Xalqın məsuliyyəti varmı?!

Hit: 411
Xalqın məsuliyyəti varmı?!

Yaxud Allah təkləri sevirmi!?

Ey dili qafil fil faili məchul fani f...
Derlər,
Unudulmuş oxucu, 
 
İnsanların dışında digər canlılar ancaq bir-birinin surəti və bənzəridir. Nə qədər də Tanrı yer üzündə heç bir yaratdığını digər yaratdığına bənzətməsə belə, heyvanların hər hansı bir türünün bir-birinin surəti olduğu görünəndir. Bir sərçə ilə milyon sərçənin, min qoyunla bir qoyunun, bir itlə min itin, bir dovşanla bir dovşanın, bir şirlə min şirin, bir pişiklə min pişiyin əslində elə bir fərqi yoxdur. Bəzi zahiri cizgi və görüntülər nəzərə alınmasza, bütün canlılar insanın dışında bir- birinin eynisidir və nüsxələnmiş variantıdır. Bir insanın isə heç bir insana surət, nüsxə borcu yoxdur. 
Məncə, bunun əsas səbələrindən biri digər heyvanların özünü ifadə edə bilməmə səriştəsindən irəli gələrək, danışmadığı, dillə özünü izhar edə bilmədiyi üçün, iç enerjisi mədəniyyətə dönüşə bilmir. Zaman keçdikcə daxilinə yığılan enerji (hansı ki danışıq, ünsiyyət, ilətişim vasitəsi ilə xaricə çıxması gərəkirkən) bədənin bütün üzvlərinə və hüceyrələrinə eyni ədalət prinsipiylə paylaşılır. Sonra da bədənin aktivliyində, dayanıqlığında, hərəkətliliyində öz rolunu oynayır. Bu zaman enerji itmir və bir şəkildən başqa bir şəklə dönüşümü nöqtəsində, heyvan, digər cansız dediklərimizin daxili energetikası dış dünyayla anlayışlı və üst düzeydə rabitə qura bilmədiyindən yenə daxilə dönüş edərək bütöv bədənin orqanları, hüceyrələri arasında özünə yer tapır. Energetik haldan bir müddətdən sonra fiziksəl maddi hala dönüşür. Ona görə də, bütün heyvanlar, məsələn, bütün göyərçinlər, sərçələr bir-birinə oxşayır. Yəni bir-birninin nüsxəsidir. 
Derlər,
Unudulmuş oxucu,
 
Belə bir hal isə insanlar arasında müşahidə olunmur. Ancaq söylədiklərimin əksini  görməmək mümükün deyil. 
Ona görə də, min sərçədən 900 ədədini kəssən də onun eynisi və nüsxəsi qaldığı üçün Tanrı günah qavramını işə salmır. Eləcə də, göyərçin, şir, pişik, meymun və digər heyvan, quş növlərində irəli sürdüyüm fikrin gerçəkliyini görə bilərsiniz. Ancaq bu dediyim fikri insan üzərində tətbiq etdiyində günah, yarğılanma anlayışı dövriyyəyə girir, daxil olur. 
Buradan çıxardığımız nəticə isə belədir: Allah, Yaradıcı Güc, yaratdıqlarının ( dəxli yoxdur kimdir, nədir, necədir) hansının ki nüsxəsini,(surətini) yaratmayıb, ya yaratmaq istəməyibsə, demək ona əbədi həyat vədi verib, onun tələf olması üçün  də heç bir əsas formalaşdırmayıb, mahiyyətə yer ayırmayıb.
Bu tezisdən yansıyan qəanət nə cəza, nə günah qavramlarına girə bilməz. Çünki Allah yaratdıqlarının yalnız orjinal nüsxəsi üzərindən sonsuzluğunu, Rəhman və Rəhim sifətini təqdim edir. 
Nüsxəsi olmayanlar mədəniyyətdən sorumludurlar,
Nüsxəsi olmayanlar mütləq mədəniyət yaratmaqda məsuliyyət daşıyırlar,
Nüsxəsi mövcud olmayanlar mədəniyyətdən hökümlüdürlər. 
Tək nüsxəli, tək variantlılar, təklər isə Uca yaradıcı gücün sonsuz, əbədi həyatında varlıq mücəssiməsidirlər və onlar bu dünya həyatında mədəniyyət faktorunun gerçəkləşmə sürəcinin hərəkətverici qüvvələri, vasitələridir. 
Derlər,
Unudulmuş oxucu,
 
Heyvanların heç bir mədəniyyət sorumluluğu yoxdur.
Bu qənaətdən çıxaracağımız ikinci nəticə odur ki, Uca Yaradıcı Güc həm də kütlədən, xalqdan daha çox, təklərə, tənhalara, birlərə önəm verir, üstünlük tanıyır. Ona görə də, sevdiklərini peyğəmbər (tək-tənha), övliya, lider edir. Sevdikərinin sorumlu qıldığı və məsuliyyət oyatdığı özəlliyini, yəni təklərdə,  çoxların üzərində “formalaşan” nəzarət proyeksiyasını əsirgəmir. Təkləri, tənhaları sevib qorumaqla (hər iki aləmdə),müstəsna özəllik verib tanıtmaqla, onların öz rolunun nüsxəsini (surətini) sadəcə olaraq onların özlərinə ötürür. Pəki, bəs Yaradıcı Güc təkləri, tənha yaratdıqlarını nədən sevir, fərqləndirir? Sizcə, bu təklər üzərindəki nəzarəti onlara qarşı duyduğu sevgi və özəntidənmi irəli gəlir? Xeyr, bu sevgi deyil! Xeyr, Uca Yaradıcı güc peyğəmbərlərini sevmir! Onlara olan özəl münasibəti peyğəmbərlərin tək, təklik, tənhalıq metafizik kateqorisində müstəsna nüsxə (surət)toxumunu qorumaqdırsa, bu qorumağın ardında Tanrının öz varlığının Yerdə, mədəniyyətdəki funksiyanallığının izlərini, işlərini, mahiyyətini xatırlatma prinsipidir, istəyidir. Bəs təkin, tənhanın qarşısında, nüsxələnmiş olanlar, çoxunluqlar hansı durumda və özəllikdədir? Əslinə baxdığında Allah üçün, Yaradıcı Güc üçün tək, bir nüsxə yaratdıqları ilə, milyon nüsxəli varlıq arasında heç bir fərq yoxdur, müstəsna ayrılıq nəzərə çarpmır. Ta o yerə qədər ki, bir nüsxəli (surətli) olan varlıq milyon nüsxə proseduruna keçib bu çoxalma mexanizmini işə salır. Birindən milyonlar.... Bu metafizik ilahi mexanizm işə düşdükdən sonra. Yəni varlıq öz nüsxələnmə məsuliyyətinə girib nüsxələnmə spekulyasiyasını aktivləşdirdiyi andan etibarən Allahın tək, təklik, tənhalıq statusunun gətirdiyi yetkinin dəyər yarqısından çıxmış olur və  bu zaman yeni ilahi qaydalar, mexanizmlər, baxışlar dövriyyəyə girib sistem oluşdurur. 
Allah təkə, birə verdiyi məsuliyyətdən dolayı onu nüsxələnməkdən mərhum edir. 
Allah təkə, seçkin qıldığına biçdiyi dəyər yarğısından dolayı digərlərini nüsxələmə (surət) mexanizminə, yaxud sisteminə cəlb edir.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi