Türkiyəyə qarşı tarixin ən böyük terroru

Yaxut Sparta uçağında
Ey dili qafil fil faili məchul fani f....
Derlər,
Heç vaxt Adəmlə Həvvanın izdrablar dolu izdivacını unutmayan, Unudulmuş oxucu,
Qardaş Türkiyənin yaxın tarixində olan hadisələr, baş verən olaylar bəlkə də son 1000 ildə bu ölkənin, toplumun başından keçmiş hadisələrdən dəfələrlə çox, qatbaqat artıq, fazlasıyla faciə yüklü dramatik həngamələrlə aşıb daşandır. Sözü elə də uzatmadan, baş vermiş bir faciənin fonunda anlayanlar iç çəkiminə, göz yaşına, yanıb yaxılmağına hakim ola bilməyəcəkdir.
Tarix 30 qasım 2007-ci ili göstərir. Saatın əqrəbləri 01.36-nın üzərində var - gəl edir. İstanbul - Sparta səfəri zamanı düşənmi, düşürülənmi yolçu uçağı üzərində şübhələr bu günə kimi səngimək bilmir. Atlasjetin, İstanbul-Sparta səfərini gerçəkləşdirən World Focusdan (Dünyaya Bakış Hava Taşımacılığı A.Ş) kiraladığı yolcu uçağı, Süleyman Dəmirəl Havalimanına enmək üzrəykən eniş anında Keçiborlu Türbətəpədə düşmüş, qəza zamanı 7 - si ekipaj olmaqla (heyət) 57 insan həyatını itirmişdir. Uzmanlar bu qəzanın baş vermə səbəbini əsasən bir versiyaya əsaslanmaqla üzərində israrla dururlar.
Söhbət Türkiyənin enerji devi kimi dünyada tayı - bərabəri olmayacaq bir imkana sahiblənmiş gücdən gedirdi. Bu enerji vulkanını həyata keçirən insanlar, elm adamlar olan professor Əngin Arıq və onun həmkarları (alim dostları) (Türkiyəni yaxın gələcəkdə toryumla: - bu enerji tapıntısı səbəbiylə ağılalmaz bir yüksəlişə sövq edərək: -x.t.) nüvə enerjisi lahiyəsinin memarları sifətiylə toplantıya gedirlər. Təsadüfdən, bu 7 alimdən birinin həyat yoldaşı xəstə olduğuna görə, o uçağa minə bilmir və qatarla getməli olur. Bunu bir daha bildirirəm ki, 7 alimdən birinin haqqında danışdığımız yolçu uçağı ilə deyil, ailəsinin xəstəxanaya o gün getməsi ucbatından sonra qatarala yola çıxması əvvəlcədən planlaşdırılmış bir durumun olmadığından açıq şəkildə xəbər verir.
Derlər,
İrəvanın erməniyə 100 illiyə icarəyə verilməyinin tarixinin tamamlandığını xatırlamayan, Unudulmuş oxucu,
Boğaziçi Universitetindən professor Əngin Arıq, elmi işçi Özgən Bərqol Doğan, magistrant Əngin Abat və Doğuş Universiteti professoru Şənəl Fatma Boydağ, digər elm adamı İsgəndər Hikmət və elmi işçi Mustafa Fidan həyatını itirib.
Professor Əngin Arığın Türkiyənin torium yataqlarını bildiyi üçün deyil, toriumdan nüvə enerjisi əldə etmək bilgisinə malik olduğu üçün qurban seçildiyini iddia edən bu sahənin uzmanı, bilicisi Mətin Arıq şübhə və iddialarını o zaman hadisə isti-isti baş verdiyində dilə gətirib:
“Nüvə reaktoru üçün toriumdan istifadə etməyə icazə verməyəcəklər. Torium texnologiya olmadan heç nə demək deyil. Əsas odur ki, siz bu elementi Uran 233-ə çevirəsiniz. Əngin bəy bunu necə edəcəyini bilən birisi olaraq, yəni yeganə sirr küpəsi Türkiyə vətəndaşı idi.
Əngin Arıq dünya şöhrətli nüvə fizikaçısı idi. Türkiyədə bol olan toriumun ölkəmizdəki enerji problemini həll edəcəyini düşünən akademik, bu projenin üzərində işləyirdi.
Təyyarə İsparta Hava Limanına enmək üzrəykən saat 01:36 radar ekranından itib. Təyyarədən xəbər ala bilməyən nəzarətçilər nəhayət ki, təyyarənin qəzaya uğradığını anlayıblar. Rəsmi məlumata görə, təyyarə İspartanın Keçiborlu rayonundakı Türbətəpədə yerdən 1700 metr yüksəklikdə qəzaya uğrayıb.
Kağız üzərində heç bir problem olmadığı görünsə də, İsparta təyyarəsinin qəzaya uğraması zamanı təyyarənin Allaha əmanət olaraq uçduğunu deyə bilərik. Hamımıza tanış olduğu kimi, təyyarələrdə iki qara qutu var, biri kokpit səsini (CVR) və digəri uçuş məlumatlarını (FDR) qeyd edir. Bunlar bu tip qəzanın sirrini açan ən böyük ipuculardır. Ancaq bunun əvəzinə; Kokpit qeyd cihazı -CVR- yoxlanılanda 21 noyabr səs yazılarının olduğu, yəni ilk qara qutunun işləmədiyi üzə çıxır. Üstəlik, məlumat kaydedici - FDR- işə salınarkən, 25 saatlıq qeydin təyyarənin son uçuşundan 14 dəqiqə sonra başa çatdığı görünür. Sistem qəza zamanı xəbərdarlıq göndərdiyini qeyd etsə də, təyyarənin səsli xəbərdarlıq sistemi də işləmir. Kokpitdə yazılmış xəbərdarlıq işığı pilotlara xəbərdarlıq etsə də, pilotlar nədənsə ciddiyə almayıblar. Bundan əlavə, (EGPWS) nasazlığı pilotlara və texniklərə məlum olsa da, təyyarə israrla bu şəkildə uçmağa davam edirdi. Normalda təyyarə belə ciddi nasazlıqla hərəkət etməməli idi, lakin şirkət və pilotlar sanki qəsdən ölümə uçdular.
Qəzadan sonra (elm adamı) Mətin Arıq, həyat yoldaşı Əngin Arığın cibindəki sikkələr də daxil olmaqla, bütün əşyalarının gətirilməsinə baxmayaraq, şəxsi noutbukunun İspartadakı təyyarə qəzasından sonra tapılmamasının çox şübhəli olduğunu bildirib.
TOBB ETU akademiki və Arığın yaxın dostu Salih Sultansoy, “Təyyarənin vurulma ehtimalı 99 faizdir. Əgər o təyyarə vurulmasaydı, Türkiyə bu gün CERN-in tamhüquqlu üzvü olacaqdı. Türkiyə torium yarışında dünya liderləri arasına girəcəkdi”,- sözlərini demişdi.
Derlər,
Bosfor boğazından keçən xarici yük gəmilərindən xərac alınmasının qanuni qüvvəyə mindiyindən sonsuz sevinc duyan, Unudumuş oxucu,
Bundan başqa, FETÖ/PDY işi çərçivəsində nəzarətə alınan Muammər Görgəçin telefonunda qəzanın səs yazıları tapılıb. Söhbətdə iki naməlum şəxs şübhəli Muammer Görgeçə “təyyarəni İsraillilər vurdu, mərhum akademiklər Torium mədənində işləyirdi, bu işlərdə iştirak edən bir akademik təyyarədə yox idi, o akademiki və Torium mədən sahələrini müəyyənləşdirin".
Uçağın vurulması, Türkiyə alimlərinin aradan götürülməsi bütün verilərdə və bilgilərdə birbaşa təsdiqlənir. Bu terroru anlamamq axmaqlıq olardı. O dönəmə kimi və o dönəmdən sonra uzun müddət qardaş Türkiyənin elm adamları gerçək bir terror hədəfinə çevrildi. Siz, təsəvvür edin ki, qlobal güclər tərəfindən bütün bu terror təhdidlərinə, konkret “yox etmə planlarına” baxmayaraq, çətinliklə də olsa, Türkiyə öz strateji araşdırma mərkəzlərini, elmi-texnoloji yeniliyə imza atacaq akademik intellekt resurslarını da bir tərəfdən az da olsa qorumağı bacardı. Əgər Türkiyə bu şəhid edilənlər nəzərə alınarsa, onların yanında çox az qalmış elm adamlarının zehni kapitalı hesabına dünyaya meydan oxumağındadır. Düşünün ki, bu elmi-texniki cəsarət, fəhm, toparlanma, sıçrayış dövlət dəstəyi olmadan əsla bir addım belə atılamazdı. Keçən əsrin əvvəlində Atatürk kimi bir dühanın ölkə başçısı olduğu dönəmlərdə texnika sahəsində, özəlliklə silah texnologiyası sənayesində Türkiyə harda bir müstəqil iş görməyə çalışıbsa, anında və yerindəcə boğulub, susdurulub. Söhbət ondan gedir ki, qardaş ölkənin elm adamlarına qarşı nə qədər hədə-qorxu, təhdid gəlsə də, ölüm hökmləri oxunsa da, bu yolda şəhid edilsə də, axır ki, Türkiyə öz sözünü dedi. Kimsədən asılı duruma düşmədən öz silah sənayesində dev irəliləyişlər haqqında bu gün dünyanın ən böyük tirajlı mətbuat orqanlarının maişətini bəzəyən başlıqlarına tez-tez rast gələ bilərsiniz.
Baxın, Türkiyə əsrlərdir böyük terrorla üz-üzədir. Bir ölkəylə savaşmaq, müharibə aparmaq daha anlaşılan və başa düşüləndir, üstəlik də bu müharibənin gerçəkləri toplumsal və ictimai psixologiyanın yayğın incə anlayış sərgiləməsi baxımından olduqca asandır, nəyin ki bir ölkəyə qarşı terror taktikasını yarım əsrdən çox uyğulayıb tətbiq etmək. Türkiyə asala terror təşkilatına qarşı da öz diplomatlarını müdafiə etmək, qorumaq məqsədi ilə yenə keçən əsrin 80-ci illərində lazımı mübarizəsini apara bildi.
Dəqiq olan tək şey odur ki, Türkiyə tarixini dəyişdirəcək, mühüm işlərə imza atacaq bir qrup alim hədəflərini həyata keçirmədən dünyasını dəyişib.
Yaxşı ki qlobal ölüm hökmü verənlərin uzantısı olan FETO və digər bu kimi örgütlərin uzantısının ağılalmaz terror taktikalarını vaxtında görən qardaş Türkiyə dövləti ön tədbirlərini gec də olsa almağı bacardı. Yuxarıda adlarını sadaladığım misilsiz elm adamalrının təspit edilib qorunmasını nəzarəti altına ala bildi. Onu da deyim ki, indiyə kimi Türkiyəyə tarix boyunca vurulan ən ağır zərbələrin başında hər sahədə başarılı elm admlarına, beyin güclərinə qarşı edilən soyqırım gəlir. Təəssüflər olsun ki, sovetlər dağıldıqdan sonra Azərbaycanın da saysız-hesabsız misilsiz elm adamlarının, beyin varidatının xarici ölkələrin inhisarına keçən köçü baş vermişdir. Yaxşı ki, bu alimlərin az da olsa bir qismi, Türkiyə dövlətində öz bilik və bacarığını bu gün türk dünyasının hər sahədə qalxınmasına sərf edə bilir.
Xanəmir Telmanoğlu


