Hitleri yetişdirən kimdir

Hit: 376
Hitleri yetişdirən kimdir
 
Ey dili qafil fil faili məchul fani f...
 
Derlər,
Unudulmuş oxucu,
Hitlerin üzə çıxarılıb arxasında duran əslində türk əsilli bir şəxsiyyətin varlığından mövzu biliciləri hələ də  danışırlar. Haqqında danışdığımız tarixi şəxsiyyətin adı 800 yüz illik alman ailəsinin son mənsubu olan Fon Der Rozendir. Bu insan İstanbulda yaşamışdır. O dönəmin gizli deyəcəyimiz gücləri əvvəlcə onu baron edirlər. Sonra isə bu adam İstanbulda bir təşkilat qurur. Fon Der Rozen baron olmaqla həm də inanc baxımından okkultist olmuşdur. Onun bəktaşilik təriqətinin fəlsəfi məğziylə bağlı yazdığı köklü yazılar heç də gizli deyildir. Üstəlik də, baron Fonun masson olması barədə tarixi sənədli məlumatlar gerçəkliyə dayanır. 
 
Derlər, 
Unudulmuş oxucu, 
Fon 1933-cü ildə Almaniyaya gedir. Orda bir kitab yazır. Bu kitab Hitler iş başında ikən yazılan bir kitabdır və bu klitabın adı “Hitler hakimiyyətə gəlməmişdən öncə” adlanır. Yəqin ki hər kəsə qəribə gəldi, deyilmi?  O kitabda əslində “Hitleri necə yetişdirdik?”,  kimi məsələlərdən bəhs edilir. Kitab üzə çıxdıqdan sonra o illərdə həmən yasaqlanır və müəlifini də həbs etmək istəyirlər. Müəllif də “mən türkəm”,_   deyərək, Türkiyə cümhuriyyətinə qaçır. 1945-ə qədər (1933-45 -ci illər arasında) həm Alamaniya, həm  İngiltərə, həm də Türkiyə adına casusluq etməsi haqqında bilgilər var. Bəzi mənbələrdə onun 1945 -ci ildə öldüyü haqqında qeydlər göstərilir. 
Araşdırmaçı - yazar Ömər Qaymaqçı uzun araşdırmalar nəticəsində Türkiyə dövlətinin arxivlərindən bəzi sənədlər ələ kerçirməyə nail olur. O sənədlərə görə, bu adamın 1957-ci ilə kimi yaşamasını diqqətə çatdıran məqamlardan bəhs edilir. Hətta o sənəddə bu insanın, casusun İstanbulun Çiftə Ağızlar səmtində  yaşadığı haqqında məlumat göstərilmişdir. Bir müddət Türkiyədə gizli fəaliyyət göstərsə də, sonra Adanada, Əskişəhərdə həyatını davam etdirir. İstər istəməz tez - tez yer dəyişməsi kimi bir yaşam sürdürmə məcburiyyətində qalma riski hiss edilir. Adanadakı hoteldə qeydlər, sənədlər də üzə çıxır. 1957-ci ildə o sənədlərə görə, Türkiyədən ayrılıb Türkiyəyə gedir. Ömər Qaymaqçı  bu adamla bağlı sonrasının necə olduğunu bilmədiyini qeyd edir. 1957-ci ilində Türkiyədən gedən qatar Suriya sınırına girib sonra Türkiyə sınırına sanki yenidən girdiyi görsənir. Çünki bir zamanlar bu ərazilərin hamısı Osmanlı sərhədləri içərisindəydi. 
 
Derlər, 
Unudulmuş oxucu, 
Bəli, gerçəklər budur ki, Hitler alman vətəndaşı olmadığı halda Almaniyada hakimiyətə gəlir. Hitlerin əslində Avstaliya vətəndaşı olduğunu bilməyən yoxdur. Hitler hətta bir müddət alman ordusunda xidmət edərək “üstün xidmət medalı” da alımışdır. Bu mümkün deyil ki, 35 dəfə süngü savaşına girib sağ çıxasan. Əslində 35 süngü savaşına girib sağ çıxmaq fərqli bir insan olmaqdan bəhs edilirkən, necə olur ki bu adam sağ qalır?  Sonra isə istər - istəməz bu fakt alman gizli təşkilatının da, yetkililərinin də diqqətini özünə çəkir. Həta Hitlerin bu aralıqda almanlara casusluq etməsi haqqında bilgilər də məlumdur. 1919-da bu “Tuğla” təşkilatında nələr olması ilə bağlı bir yəhudi hərbiçi alman işçi partiyası üçün Hitleri işə götürür və beləliklə Hitler casusluq fəaliyyətinə başlayır. Hitler də bu partiyaya “Tuğla” gizli təşkilatından sonra daxil olur.
 
Derlər, 
Unudulmuş oxucu, 
Baron Rudolf Fon Fudoentor 1911-ci ildə  türk vətəndaşlığına keçmişdir. 
Bu adam Misirdə və bir çox ölkədə yaşamışdır. Bu adam olduqca yalançı, dələduz və xəyalpərəs bir adam idi. İstanbulda yaşayan  800 illik ailman ailəsinin son mənsubları Bunlar Fon De Rozen deyilən bir adla adlandırıldığını qeyd etmişdik. 
İş elə gətirir ki, Hitlerlə 1933-dən etibarən onun arası dəyir. 
O həm astroloq, həm dilçi kimi tanınırdı. Bir neçə dildə yazıb, danışıb və kitabları da mövcuddur. Hətta astroloq və əl falı elmiylə bağlı yazdığı kitablarda hələ də Avropada nüfuzlu biri olaraq adı dillərdən düşmür. O həm də bir müddət silah qaçaqçılığı ilə məşğul olub. Birici Dünya savaşında almanlar məğlubiyyətə uğradılıb silahları yerə qoyduqlarında, deyirlər ki, bəs türklər hələ də savaşır. Hətta qurtuluş savaşında silahları gizli yollarla Türkiyəyə gətirən bu adam olmuşdur.
Bu balaca bir mətni yazmaqda məqsədimiz odur ki, kimsə düşünməsin ki, Hitler və bu kimi şəxsiyyətlər göbələk olub yerdən üzə çıxır. Xeyir, hər bir şəxsiyyətin, dünyada şöhrəti öləndən sonra da hakimiyyətdə qalan insanların yetişməsində gizli güclərin, təşkilatların, adı bilinməz qəhrəmanların  rolu böyükdür.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi