Xalq-ordu birliyi

Artıq üçüncü ildir ki, Silahlı Qüvvələr gününü torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq, fəxarət dolu sevinc hissləri keçirərək qeyd edirik.
26 iyun-Silahlı Qüvvələr Günündə 105 yaşlı ordumuzun keçdiyi inkişaf yoluna nəzər salsaq şahidi olacağıq ki, Azərbaycan ordusu xüsusilə son 20 il ərzində ərzində mükəmməl inkişaf dövrü keçərək dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsində tarix yazıb, hüquqi torpaqlarımız üzərində 30 illik işğala son qoyub, Böyük Qayıdışa yol açıb. Müstəqilliyimizin ilk illərində ölkədə olan mövcud ictimai-siyasi gərginlik, hakimiyyətdə olan siyasi dairələrin yarıtmazlığı digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdur. Həmin dövrlərdə sanki silahlı qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı hərbi və siyasi qruplaşmaların maraqlarının müdafiəçisinə çevrilmişdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasi kurs sayəsində ölkədə nizami silahlı qüvvələr formalaşdı.
Torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət mənada öz nəticələrini göstərdi. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan cənab İlham Əliyevin bütün bayram və əlamətdar günlərdə, hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradırdı ki, biz müharibə, konflikt istəməsək də buna hər an hazırıq. mma hərbə hər an hazırıq.
Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla həyata keçirilməkdədir. Bu gün Azərbaycanda nizami ordu var. Ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. Azərbaycan tarixinin ən şərəfli səhifəsi olan 44 günlük Vətən Müharibəsi bunu bir daha təsdiqlədi. Reallıq budur ki, son illərdə artan maddi imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır“. Biz tarix yazırıq, yeni tarix, Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu Zəfər tarixidir” söyləyən və bu tarixin müəllifi olan Müzəffər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbəni vurdu. Bildirdi ki, Qarabağ Azərbaycandır, Qarabağ bizimdir, Vətəni uğrunda döyüşərək sağlamlıqlarını itirən, Şəhid olan hər bir azərbaycanlınındır.
Yusif Abdullayev;
Neftçala rayon sakini, Vətən Müharibəsi qazisi, keçmiş hərbçi


