Naxçıvanda vəkillərin sayı artırılacaq

Hit: 751
Naxçıvanda vəkillərin sayı artırılacaq
"Naxçıvanda da vəkillik sahəsində islahatlar aparılacaq".
 
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Muxtar Respublikada vəkillərin sayı artırılacaq:
 
“İnsanlara yüksək keyfiyyətli hüquqi yardım göstəriləcək. Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşümüz oldu. Vəkilliyin inkişafı ilə bağlı müzakirə apardıq. Məqsədimiz odur ki, Naxçıvanda da mütəmadi olaraq vəkilliyə qəbul aparılsın, gənc hüquqşünaslar vəkilliyə cəlb olunsun.
 
Naxçıvan Dövlət Univesiteti ilə memorandum imzalanacaq. Univesitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinə dəstək göstərmək istəyirik. Hər ay Naxçıvanda vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyaları keçiriləcək. Naxçıvan sakinlərini bu aksiyada fəal iştirak etməyə dəvət edirəm".








Redaktorun seçimi