Ermənistanın alternativ yolu yoxdur

Hit: 347
Ermənistanın alternativ yolu yoxdur

30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır.

Dövlət başçımız cənab İlham Əliyevin martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki iştirakı və dərin məzmunlu çıxışı ölkələrimiz arasındakı münasibətlər, ümumilikdə regional proseslərə münasibət və mövqe baxımından dünyaya bir daha aydın mesajlarla yadda qaldı. Məhz bu nüfuzlu platformadan səslənən mühüm fikirləri analiz etdikdə görürük ki, artıq Azərbaycan öz gücünə arxalanan və vacib geosiyasi oyunçuya çevrilmiş dövlətdir. Bu mənada Ölkə başçımızın nitqindəki bəzi məqamların üzərində dayanaraq qeyd etdiklərimizə aydınlıq gətirə bilərik. İlk növbədə cənab İlham Əliyev Zirvə görüşü iştirakçılarını Ermənistanın 30 il¬lik işğalı və işğal başa çatdıqdan sonra ərazilərdəki qarşılaşdığımız vəziyyət barədə məlumatlandırdı. Bununla da əslində, erməni qəsbkarlığının doğurduğu zərərin mənəvi ölçülərini göstərmiş oldu. Nəzərə alaq ki, işğal dövrü Azərbaycanın timsalında, bütövlükdə, türk dün¬yasına qarşı həyata keçirilmiş terrrorun müxtəlif qorxunc elementlərinə şahidlik edir. Məsələyə bu nöqteyi-nəzərdən baxış ona görə vacibdir ki, erməni millətçiliyinin hədəfində türk düşmənçiliyi motivi dayanır. Türk milli kimliyinə təcavüz dünya erməniliyinin “fəaliyyət” qayəsini təşkil edir.
 
Deməli, Azərbaycanın öz torpaqlarını təcavüzdən qurtarması fonunda Ermə¬nistana və dünya erməniliyinə vurduğu sarsıdıcı zərbə, ümumiyyətlə, türk dün¬yasına vurulmuş zərərdir. Cənab Prezidentin çıxışında xüsusi diqqət yetirilməli olan məsələlərdən biri də mənfur düşmənin torpaqlarımızı işğal altında saxladığı dövrlərdə həyata keçirdiyi bəşəri cinayətlərdən biri-minalama siyasətidir. Elə bu səbəbdən də Ölkəmiz dünya¬da mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında yer alır. Elə bu səbəbdən Vətən Müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azər¬baycanlı mina partlayışı nəticəsində hə-lak olmuş və ya ağır yaralanmışdır. İnanırıq ki, türk dünyası bu cinayətə biganə qalmayacaq, Ermənis¬tanın dünya miqyasında ifşası istiqamə¬tində səylərini gücləndirəcəkdir. Bütün bu kimi süni problemlərə baxmayaraq işğaldan azad edilən ərazilərimizdə aparılan tikinti-quruculuq işlərinin miqyası hər  gün genişlənir, mühüm əhəmiyyətli infrastruktur layihələri uğurla icra olunur. 30 ilə yaxın müddətdə Ermənistanın məhv etdiyi yurd yerlərimiz yenidən, ən müasir görkəmdə qurulur, dədə-baba torpaqlarından məcburi köçkün düşmüş sakinlərimizin  öz yurdarına qayıtmaları istiqamətində qlobal işlər görülür.
 
Artıq Böyük Qayıdış istiqamətində öz torpaqlarına qayıtmış insanların nə qədər  həyəcanlı, xoşbəxt, sevincli olmalarını çox görmüşük. Bu gün Azərbaycan vətəndaşı olaraq hər birimiz böyük fəxarət hissi ilə baş verən prosesləri izləyirik. Heç şübhə yoxdur ki,  Kapitulyasiya aktına qol çəkən düşmənin son günlər üzərinə götürdüyü öhdəliklərdən qaçması, hiyləgərlik göstərməsi, gah Qərbə, gah İrana, gah da Rusiyaya üz tutması tam şəkildə iflasa uğrayacaqdır. Çünki, Ermənistanın alternativ yolu yoxdur. Əks halda süni şəkildə tarixi Azərbaycan torpaqlarında yaradılmış bu “dövlət”in  sonu uzaqda deyildir.
 
Billurə Mahmudova;
Neftçala rayon sakini, həkim
          
 








Redaktorun seçimi