Yaz fəslimi, yoxsa nəyi öyrənməyin zamanı

Hit: 760
Yaz fəslimi, yoxsa nəyi öyrənməyin zamanı

Ey dili qafil fil faili məchul fani f...

 
 
Derlər, 
Unudulmuş oxucu,
Xalqımızın metafizik dünyagörüşü və varlığı İlahi vasf üzərində qurulub. Biz tək Tanrıçılığı qəbul etmiş toplum olaraq islamı, tək Allahlılıq dinini də sevə-sevə, savaşa-savaşa:- dəxli yodur, axır ki, qəbul etmişik. Niyə?
Bizim əsas inanclarımız və yaşam tərzimiz minillik olaraq yaz bayramında, yaz bayramının adında gizlənib, qalıb.
Yaz bayramı, yazın gəlişi insanın yaranışı və oyanışı olaraq 4 ünsürlə bütövlük qazanır:  -torpaq, su, od, hava. 
Quranın ilk əmri insanlara İkra- oxu ilə başlar. Biz müsəlmanıq- Allahın varlığını qəbul edib onun göndərişləri doğrultusunda hərəkət edən varlıqlarıq.  İnsan, inanmış insan nəyi oxumalıdır? Yazılanı. Yazılan nədir? Bax, o yazılan elə bizim yaz bayramı deyibən varlığımızı min illərdir ifadə etdiyimiz YAZ-ıdır. Bəli, düz duydunuz. Yaz fəslinin adı, dilimizdə olan yazmaq felindən törəyib. Niyə ərəbin, farsın bahar kimi yanaşdığı fəslə biz yaz-ıyla başalyırıq. Yazı axı nədir? Yazı yozulandır? Bəz yozulan nədir? Yuxudur. Biz qış yuxusndan, çöllərin, təbiətin, kosmosun örtüyünü üzərimizdən ataraq  qalxıb dirilişə doğru gedən bir millət kimi qış, soyuq dönəmindəki yuxumuzu indi yazda yozmaqla məşğuluq. Yozuruq ki, Ona, Ali Gücə qarşı düz addım ataq. Axı bizi yaradan, hər şeyi təzələyən Odur. 
Derlər,
Unudulmuş oxucu, 
 Qurani - Kərimdə “Oxu”  sözü  əmr formasında olduğundan - yaz da əmr formasındadır. Biz öz milli vasfımızı, intusiyamızı İlahi düsturla qarşılaşdıranda, yaxut paralelliklər apardığımızda, mükəmməl sonuclar ələd edə bilirik.
İndi isə gələk bu yazını-yazmağı-yozmağı-yuxunu oluşduran əsas amillərin mahiyyətinə, bir başa açımına. Yaz-ın varlığı su, torpaq, od, havadan oluşur.
Su. Su sözünün mənası dilimizdə olan sur sözünün ta kəndisidir. Su-yun - surla nə əlaqəsi dediyin zaman, “Quran”dakı neçə yerdə keçən ayəti xatırladaraq bildirim ki, Yaradan deyir, sizi sudan yaratdım. Bəs sur? Sur Yaradılışın Qiyamət öncəsi dağıntıları, xosu sərgiləyəcək İlahi xəbərdarlığın nişanəsidir. Yaradılışın əvvəlində və axırnda eynilik var. Bu yaradılışın dağıntısına yönəldilən sur-suya çevriləndə o xaosdan, dağıntıdan həyat yaradılır, yəni su-dan. R hərfi, samit olaraq özünü bu tağıntıda, xaosda itirib düşürməklə yerində qosqocaman bir su, tək hecalı söz saxlayıb. Bu sözün də qədim güzgü oxunuşuna əsaslansaq, su-us kimi oxunuşu, ağıl anlamını verir. Bu da İlahi hikmət, ağıl, zəkadır. Biz İLAHİ ZƏKAYA, AĞILA NİSBƏTDƏ TÖRƏYİŞƏ GƏLƏNLƏRİK.  
Torpaq. Torpaq sözü iki sözdən tor və pak sözlərindən oluşur. Allah bizə bu torpağı balığın düşəcəyi tor kimi verdi. Ancaq pak tordur bu tor. Bu tor içində bir ömür dünya həyatı boyunca çabalayıb durur insan. İlahi dəryadan ilahi toruna düşdüyümüz bu aləm həm də pak və ya tor- pak-boq-dur. Yəni Allahın, Boqun toru bu torpaqdır. Biz həm də İlahi rızqıq. Bir şərtlə ki, verilən ömrü əxlaq və inanc çərçivəsinə bələyək. O zaman biz  Yaradıcının dəryasından toruna düşdüyümüz zaman “yeyiləcək hökmündə” olanlardan birisinə çevrilərik.
Od. Bu sözün  yenə tərsinə oxunuşu od-do kimidir. Od niyə do olmalıdır. 7 notdan ilkinin adına burda necə işarə oluna bilər? aha... biz rəqs edən (elə tonqal ətrafında qədim əcdadlarımızın necə yallı getdiyini görün) bir toplum olaraq, eynən alov dilləri, odun alovu kimi üzüyuxarılara doğru dalğalanıb qalxarıq. Bu üzüyuxarı rəqs ayininində odumuz-hərəkətimiz “do” üzərindən, bir ritm üzərindən pərvəriş tapır, nirvanaya ulaşır. Bu hərəkətlənmələrimiz metafizik bir rəqsdir. Unutmaq lazım deyil ki, qədim zamanlarda insanlar rəqs vasitəsi ilə də dua edirdilər. İndiki yallı rəqsi, sufilərin səma rəqsi də buna əyani misaldır.
Gəlir sona- hava sözünə. Hava sözü də iki hecalıdır:  ha-Hu deməkdir. Yaradıcı gücün bir adıdır. Va- var deməkdir. Bayaq su-dan r necə düşmüşdürsə, burda da, va-dan r eyni qayda ilə gizlinə çəkilib. Əslinə baxsan hava-deyil-havardır. HA-HU, VA-VAR da varmaq sözüylədir. Bu söz yaradılana varmaqla dövrə qapanır. Necə?
Xaosdan-surdan xəbər alıb başlanğıc götürüb su-dan yaradılış bulan bu varlıq (insan, həyat) müəyyən sürəcdə İlahi torunda vurnuxur. Eynən od-dakı alov dilimlərində olan kimi. Bu rəqs də bir ritm, nizam üzərində köklənərək, özünü yaradılışdan əxlaq və inananc üzərində bərqərar edərək indi xaosdan çevrildiyi do-nizam yolunda BİR OLANA ( BİR - TƏRS OXUNUŞU RƏBDİR)  doğru varır. 
Siz diqqət edirsinizsə, bu sıralamada qəribə bir ziqzaqlar hakim kəsilir. 
Su – tək hecalı və iki hərfli və bir hərfi gizlində. Ehtiyatda, ya da onu sanki kənardan seyr etmədə.
Torpaq – iki hecalı və iki sözdən oluşur.
Od yenə tək heca və iki hərfli sözdür. O da su kimi tərsinə oxunuşda mənasını itirmir. Əksinə məna qazanır.
Hava(r) – bu söz də ikinci sıradakı söz kimi iki hecalı və iki sözdən oluşur. Bu sözün də sonuncu hissəsində su-dakı r hərfi eyni qaydayla gizlinə çəkilib. 
Təxminən belə:    
a
bb
a
bb
Derlər,
Unudulmuş oxucu, 
Burdan çıxardığımız nəticə ondan ibarətdir ki, xalqımızın islama qədərki inancları, islamla tərs düşmür. Əksinə onun – islamın mənimsənilib böyüməsinə, bu milli energetika, mahiyyət içində öz özəlliyini, ilahi vasfını hifz eləməsinə imkan yaradır. İlahi kitabımızdakı “oxu” əmri, milli energetikamızda “yaz” yarlığıyla tamlıq qazanır və yazılanımızın təbiətdən, kosmosdan, zamandan gəldiyini ortaya qoyur.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi