Bölgədə kütləvi ölüm təhlükəsi...

Hit: 564
Bölgədə kütləvi ölüm təhlükəsi...

ey dili qafil fil faili məchul fani F...

Prezident İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirməsi haqqında xəbərlər duymamış deyilsiniz.
**
bu yazını yenidən yazdığımda Türkiyədəki 11 bölgədə zəlzələnin dünyanı pərişan etməyinə düz 6 gün qalırdı. “yenidən” ona görə deyirəm ki, bu mövzunu son 10 ildə bir neçə dəfə gündəmə gətirməyin zəruri ehtiyacını hiss etmişəm. zəlzələ baş verəndən sonra və zəlzələ təhtitlərinin ard-arda meydan sulaması, bu faciənin heç də uzaqda olmadığından xəbər verdiyi gün kimi aşikar. bizim və bölgəmiz, yaxın qonşu dövlətlər üçün ən qorxulu bir məsələ varsa, o da bu zəlzələ mövsümünə, ilinə düşdüyümüz zaman kəsimində ermənistandakı metsamor atom elektrik stansiyasının varlığı, mövcud bərbad durumda işləməyinin hələ də göz ardı edilməyidir. inanın, azacıq bir zəlzələ bəs edər ki, bu köhnə, tör-töküntüyə dönüşmüş qorxunc ölüm qurğusu milyonlarca insanın canına oxusun. bu bölgədəki geridə qalacaq insanların əsərlər boyunca varlığında fəlakət üstü bir yaşam sərgzəştləri qoyub getsin.
**
 
əsla qorxu məqsədi ilə yazmıram  bu yazını. oğrunun yadına daş salmaq fikrim də yoxdur. ancaq ilin -günün bu çağında reallıqları görməzlikdən gəlmək, əbləhlik olardı.
ermənistandakı metsamorda yerləşən AES  haqqında artıq dünya mətbuatı insanlıq və bölgə xalqı üçün necə təhlükə arz etməsi ilə bağlı kifayət qədər məlumat vermişdir. di gəl ki, hələ də çoxları hər an bizə tarixdə görünməmiş bir fəlakəti yaşadacaq bu qurğunu ciddiyə almır. qorxulusu odur ki, belə bir qurğu insanlıqdan, hər cür məsuliyyətdən uzaq mələz bir millətin ixtiyarında fəaliyyət göstərir. kinlə, nifrətlə, düşmənçiliklə köklənmiş bu qəbilə tipli toplum və qurduqları qondarma hökümət, kim qaranti verə bilər ki, istədiyi zaman, yaxut ağalarının təhriki, təklifi, təkfuru, təqfuru, təzkiri, təqdiri,diqtəsi  ilə bu qurğunu bizə qarşı işə salmayacaq?
**
irəvanın 36 km qərbində yerləşən metsamor şəhərindəki AES-dən bu gün xəbəri olmayan yoxdur. məlumdur ki, bu qorxunc atom stansiyası Türkiyə sərhəddindən 17,5km, iran sərhəddindən 60 km, Azərbaycanın sərhəddindən isə 75 km məsafədə yer alır. 1977-ci ildə tikilən santıral mütəxəssislərin bildirdiyinə görə, dünyada mövcud santralların içərisində ən təhlükəliİ, ən qorxunc, ən güvənsiz reaktor olma özəlliyinə sahibdir. illərdir atom stansiyasının bölgəyə vurduğu dəhşət saçan zərəri heç nə ilə müqayisə oluna bilməz. ən az bal gücündə zəlzələ bəs edir ki, bu stansiya bölgədə çernobıl fəlakətini  bizlərə də yaşatsın. ona görə də, sayın Tayyib Ərdoğana düşən Putin müəllimlə tezliklə bu saçmasapan qurğunu da yox etməsi olmalıdır. məncə, hazırkı aşamada bundan böyük iş yoxdur. hətta bu işdə bütün media, xalq, hökümət ayaqüstə olmaq zorundayıq. ən azından Şuşa- Laçın yolunda xalqımız tərəfindən başladılan uzunmüddətli aksiyanın birini də bu məsələ ilə əlaqədar təşkil etmək  lazımdır. əks təqdirdə fəlakətin miqyası məlumdur.
Türk Dövlətlərinin Birliyinə, TURANa gedən yolun daha sağlam olması bu qurğunun tez bir zamanda yox edilməsindən asılıdır.
**
yaxut bu antiinsani kurnazlığın gizli şəkildə BÖLGƏ üçün fəlakət kəmfürsətçilliyinə dönüşdürülərək davam etdirilmədiyini kim dəqiq bilir? bu qorxunc şərəfsizliyi etmək haylar, daşnaklar üçün  o qədərmi çətindir? xəlvəti sızmaya şərait yaratmasaydılar, ətraf bölgələrdə nədən illərdir qorxunc sayda kanser (xərçəng) xəstəliyi baş alıb gedir?  bu barədə bir çox avropa dövlətlərinin, eləcə də Türkiyənin zaman-zaman apardığı önəmli araşdırma sənədləri mövcuddur.
santralda böyük bir ehtimalla hal hazırda bir sızıntı olduğu məsələsi da qaçınılmazdı.
digər yöndən mütəxəsislərin bildirdiyinə görə, yarım əsrdən artıqdır tikilmiş bu qurğu çoxdan öz ömrünü başa vurub. istismar müddətini ötürmüş atom (ÖLÜM ) stansiyanın bağlanma təklifi və tələbləri ermənistana 2013-cü ildə imzalamağa hazırlaşdığı və sonra imtina etdiyi avropa ittifaqı ilə assosiasiya sazişində nəzərdə tutulurdu. bütün cəhdlərə baxmayaraq, bu yöndə heç bir gəlişmə, irərliləyiş yoxdur.
santral birləşmiş millətlər beynəlxalq atom enerjisi agentliyi (AEA) və avropa birliyi tərəfindən dünyanın ən təhlükəli santralı olaraq elan edilmişdir. hətta qurğuda bir qəza baş verərsə, çernobıl faciəsindən də böyük faciə qaçınılmazdır. atom stansiyası qəribədir ki fay, təhlükə xəttinin üzərində inşaa edilmişdir. ümumiyyətlə, hər hansı bir qəza baş vderəcəyi təqdirdə (belə gedərsə, bu mütləq gözlənilir) hər hansı bir önləmin alınması da asan məsələ deyildir. ən yaxşısı Türkiyə, Azərbaycan, iran, Gürcüstan dövlətləri və ermənstandakı sağlam qüvvələrin dəstəyi ilə bu ağılalmaz təhlükəni bir an öncə bölgədən uzaqlaşdırmaq, yox etmək lazımıdr. inanın, faciə qapımızın ağzındadır.
doğrudur, bölgəmizdə böyük işlər, çalışmalar başladılmışdır. Sayın İlham Əliyevin və Tayyib Ərdoğanın Şuşa görüşü misli görünməmiş bir tarixi məqamı bizlərə yaşatdı. bundan dolayı olduqca sevincliyəm. ancaq Şuşadan başlanan o böyük yola çıxılmışsa, TURAN İDEALLARI gerçəkləşməyə doğru start götürdüsə, ilk nöbədə ermənilərə verilmiş rusiyanın bu zibili, Atom ÖLüm Stansiyası bölgəmizdən, halal torpağımızdan tezliklə yığışdırılmalı, yox edilməlidir.
Zəruri qeyd: Bölgəmiz Çernobıl təhlükəsindən də qat qat bir fəlakətlə ilə üz - üzədir, qafil.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi