Torpaq kimindir

ey dili qafil fil faili məchul fanim f...
derlər
əslində savaşa kişilərin çoxunluqla gedişinin gizlinliyində torpağın erkəklik keyfiyyət və cinsdən yaradılma özəlliyinin ölümə açdığı sərmayəsinin bol olmasından qaynaqlandığını bilmiş olarsan, unudulmuş oxucu.
insan və insanlıq üçün torpaq onun varlığında və kimliyində qutsiyyət arz edir. torpaq anlayışı yaradılışdan insana təməlli həyəcan mənbəyi oluşdurmuşdur. torpaq materiayadan, məkandan daha çox onun üçün bir dəyər olmaqla yanaşı, homosapiens deyil, kamil varlıq əxlaqına həm də bir mədəniyyət diyeti sunmuşdur. bütün dinlərin və anlayışların təməlində insan şüuruna ötürülən torpaqla bağlı bir yaranış, yaradılış düşüncəsi, törəmə yaxınlığı intiqal etməkdədir. burdan belə bir sual doğrur ki, torpaq insan üçün vətəndirmi, materiadırmı, ünsürdürmü, yaradılış mənbəyi və vasitəsidirmi, yoxsa onun üçün sadəcə məkandır? bu sadaladığım komponetlərin hansı ilkinlik və üstünlük sərgiləmə insiyativini insana ötürür? məncə, insan torpağı əzəldən bu yana məkan kimi mənimsyib və şüurunu torpağın məkan olma toxluğuyla təmin edib. çünki insanlıq üçün ətrafı seyr etmək, görmək, duymaq, dərk etmək, yaşamaq və mənalandırmaq üçündurmaq, gözləmək, yəni səbr etmək gərəkirdi. səbr məqamına insan dünyada ulaşa bilir. İnsan dünyayla qarşıdurmasını səbir kultuyla həll edir. əgər insan torpağı məkan ekvivalenti olaraq mənimsəyibsə, burda yanaşmanın digər başında zaman kateqoruyası da gündəmə gəlir. insanı yaradılış mənbəyindən daha çox onun məkan olma hikməti məşğul etdiyindən bir də insanoğlu zaman kateqoriyasını mənimsəmə hərisliyini heç əldən vermək istəməyib. demək bizim kimliyimiz məkan və zamanla tamamlanma ehtimalıyla özünü qidalandırırsa, üçüncü nöqtə, yəni sonrakı mərhələ mədəniyyətlə təcəlla edir, özünü isbatlayır. insan oğlunun bütün gedişlərinin, gedişatlarının bir başında məfəniyyət durur.
derlər,
unudulmuş oxucu,
bəs görəsən içində bulunduğumuz bir aləmin varolma ağırlığında, məsuliyyətində torpaq kimə məxsusdur? bu sual yer üzünün bəlkə də ilk və son sualı olaraq insanın kimlik sorunuyla paralel şəkildə bəlli bir məsafə qət etmişdir.
fərd, ailə, tayfa, millət, xalq, bəşəriyyətin yüksəlişinin hər qatman və aşamalarında insanın özündə sabit qıldığı, varlığında həll etdiyi bir dünya duyumu diktə edir ki, torpaq, ərazi, coğrafiya vətən- yurd müstəvisində insandan, insanlıqdan kimlik, insanlıqdan məxsusi mədəniyyət tələb edir. tarixin müəyyən keçidində, zamanın gedişatı sürəcində torpağın çevrilməsi, insanın mahiyyətində gerçək “kimliyini” tapmasında, kimliyinin oluşma mexanizmi dövriyyəyə keçir. torpaqla insanın yaxınlaşama prosesi, qaynaşma iştiyaqı, iştahı, bir birini tanıma mərifəti mədəniyyət sferası üstünlük təşkil etmədikcə, heç bir kimliyə, heç bir məsuliyyət təhtəlşüur səbatına dönüşə bilmir. insan və torpaq hər biri öz yaradılış boşluğunda məsuliyyət təyinatını cəzayla, günahla, bədəl ödəməklə şeytaniləşdirmiş olur və ya olardı. bu aşamada deməyə əsas var ki, insan və torpağın ayrı ayrılıqda boyuna biçilmiş məsuliyyət qaçışı onu-onları ayrı ayrılıqda kamillikdən məhrum edib əbədiyyətdən yoxsun qılır. əgər insan birbaşa məsuliyyət qaçışına imza atırsa, bəribaşdan əbədi həyat inancından imtina etməklə, üst kimlikdən də məhrum olma şansını əldən verir. bütün bu söyləntilərdə və gəlinilən qənaətlərdə insanın inancı sayəsində onun heç vaxt yox olmama əndişəsi sabitdir və üstünlük qazanaraq insanı fərqli statusda seçilmiş bir dəyərə mindirir. insan elə bu mərhələ üçün əbədiyyət şansına arxa çevirmir. bütün cəhdlərdə insan öz eqosuna yüklənib varolma dəyərinə bir yarğı biçməyini unutmur. elədir, insan ona görə də, “torpaq kimindir?”,- sualında, öz qayğısını, öz xeyrini, qazancını onu yaradan gücə, yəni sahibinə götürmək istəyir. insan heç vaxt əliboş köç fəlsəfəsinə tabe olmağı qəbul etmir. o, Allahın qarşısnda özünü bu əlidolu payı ilə sakitləşdirmək niyyətindədir.
derlər,
qorxu qabağı zəmanənin oxunun ucuna göz dikməkdən yorulmayan, unudulmuş oxucu,
yenə bu sual bir başqa müstəvidə özünü cana təpir: torpaq kimindir və torpaq bu aləmdə kimə məxsusdur?
torpaq heç vaxt nə bir kəsimin, nə bir sinifin, nə bir zümrənin, nə bir dövlətin, hakimiyyətin, iqtidarın, nə də bir şəxsin olmayıb. torpaq xalqın var olduğu yerdə mədəniyyətin ağırlığını hiss elətdirdiyi məqamdan etibarən onun özünə məxsusluq əndişəsini unutmayıb. xalqa aid olan torpağın dəyərini yalnız mədəniyyətlə yoxlayıb, mədəniyyətlə təşhis edib. bütün ictimai- siyasi formasiyalarda, bütün hallarda torpaq hansısa sinifin adına çıxarılsa belə, yenə də onun üzərindəki qutsal möhürdə xalqın kimliyini daşıyıb. torpağı bir sənəd kimi təsəvvür etməli olsaq, bu sənədin ilahi qatda keçərliliyini mümkün qılmaq üçün, bu sənədin altındakı xalq kimliyini ifadə və ehtiva edən imzasını görmüş olacağıq.
(torpaq dövlətlə deyil mədəniyyətlə insani kimlik (similiasionundan qutsal)statusuna yüksəlir və keçid edir.
habildən, qabildən bu günə dayanmadan aparılan savaşların mahiyyəti, tökülən qanların şəhadəti xalq adlı məfhumun heç bir məşvərət tanımayan yanıyla bir mənalı olaraq namını salmışdır. hər bir xalq tərəfindən mənimsənilən coğrafiyalardakı torpaqlarda şahların, dindarların (ruhban sinifin), rəiyyətin birgəlik məhkumluğu onları, sonucda xalq qibləgahına götürmüşdür.
(niyə xalq? bu sualın mütləq kəsərli şəkildə açılması icab edər. çünki xalq çoxunluqdur, xalq təklik deyildir, xalq birgəlikdir, birlikdir, çoxunluğun vahidlik əmsalıdır. xalq az olmadığı, tək olmadığı və xalq sakral məzənnədə belə çox olduğu üçün haqqa sürəkli bir uzantı vəd edir. bu uzantıda hər fərd, hər şəxs, hər zərrə ümumu, çoxunluq misssiyasını yüklənmiş durumunda hərəkət edər. bu çoxunluğun haqqa uzanış spirtuallığında zərrələrdən, azlardan, təklərdən biri sıradan çıxıdğı təqdirdə, digər saysız - hesabsız təklərin komponetləri bu missiyanı eyni səmimiyyət və məsuliyyətlə yüklənmiş olacağı şəksizdir. ona görə də, yaradıcı güc haqq və özgürlükləri, məsuliyyət və səmimiyyəti, gücü və qüvvəni, mədəniyyət və varlığı özünə (doğru) yanız xalq üzərindən vasitə qılmış, simvol seçmiş, təkanlama (körükləmə) hərəkatı yaratmış, varlığın xalq üzərindən kamilllik yetgisini öz frekansal spirtual alanına, mərkəzçil diqqət, nəzarət obyektinə fokslaya bilmişdir.)
derlər,
unudulmuş oxucu,
torpağın uğrunda ölməyin vacibliyini dərk edən insan (xalq ) nəhayət, öz varlığını yox etmə bahasına geridə “mənimdir” dediyi məkanı, ərazini mədəniyyətə miras qoymuşdur. savaş, öldürmə, qan tökmə, ölmə dərki, xalqın varlığında üzə çıxma, törəmə qudsallığının qarşısını almağa, dayandırmağa, dur deməyə sövq edə bilməmişdir. çünki insan, xalq metafizik səriştəsi ilə dərk edib şüuraltı olaraq anlamışdır ki, (onun) məkan və zaman bildiyi torpağın mahiyyəti onun əzəldə və sonda (öldükdən sonra dirilmədə) bütün boşluqlarının ilkin təminatçısı rolunda çıxış edəcəkdir. bax, bu təsəlli onu, xalqı torpağına sahib çıxıb onun uğrunda mübarizə aparmağının rəhninə çevrilmişdir.
xalq həm də öz torpağı ilə kamillik hərəkatrının sonsuz gözətçisi olma şansını qazanır.
Allah şəhidlərimizə rəhmətini əsirgəməsin.amin....
Xanəmir Telmanoğlu


