Media ilə münasibətlər mövzusunda təlim keçirilib

Hit: 578
Media ilə münasibətlər mövzusunda təlim keçirilib
Energetika Nazirliyində əməkdaşların media ilə münasibətlər sahəsində biliklərinin artırılması məqsədilə "Media ilə iş strategiyası" mövzusunda təlim keçirilib.
 
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin sədri, telejurnalist Günel Gözəlovanın təlimçi qismində iştirakı ilə keçirilən tədbirdə media ilə münasibətlərə dair təqdimat dinlənilib. Media ilə iş, bu istiqamətdə əsas tərəflər və prioritetlər, innovativ informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, sosial media ilə işin strateji planlaşdırılması, sosial media alətləri və onlardan istifadə barədə məlumatlar verilib. İctimai maarifləndirmə, nitq qabiliyyəti, natiqlik məharətinin inkişaf etdirilməsi və media ilə işə təsiri, həmçinin digər mövzularda geniş fikir mübadiləsi aparılıb. 
 
Təlimdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 25 əməkdaşı iştirak edib. 








Redaktorun seçimi