dərindən meyilli olmağının kökündə yuxarıda söylədiklərim kimi, birbaşa Tanrıyla yeni boyutda ünsiyyət və bundan sonrakı dönəmdə sevgini, eşqi yeni kimlikdə xərcləmə halallığıdır və yaxud təminatıdır. Çünki qadınların, Yaradanın təcəlla məskəni hesab etdiyi üzlərinin, belə bir başlanğıcda dəyişimə sürüklənmə təşəbbüsü, görünür bundan sonrakı dönəmdə dünyanın yenidən patriarxal energetikadan matriarxal energetikaya təslimiyyət məsələsinin bir yandan da həllidir.
Bu gerçəyi isə bir neçə il öncə yaradılan ilk robot insanın qadın olması ilə də kanıtlamaq mümkündür. Bu başqa bir mövzunun uzantısı olduğunun fərqindəyəm. Onu demək istəyirəm ki, İlahi ölçülərin zərrəbinliklə üzdə bərqərar olması əsnasında hər an Yaradıcı Gücün təcəllasına dönüşümünün fərqində olaraq, bu ölçülərə müdaxilə imtiyazı, görünür qadınların şüuraltı İlahi təmayüllü bağlantılarının razılığı əsnasında zühur etmələrlə baş verir. Prosesi xeyirxah güclərin əhatəsində anlamaq üçün onların varlığına inandığımız kimi, gözəlliyinə, gözəlliklərini bu səfər yerdə yox, o sonsuz göylərdə necə qutsal həssaslıqla istifadə etmələrinə inanmağımız gərəkir.
Xanəmir Telmanoğlu


