Vətən haramçılığı edənlər

Hit: 288
Vətən haramçılığı edənlər
 
Ey dili qafil fil faili məchul fani f....
Bu yazının, Birinci və İkinci Qarabağ savaşında kişi kimi savaşan gerçək vətən övladlarına əsla dəxli yoxdur. Bu yazı, qorxaqlar və onların heç vaxt olmayan şücaətlərindən bəhs edənlər haqqındadır.
 
Derlər,
Mış-mişlikdən unudulmuşluğu (yəni dərisi qabığı çıxmış) çıxmış oxucu,
İkinci Qarabağ savaşından sonra, sossial mediyada döyüşçülərimizə, şəhidlərimizə, ordumuza qarşı bilmərrə münasibət dəyişdiyini deyə bilərəm. Bu münasibətin dəyişim kökü xalqın min illərə dayanan özünəxas ruhunun dərinliyindən gəldi. İstənilən hadisəyə qarşı xalq münasibətində heç vaxt yanılmaz. Bu yöndə əsl test rolunu oynamağı da günümzdə gerçək bir dəlildir. Elə bu həssaslıq sərgiləyən münasibət, küçələrdən, evlərdən ta sossial şəbəkələrə kimi daşaraq fərqli lahiyələr, projelər altında gündəmə gətirirlir. Sossial şəbəkələrdə hər an qarşına qazidən, şəhiddən söhbət açan videoya, informasiyaya rast gəlirsən. Demək xalq onun namususnu qoruyanları, ləkəsini təmizləyənləri, kimliyi uğrunda savaşanları unutmur, unuda bilmir. Ancaq narahatçılıq doğuran məqamlardan biri bu görüntülər, videolar, çəkilişlər arasında bəzən hər birimizin həyatda tanıdığımız, ancaq heç bir müsbət keyfiyyətinin, savaşla, vətənlə bağlı heç bir rolunun olmuya-olmuya yerə-göyə sığmayan uydurması, yalanı, gop püskürtülü danışığı, hətta sitəmidir. Bu çox ağrıdıcı məsələdir, dostlar. Bu məsələnin ən ağrıdıcı yanını o ölüm - dirim savaşında olanlar, o gerçəkliyi həyatında yaşayanlar daha yaxşı bilirlər. 
 
Derlər,
Unudulmuş oxucu,
Təsəvvür edirsinizmi, Birinci Qarabağ savaşında bu çəkilişlərdən adam göstərə bilərəm ki, aradan 30 il keçib, hələ də ağlına və  ağzına gələni danışmaqdan yorulub bezmir. Hansı ki, tanıdığımız bu şəxslər bir zamanlar zəlzələdən və vəlvələdən savaş bölgəsinə düşüblər. İnanın, belələri “erməni gəldi”, deyəndə, özündən gedən adamlar olublar. 
Bəziləri də, utanmaz - utanmaz danışır ki, əlimizdə silah -sursat var idi. Birdən gördük ki, ermənilər bizə yaxınlaşıblar, day necə oldusa, təslim olduq. Bütün lazımi silahlarla təchiz olunan belələri erməniyə bir güllə atmadan əsir düşüblər. Lütfən kimsə, yanlış anlamasın, mən bu fikirlərimi bildiyiniz kimi, hamıya, hər kəsə şamil etmirəm, edə bilmərəm də. 
Bu videonu çəkən, çəkilişi aparan müəlliflər isə o qədər saf və təmiz, vətən sevgisi o qədər güclü olan insanlardır ki, lahiyəsinə uyğun olaraq qarşısına kim çıxıbsa, ağına-bozuna baxmadan çəkib. Yaxşı, səni insanlıq edib çəkən çəkib, bəs sən nəyə görə olmuyanlardan danışırsan. O səni çəkən elə zənn edib ki, sən Qarabağda əskər, döyüşçü adıyla olmusansa, sən qəhrəmansan. Bəs sənə nə olub ki, o vaxt əlindəki silahı düşmənə doğruldub nişan alamaqdan qorxduğun halda, bu gün qəhrəmanlığından, şücaətindən, ağılalmaz döyüşməyindən danışır, dil boğaza qoymursan. Şəxsən mən, o zamanlar “Ordu” qəzetində işləyərkən, belə yalançı qəhrəmanları çox görmüşəm. Belələri ordudan fürsət düşən kimi qaçır, bəziləri məcburən qaça bilməsə də, əlində silah ola  - ola, düşmən üstünə gəlsə də, ona silahı doğruldub bir güllə də atmırdı. Bu adamların xain, satqın olduğunu əsla demək istəmirəm. Sadəcə olaraq, onların təbiəti, xarakteri savaş, müharibə mühitində, ab-havasında qorxaqlıq, mütilik rüzgarı əsdirirdi. Mən demirəm ki, müharibədə hər kəs qəhrəman, qorxmaz olmalıdır. Xeyir, əsla. Mən onu deyirəm ki, əlində silah ola  - ola erməniyə niyə əsir düşməlisən? Mən deyirəm ki, əlində silah ola-ola, özü də 20-30 nəfər olasan, nəyə görə erməniyə əsir düşməlisən, təslim olmalısan? İndi də 30 ildən sonra qalxıb utanmadan uydurmalar sicilləməsi danışaraq özündən miflər düzəldəsən, üstəlik də bu danışdığın yalanlara özünü də inandırasan. Təsəvvür edirsinizmi, 3-4 il cəbhə bölgəsinin ən qaynar nöqtəsində əlində tutduğun silahı bir dəfə də olsun qarşı tərəfə atəş açmamısan. Ancaq indi kameranın qarşısında içini çəkə - çəkə, göz yaşlarında boğula - boğula döyüş xatirələrindən danışan yalançı qəhrəmanlar sossial şəbəkələri əməlli-başlı işğal ediblər. Ayıbdı.. gerçəkdən ayıbdı...
 
Derlər,
Olan - qalan ümidlərini qorumağa səy göstərən unudulmuş oxucu,
(Mən Birinci Qarabağ savaşında sona qədər kişi kimi döyüşmüş Əhmədov Qaçayı tanıyıram ki, bu adam hələ də birotaqlı mənzildə cürüyür. Haralara müraciət etməyib? Kimlərə üz tutmayıb? Ancaq nə fayda ki, bu savaşçımız, qazimiz yarımcan halda hələ də övladları ilə bir balaca otaqda Binəqədi düzündə, neft buruqları arasında zülm çəkir:-x.t.)
Hələ bunlar harasıdır,qafil. Heç omasa birisi döyüş bölgəsində olub, başqasının qəhrəmanlığını öz adına danışır, bu dərdin yarısıdır. Ən acınacaqlısı budur ki, bir dəfə də müharibə vaxtı cəbhədə olmayan adamların cibindən döyüşçü olması ilə bağlı hər cür sənət çıxır, guya döyüşçü adıyla hər cür imtiyazlara sahibdir. Mənə elə gəlir ki, bir kişi üçün bundan şərəfsiz bir durum ola bilməz. Məsələn, mən bir neçə adam tanıyıram, Birinci Qarabağ savaşında, ümumiyyətlə, Azərbaycandan qaçırılmışdı. Hazırda heç halal - hümmət savaşmış haqqını ala bilməyən yüzlərlə qazimiz ola - ola, bu şərəfsiz guya veteran kimi hər cür üstünlüklərə sahib olaraq, “qəhrəmanlığının” dadını çıxarır. Bu bəs deyilmiş kimi, məsələn, birisi döyüşçü xatirələrini səmimi olaraq bölüşəndə, deyir ki, əşşi, bu danışır da, mənim yaşadığım o dəhşətləri bu adam görsə, belə danışmaz. Bu cümlələri işlədə - işlədə, üstəlik də dərindən bir ah çəkir, üz-gözünü kədər notları bürüyür. Onu tanıyan olmasa, göz yaşlarını tuta bilməz. Əslinə qalanda isə, özünə saxta yolla bütün sənədləri düzəldərək bu adam müharibə dönəmində Azərbaycandan valideynləri tərəfindən uzaqlaşdırılmışdı. İndi, di gəl, bütün bunları bil, gör, sakit seyr elə, ürəyin partlamasın. 
Şərəfsizlərə, ləyaqətsizlərə, əxlaqsızlara, vicdansızlara, nakişilərə, yalan-palançılara ölüm. 
Yaşasın saflar, doğrular, düzgünlər, gerçəklər, həqiqətlər.
Xanəmir Telmanoğlu








Redaktorun seçimi