Müqəddəs kitablardan hansı təhrif olunubsa, təsdiqlənir

Hit: 374
Müqəddəs kitablardan hansı təhrif olunubsa, təsdiqlənir
 
Ey dili qafil fil faili məchul fani f...
Derlər,
Unudulmuş oxucu,
Yaşadığımız dönəm hər an bir heyrətlə gözlərimizi irildir, nəfəs alışımızın aralığını intensivləşdirir. 
Elmi çalışmalara, üsullara söykənərək ünlü dünya rəssamı Pikassonun düz 118 il öncə itmiş bir tablosunu süni zəka möhtəkirliyinə bitrib - tükənməz kəhanət hərisliyi çilədən texnologiya sayəsində əldə ediblər. Bəlkə düşünən var ki, bu hadisə mədəni gedişata hüzur gətirəcək elə də heyrətamiz bir düzəliş deyil . Niyə? Məhz buna görə deyil, məhz bu xəbərin mənim kimilərinin qafasında, məsələn, elə yaxından tanıdğımız yazarlarımızın, şairlərimizin bir zamanlar itmiş əsərlərinin əldə edilə biləcəyi ehtimalının qafamızda özünə yer açmasıdır. Təsəvvür edin ki, Cavid Əfəndinin bir zamanlar sürgün həyatında yazdığı və yox olan bir dram əsərini necə üzə çıxarmaq, yoxdan var etmək olar? 
Öncəliklə və tez-tələsik, yəni isti-isti  Pikasso zəkasından uzaqlaşmadan onları qeyd edim ki, bu dahinin heyrətlər içində qarşılanan əsərii necə üzə çıxıb, yaxud tapılıb? Ola bilsin ki, Pikassonun ömür-billah heç belə bir əsəri yoxdur və olmayıb. Süni intellektin pik həddinə çatdığı terxnoloji imkanların məharətini gözardı edib məlum xəbəri inkar etmək, bu xəbərə inanmamaq da doğru deyil. 
Tərəfimdən ilkin versiya bu ki, Pikasso 118 il öncə bir tablo yaradıb və bu günə gəlib çıxmayıb. Bir sözlə, zəlzələdən və ya vəlvələdən, oğurlanıb, itib, uçqun altında qalıb… Yəni yox olub. Nanotexnologiya vasitəsi ilə bu gün biri qalxıb məhz Pikassonun hansısa əsərinin itmə xəbərini varlığında və düşüncəsinin müstəvisində çağımızın imkanlarını nəzərə alınaraq “məhz itmiş əsəri bulma” instiktinə tutulub. Mübarək olsun!
Derlər,
Unudulmuş oxucu,
 İkinci versiyada, belə bir əsərin olmaması onun nə vaxtsa olub da, indi isə olması versiyasının önə sürülmə olayına əsla kölgə salmır və sala da bilməz. Niyə? Ona görə ki, ortalıqda ən azından obyekt Pikasso və subyekt onun məlum əsərlərinin ümumi mahiyyətini ehtiva edən sənət estetikası, o cümlədən, bu estetik dünya görüşün şüurlara sirayət edən formatı fokslanmışdır. Pikassonun varlığını inkar edə bilməyəcəyimizə görə, onun yaradıcılığını, məlum əsərlərini və ən əsası əsərlərin müstəsna üslub səpkisində 100 ilə yaxındır ki, bu dünyanın düşünən kəsiminin pompaladığı fikir, alqılayış, dərk imkanlarının ayaqüstə, dipdiri qalmasını nəzərə almaq məcburiyyətindəyik. Məhz nano- texnoloji sistemə görə öz nümunələrini, imkanlarını tamlayıb təqdim edə bilir. Pikassonun bütün əsərləri bir fərdi şüursal-ruhsal yaradıcı sistem mücəssiməsi olaraq olağanüstü üslubla möhürlənmişdir. Bu üslub hər nöqtəsinə və cizgisinə qədər texnolojinin sisteminə ötürüldüyündə, süni intellekt bu üslubun bütün zərrələrini tanımış, əldə etmişdir. Sonra... o itmiş əsəri tapması isə, fikrimcə, Pikassonun bütün əsərlərinə nəzərən, üstəlik də hər bir əsərindəki boşluq zəncirinin oluşmasıyla bir araya gətirmə məharətini öz üzərinə götürmüşdür. Bu süni intellektin sənətkarın şüurunu, zehn dünyasını, şüuraltını, dünyanı alqılayış biçimini tanıması ilə gerçəkləşir.Təkrar edirəm, süni intellekt öz sisteminə sənətkarın şüuraltını və zenhini tanıdaraq onun bütün (tanıdığı) əsərlərinin boşluğundan öz sistemində toparladığı zərrələr əsasında, parçalarla bir bütövlük oluşdurub ortaya yeni bir əsər qoymuşdur, elə qoya bilir də. Bu əsər o haqqında bəhs edilən itmiş əsər də ola bilər, o əsər itməsə, çəkilməsə belə, onun tapılması, yenidən çəkilməsi, bərpası və ümumiyyətlə, olmamasından dolayı indi var olması məlum hadisənin mahiyyətinə xələl gətirməz. 
Derlər,
Unudulmaz oxucu,
Biz bu üsulla gələcəkdə, istənilən Kitabı: -düşünürəm ki, Tövratı, Zəburu, İncili də bərpa edib öz ilk özəlliyinə, gerçək variantına qovuşdura bilərik. 
İnanıram ki, bu dünyada həm əsərləri məhv edilmiş, itirilmiş, itmiş sənətkarların yaradıcılığını eyni minvalla süni intellekt texnolojisi ilə üzə çıxaracaq, həm də digər üç dinin təhrifə uğradılmış üç kitabının mətnlərini bərpa edəcək, həm də Quranın üzərində mübahisə edilən az sayda ayələrinin təhrif edilmədiyinin şahidinə çevriləcəyik. Əvvəl -axır bütün bəşəri və ilahi həqiqətlər öz yerini tapacaq. Bu sarıdan çağımızda yeni texnoloji imkanların inancımızda hətta müsbət rol oynayacağı, pozitiv yer alacağı, rəhmani görüntü sərgiləyəcəyi yenə də bizim imanımızın aşqınlığından asılı olacağı şübhəsizdir. 
Çalışıb topu öz qapına vurma və ya öz qapından keçməyinə imkan vermə, ya qafil!!!
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi