Tarixi yaddaşımızdan silinməyən soyqırımı

Hit: 302
Tarixi yaddaşımızdan silinməyən soyqırımı
 
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tariximizin obyektiv mənzərəsinin yaradılması üçün imkanlar əldə olundu. Ümummilli Liderin fəaliyyətinin əsas tərkib hissələrindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması idi. Ulu Öndərin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə diqqət yönəldilməsin. Erməni yalanlarını faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdıran ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi önəm də bu istəkdən qaynaqlanırdı. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə əsaslı şəkildə çatdırılmalı, ermənilərin iç üzü onlara göstərilməlidir. Tarixin saxtalaşdırılmasına yol verməmək tapşırığı da Ulu Öndərin tariximizə verdiyi dəyərdən irəli gəlirdi. Məhz Ümummilli Liderin tapşırıqlarına uyğun olaraq faktların dili ilə xeyli sayda kitablar çap olundu və müxtəlif dillərə tərcümə olunaraq dünyaya çatırıldı. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu günün çağırışı dünyanın bu tarixi həqiqətlərə həqiqət gözü ilə baxıb düzgün, ədalətli mövqe nümayiş etdirməsidir.
 
Azərbaycan dövlətinin erməni vəhşiliklərini dünyaya bəyan edən addımları bu reallığı bir daha təsdiqləyir ki, təbliğat real həqiqətlərə əsaslananda daha inandırıcı və uzunömürlu olur. Ən əsası Azərbaycan işğala məruz qalan tərəf kimi əsaslı təbliğatı əsasında informasiya mübarizəsində qələbəsi ilə yeganə problemimiz olan  Qarabağ münaqişəsinin həlli üçün  möhkəm hüquqi baza formalaşdırdı.  44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyümüzü təmin edən, tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri informasiya cəbhəsində qələbəmiz idi.
 
Azərbaycan daim real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı ilə erməni yalanlarını ifşa etdi və bu gün də bu siyasət uğurla davam etdirilir. Baxmayaraq ki, Azərbaycan tarixi Zəfərə imza atıb, işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır, informasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında tariximizin öyrənilməsinə, indiki və gləcək nəsillərə çatdırılmasına çğırışlar edir. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, tariximizin şanlı səhifələri ilə yanaşı, faciəli səhifələri də vardır. Tarximizin hər bir səhifəsi bizim üçün əzizdir.
 
Bu tezislərin hər biri Azərbaycan xalqının tarixinə sahib çıxan xalq olduğunu, yenilməzliyini, məğrurluğunu sübut edir. Tariximizin hər səhifəsinə hörmətlə yanaşan dövlətimiz mövcud imkanlardan səmərəli istifadə edərək həqiqətlərimizin dünya ictimaiyyətinə çatırılmasına səy göstərir, diplomatik uğurlarının davamlılığını təmin edir. Tarixi Zəfərimizdən ötən dövrdə Azərbaycanın diplomatik uğurlarına diqqət yetirmək kifayətdir. Ölkəmiz daim ədalətin və beynəlxalq hüququn yanındadır. 
 
Şəhla Abdullayeva
 
YAP Ucar rayon təşkilatının sədri

 









Redaktorun seçimi