Azərbaycan Hərəkatın İnstitusional inkişafına güclü dəstək verir və proses davamlı olacaq

Hit: 495
Azərbaycan Hərəkatın İnstitusional inkişafına güclü dəstək verir və proses davamlı olacaq

Beynəlxalq müstəvidə artan gücümüz, nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunmağımız və sədrlik etməyimiz bu gün Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında vacib arqumentlərdir.

Bu gün Azərbaycan müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunmaqla yanaşı sədrlik funksiyalarını da layiqincə yerinə yetirir. Həqiqətən də bu faktor Azərbaycanın mövcud olan siyasi nüfuzunun göstəricisidir. Müstəqilliyimizin ilk illərində Azərbaycan dünyanın siyasi xəritəsindən bir dövlət olaraq silinmək üzrə idi. Amma bu gün Azərbaycan dünyanın siyasi və iqtisadi cəhətdən supergüc dövlətləri sayılan ölkələr tərəfindən qalib bir ölkə kimi qəbul edilir.
 
Əlbəttə ki bütün bunlar Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uzaq hədəflərə hesablanmış məqsədyönlü uğurlu siyasət nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan yerləşdiyi regionda lider dövlətə çevrilib. Azərbaycanın sədrlik etdiyi nüfuzlu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır.
 
Qoşulmama Hərəkatı adından göründüyü kimi heç bir hərbi bloklaşma ilə tərəfdaşlıq eləmir. Bu da Azərbaycanın yürütdüyü beynəlxalq siyasi kursla tam üst-üstə düşür. Nəzərə alsaq ki BMT-dən sonra Qoşulmama Hərəkatı 2-ci nüfuzlu beynəlxalq təşkilatdır və belə olan halda Azərbaycanın bu quruma sədrlik etməsi Ölkəmizin növbəti beynəlxalq qələbəsi kimi dəyərləndirilməlidir. Bu gün Qoşulmama Hərəkatında 120 dövlət birləşir və Azərbaycanın bu dövlətlərlə münasibətləri ən yüksək səviyyədə təmin olunub. Qoşulmama Hərəkatı dünyada baş verən konfliktlərin, yaranmış problemlərin həllində daim sülhyaratma mövqeyini nümayiş etdirir və bu istiqamətdə ən mümkün köməkliklərin göstərilməsinə hazırdır.
 
Cari ilin iyul ayının 5-dən 6-dək Bakı şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşünə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin təşkilatdakı mövqeyinin və ölkəmizin təşkilatın inkişafı yönümündə aparılan məqsədyönlü işlərə verdiyi növbəti töhfələrdən biri kimi sayılmalıdır. Ölkəmiz Hərəkata sədrlik etdiyi dönəmlərdə üzərinə düşən funksiyaları uğurla icra edərək növbəti bir il müddətinə hərəkata sədrlik etmək hüququ qazandı. Qeyd etməliyik ki, təşkilat Azərbaycanın sədrlik etdiyi son 3 il ərzində möhtəşəm tarixi uğurlara imza atıb.
 
Ölkə Başçısı cənab İlham Əliyevin sözləri ilə desək Azərbaycan Hərəkatın İnstitusional inkişafına güclü dəstək verir və proses davamlı olacaqdır.
 
Mürsəl Qəfərov;
Neftçala rayon ağsaqqalı
 








Redaktorun seçimi