Dünyanın aparıcı media qrumları Azərbaycan həqiqətləri ilə üz-üzə idilər

Hit: 638
Dünyanın aparıcı media qrumları Azərbaycan həqiqətləri ilə üz-üzə idilər

Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyev: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir”.

Azərbaycan xalqı işğala məruz qalmış torpaqlarına sahib çıxdı. 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsində mənfur düşmənə layiq olduğu cavab verildi. Əlbəttə ki, bu vandal xəyanətkarlara daha  da sərt cavab verərək birdəfəlik, son bir nəfərinə kimi yurdumuzdan  çıxarmaq da olardı. Lakin Azərbaycan Republikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi biz, “Azərbaycan dövləti  multikultural dəyərləri ali bilən tolerant bir ölkədır.  Burada müxtəlif xalqlar eyni bərabər huquqlarla xoş şəraitdə yaşayır”.
 
Mənfur düşmən olan ermənilər isə dədə-baba torpaqlarımızda özlərinə “respublika” yaratmaq xülyasından qopmaq istəmirlər. Bu artıq onların özlərinə olan münasibətin yeni formata düşməsini ortaya çıxarır. Bu gün Azərbaycan qalib ölkədir. Bizi sevməyən, xain mövqeləri ilə çirkin əməllərə yol tapan düşmənlərimizin nə düşünməsindən asılı olmayaraq cənab Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqı talanmış yurd yerlərimizi yenidən qurur, gülüstan yaradır.
 
Biz heç bir beynəlxalq təşkilatdan bir manat almadan bu işləri həyata keçiririk. Mənfur erməni isə özünü “yazıq”, “aciz” formaya salaraq “dilənməklə” öz xislətini göstərməkdən əl çəkmir. 2022-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət paytaxtı elan edilən Şuşa bu günlər yenə də Beynəlxalq səviyyədə qonaqların gəlişinə sevinmişdir. 2023-cü ildə TÜRKSOY-un paytaxtı elan edilən, azad edilən gündən yerli və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən Şuşa cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həm də  bizim bir xalq olaraq “Cəsarətimizin rəmzi”dir! Bəli, elə bu cəsarətdir ki, 2022-ci ildə yerli media nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum, bu gün beynəlxalq miqyasda, müxtəlif ölkələrdən gələn tanınmış media nümayəndələrinin iştirakı ilə baş tutur. 2023-ildə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyində Şuşa şəhərində Ölkə başçısının tapşırığına əsasən Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etdi.
 
Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak etmişdir. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulmuş və həyata keçirilmişdir. 
 
Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladıqları suallara ətraflı çavab almışlar.
 
Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürülmüş bu sahədə Azərbaycanın rəhbərliyi dövründə ilk addımların reallaşdırılması planlaşdırılmışdr. Bu böyük tədbir idi. Dünyanın aparıcı media qrumları Azərbaycan həqiqətləri ilə üz-üzə idilər. Onların bunun, əsas gördükləri reallıqların əksini yazmaq istəsələr də, hər bir iş göz önündə idi. Azərbaycan 44 gün davam edən müharibədə öz ocağını, evini mərd övladlırının qanı ilə, Ali Baş Komndan cənab İlham Əliyevin düşünülmüş siyasəti ilə azad etmişdir.  Bu danılması mümkün olmayan bir həqiqətdir.
 
Şuşa şəhəri 21 iyul tarixində müstəqil Azərbaycanın tarixində ilk dəfə idi ki dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplamışdı.
 
Bu onun azadlığının, bu onu sevən xalqımızın qəhrəmanlığının təzahürü idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün verilmiş sualları dəqiqliklə cəvablandıraraq bir daha Azərbaycan dövlətinin qətiyyətli mövqeyini göstərmişdir.  Cənab Prezident in qeyd etdiyi kimi “Qarşıdan gələn illərdə Türkiyə və Azərbaycan regionda daha önəmli rol oynayacaqdır”. Biz dövlətimizə dost olan ölkələrlə daim dost kimi münasibət quracağıq. Hiylə ilə yaxınlaşanlar isə xalqımızın “Dəmir yumruq” birliyi nəticəsində yenidən sarsılacaqlar.
 
Tədbirdə TASS agentliyini təmsil edən Mixail Qusmanın “Qoşulmama Hərəkatında media forumu təşkil olunmasını Azərbaycanda necə görürsünüz?” sualına cənab Prezident İlham Əliyev “Çox yaxşı ideyadır. Zənnimcə, o, tərəfimizdən tam qəbul ediləcək. Bizim o qədər də çox vaxtımız qalmayıb, çünki bizim sədrliyimiz növbəti ilin əvvəlində başa çatır. Bu səbəbdən bunu etməyə nail olmaq üçün, yəqin ki, biz birlikdə çalışmalıyıq. Bildiyiniz kimi, təşəbbüs “cəzalandırılır”, ona görə də sizi də bu tədbirin hazırlanmasında fəal iştirak etməyə dəvət edirəm. Xüsusilə, siz də qeyd etdiyiniz kimi, Qoşulmama Hərəkatının, mübaliğəsiz şəkildə deyə bilərəm ki, Azərbaycanın sədrliyi dövründə yeni nəfəs almasını nəzərə alsaq, bu, çox faydalı olacaq”... deyərək cavab vermişdir. Cənab Prezident İlham Əliyevin jurnalistlərin suallarına verdiyi cavablar bir daha dövlətimizin qətiyyətini, haqq yolunun, mübarizəsinin aydınlığını, şəffaflığını göstərmişdir. Bəli, Azərbaycan bütün suallar qarşısında mərdanədir, çünki öz gücü, vətənsevərliyi, qətiyyəti, səbri ilə addımlayır. Bu yol Ulu Öndər Heydər Əliyev yoludur. Daim uğurlu və parlaq olacaqdır.
 
Bədirə Rza;
Neftçala rayon ziyalısı
 








Redaktorun seçimi