İnsanın əlindən alınan mədəniyyət

Hit: 363
İnsanın əlindən alınan mədəniyyət

Və yaxut şadlıq sarayında toy edən çaqqal

 
 
Ey dili qafil fil faili məchul fani f…
(dəvət olunduğum bir toplantıda gənclərə üz tutub sənətin bu günkü mahiyyətinə toxunarkən dediklərim:-x.t.)
 
Derlər,
Ey 2007-ci ildə  Bakıda işıq üzü görən “Ənvər Paşa” dərgisinə sitəm edən, 2023-cü ildə Ənvər Paşa adına təşkilat quran, toplantılar düzənləyən unudulmuş oxuculardan biri, 
 
Bizə qədər bəşəriyyət uzun və böyük bir yol keçib. Bizə qədər keçdiyi yolda izaha gəlməz təcrübə qoyub gedib. Ancaq son 20 ildə dünyanın keçdiyi yol, əldə elədiyi yenilik və bunun fonunda təcrübəsi artıq MƏDƏNİYYƏT qavramını aşıb desək yanlış anlaşılmasın. 
İnsanliq bu günlərə gəlmək, ulaşmaq üçün min illər ölüb dirilmiş. Estafeti indi bizə vermiş, əmanət etmişlər. Ancaq son dönəmdə insanlığın keçdiyi yol min, milyon illik yoldan uzun yolun təcrübəsi və insanqlığın mədəniyyət nemətləridir.
İnsanlıq bu günə kimi mədəniyyəti əldə etməsi, qazanması, yücəltməsi, qoruması və ötürməsi üçün rəsm çəkmiş, musiqi bəstələmiş, rəqs eləmiş, şeir-roman yazmış, binalar, saraylar ucaltmış, arxitektorluq yaratmış, uzaya qalxmış. Bütün bunlar insanlığın müstəsna canlı olma mülakatına, hesabatına, ucaliyyatına əsla xələl gətirməz. Allah bizi üstün qıldı. Bizə verdiyi o üstünlüyümüzü sənətlə realizə olunmağımız üçün sanki bizi təşviq elədi. Bizimlə bərabər bu yerdə, planetdə digər canlıları yaratdı. O canlıların hər birini bizim xidmətimizə sundu. Bu xidmət əsnasında sənət, mədəniyyət birikimimzin üzə çıxması üçün Allah, Yaradıcı Güc yenə olmuyan təşviqlərdə bulundu. Olanlar oldu. İnsanlıq bu günə kimi öz daxili dünyası və potensialından verə bildiklərini verdi, üzə çıxara bildiklərini üzə çıxardı. Bəs sorun nədir, məsələ nədən ibarətdir? Biz, axı nəyi verimişik ki, ala bilmirik? Biz, verdiklərimizi kimə, nəyə, hara vermişik, vermişiksə nə vermişik, yəni verdiyimizin adı nədir suallarının açıq və gizli şirinliyini, dadını, acısını yaşayanlarıq. 
Derlər,
Unudulmağı avarə oxucu,
 
Heyvanlar, bitgilər əşyalar da insanlığın keçdiyi yollda öz töhfələrini vermişdilər. Həm də Allah insanı ruhlu, heyvanı canlı yaratmışdır. İnsan dışında heç nəyin ruhu yoxdur. Canı, enerjisi var. Ancaq insanlıq digər canlılardan ruhuyla, ruhunun təlqinləri əsasında yaranmış olan sənətlə, mədəniyyətlə fərqli bir yer, statü əldə etmişdi. Bu gün insan yenə də rəsm çəkir, musiqi bəstələyir, memarlıqla uğraşır, şeir-roman yazır. İndi isə təcrübə göstərdi ki, bu işləri heyvanlar da bacarır, ağaclar, bitgilər də yapa bilir. Bu təcrübənin nümunələrini yaponlar albalı ağacının üzərində, sonra isə ilanın, atın, meymunun, itin, hətta filin üzərində məharətlə izləmə fürsəti, şahid olma imkanı əldə etdilər. Sonuncu olan fillərin Taylantda qızılgül rəsmi çəkməyini isə nəylə müqayisə edib hansı fikrə, düşüncəyə gəlmək olar? Ümumiyyətlə, bu hadisə bizlərə hansı mesajları verirsə, konkret olaraq aydınlaşdırmaq zorundayıq. 
Film çəkən, tərcümə edən, şeir-roman yazan, rəsm çizən bilgisayar və bilgisayar proqramları ardınca bu yöndə robotların kütləvi şəkildə işə düşməsi, üstəlik də heyvan və bitgilərin sənətə, yaradıcılığa, bir sözlə, mədəniyyətə meyillənməsinin kökündə kəsinliklə sənətə meyillilik, mədəniyyətə tamsınma durmurmu? Axır ki, digər canlılar da insanın sahib olduğu bir birikimə ortaq olmaq mesajnı verdilər. Digər canlılar insana, insanlığa ötürdükləri mesajla demək istəyirlər ki, sən əşrəfi məxluqat ola - ola, kamil ola - ola, mənimlə hesablaşmaq zorundasan. Biz bu planetdə mədəniyyət, sənət, yaradıcılıq xəzinəsini ortadan tən bölməli, bu yatrıma ortaq olmalıyıq.  Bu  xəzinəyə doğrudan da, digər canlıların da haqqı çatır, deyə bilərik. Çünki bu yetgiyi qazanmaq üçün bir bacarığa sahib olmalı, bir işi bacardığını o işi göstərərək bəyan etməlisən. Heyvan və digər canlılar insanlığa xidmət edə - edə gec də olsa, gizli şəkildə insana verilən imkanları, gücün sirrini çözməklə, məncə, quşu lap gözündən vurdular, vura bildilər. Bax, sən insan, bir gül rəsmi çəkə bilirsən. Onu bir fil də çəkir. 
Hələ sən qarışqanın əsərini görmüsənmi. Nə qədər görmüşük ki, torpağı necə quma, una çeviriblər. 
Dağ yaradıblar. 
Baxın.
Derlər,
Dünənə kimi adını eşidəndə ağzı köpüklənən, bu gün turançı kəsilmiş unudulmuş müşkülat oxucu, 
 
Arılara baxın, gedib hardan seçdikləri çiçəklərdən bal çəkib gətirir, şanlarını doldururlar. 
Bu ki dəhşətdir. 
Filə bax, gül rəsmi çəkir. 
Bəs yaxşı, mənim bu fildən, bu heyvandan fərqim nədir. Əgər insanı mədəni qılan, üstün edən sənət, elm, mədəniyyətsə, bunu digər canlılar da yaradır, edir, bacarır.
Bəs mən kiməm, mənim fərqim nədir? Fərqim yalnız bu ola bilər ki, mən Allahı dərk edəm, onun varlığını qəbul edəm, sonra isə Allahın mənə verdiyi sənət, mədəniyyət imkanlarından imtina edib, yəni digər canlılara ƏMANƏT edib (itə, qurda, meymuna, ilana, ata, filə…)yeni bir DƏYƏR aramağın dalınca qoşam. İnsan artıq mədəniyyətdən, sənətdən imtina etməlidirmi? Xeyir. Məncə, o uzun və mükəmməl təcrübəsini digər canlılara verməli, bunu qəbul etdirməli, həm də bu sənətin, mədəniyyətin dışında, onunla paralel olaraq üst mədəniyyəti, üst sənəti yaratmalıdır. O var əslində. O DİNDİR. İnsan Allahı daha da yaxından dərk edərək, onun dinini VARLIĞINA hopdurmalı, çəkməli, bünyəsində əritməlidir. Din əslində, inanc əslində gələcək insanlığın həyatında üstsənət olaraq təcəlla edəcəyindən heç şübhəm yoxdur.  
Burdn çıxarcağımız nəticə nədir?
1. İnsan seçilmişdir.
2. Digər canllar onun xidmətindədir. 
3. İnsanlıq öz təcrübəsini digər canlılara qapdırdı. Belədə insanın xidmətindən o digər canllar dediyimiz varlıqlar çıxa bilər. Çıxmağa haqqı da qazanmış oldular. 
4. İnsan bu yerdə öz ortağını uzaydan gələnlər arasında deyil, yaşadığı dünyada, həm də onun istifadəsinə sunulmuşlar arasında tapdı.
5. İnsan mədəniyyəti digər canlılarla paylaşmaqla, həm də üst mədəniyyət yaratmalıdır. Bu üst mədəniyyət onun DİNİ ola bilər. Fil də gül çəkir, insan da gül çəkirsə, bunu çəkə bilirsə, bu gün artıq insanın çəkdiyi gül uzaq başı ya danışmalıdır, ya səs çıxarmalıdır, ya da çəkildiyi yerdən hərəkətə gəlməlidir. 
Nə vaxtsa danışan güllərə, atasının yasında müqəddəs kitablardfan ayələr, surələr oxuyan quşlar, heyvanlar,  “Sahil” metrosunun  yanındakı evinə axşamlar xüsusi avtomobili ilə gedən çaqqallar görsəniz, heç də təəccüb etməyin. Çünki 
və 
Demək ki, 
kainatda böyük bir DƏYİŞİM baş vermişdir.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi