Türkiyənin İkinci Qurtuluş Savaşı

Hit: 265
Türkiyənin İkinci Qurtuluş Savaşı
 
Ey dili qafil fil faili məchul fani f....
Mən qardaş Türkiyədən yazdığım zaman, həm də özümüzdən danışıram, özümüz haqqında anladıqlarımı və başa düşdüklərimi dilə gətirmək ehtiyacı duyuram. 
Saysız-hesabsız uzmanların söylədiklərindən anlaşılan odur ki, Türkiyənin ondan çox əyalətinin faktiki xəritədən silinməsinin təbii fəlakətlə heç bir əlaqəsi yoxdur. Təsəvvür edin ki, bu coğrafiyada əsrlərdir bir nizama oturmuş məskunlaşma əraziləri, bütün şəhərlər yerlə yeksan olmuşdur. 
Sözsüz ki, qlobal mafiya, o cümlədən bu gücün sağ əli olan NATO, heç də sizin bildiyiniz kimi xoşməramlı bir qurum deyildir. Əslində məsələ nədən ibarətdir? Türkiyə, Osmanlı kimi üç qitədə altı yüz ildən çox zaman kəsimində imperatorluğunu sürdürmüş bir milli dövlətdir. Bəli, milli dövlətlərin  bu sürəcdən sonra yaşaması, var olması şübhə altındadır. O ölkədən söhbət gedir ki, burda dini bağlar olduqca qüvvətlidir. Toplumun ailə yapıları olduqca güclü insiyativə dayanır. Gülməli görünsə də, deyim ki, elə bu önəmli faktorun özü qlobal mafiya dediyimiz üst güclərin yuxusunu ərşə çəkir. 
Amerika dediyiniz isə, Bİrləşmiş Ştatlar deyil, birləşmiş şirkətlərin çağdaş özəlliyini finans qaynaqlı yapılanma hiyerarşiliyi ilə gerçəkləşdirmiş bir xaospərəst sistem uzantısıdır. Amerika yardım, dost əlini burdan uzadar, ancaq o biri əliylə qan, göz yaşları axıdıb öz imperiyasının ayaqlarını bu fəlakət bataqlığı üzərində möhkəmlətməyə çalışar. 
Türkiyəni qarşıda olduqca ağır bildiyimiz sınaqlar gözləyir. Olacaqlardan zərrə qədər də qorxmaq, ümiddən düşmək, əl-qolunu yanına salmaq lazım deyil. Allah şərə, şeytana da imkan verib, inancı, kitabı, peyğəmbəri, qibləsi olanlara da. Şərin planı, xəyalları, fantaziyaları var, bəs sənin, ay inanc əhli olan qardaşım, bir proyektin, amalın, xəyalın, strategiyan varmı?  Biz savaşmaq və qalib gəlmək zorundayıq. Bizlər savaşmasaq, boyun əyəcək, zülmə tabe olacaq, klonlaşacaq, şeytanın quluna çevriləcəyik. Mən bu qorxunc faciələr zəncirinin oluşdurulduğu reallıq xıncının tezliklə elə Türkiyə xalqı, dövləti tərəfindən bitiriləcəyi inancındayam. Bu fəlakətlərin başladılmasının kökündə onlara görə, gerçək səbəblər vardır: Türkiyənin Lozan Anlaşmasının 100 illiyi başa çatır. Bu başa çatan Anlaşma nəticəsində, Türkiyə bir çox imperialist güc dövlətlərinin təzyiqindən və hegomonluğundan qurtulmağına hazırlıq görüb. Bu Anlaşmanın sona erməsi nəticəsində, qardaş ölkəmiz bütün yeraltı və yerüstü  sərvətlərini özgürcə, kimsənin diktəsi olmadan necə istifadə edəcəyi qutlu bir dönəminə daxil olur. Bu Türkiyənin həm də, dövlət iradəsini kullanaraq yeni elmi-texnoloji ürətimində öz insiyativiylə hərəkət edəcəyindən xəbər verir. Artıq Türkiyə texnoloji yeniliklərə kifayət qədər imza atmağını sübut etmişdir. Bunları xarici missionerlər, yad ünsürlər, dünyaya ağalıq etmək üçün çabalayanlar görür və heç cürə həzm edə bilmirlər.
Digər bir xüsus, türk dilli dövlətlərin bir Birlik oluşdurmasında Türkiyə lokomativlik rolunu oynamırmı? Müsəlman aləminin bir araya gəlməsində Türkiyənin önəminin nə qədər olduğunu kim bilmir ki? Afrika qitəsinin digər imperialist təcavüzkarların əlindən çıxmasını və Türkiyə ilə qitənin sıcaq münasibətlərindəki inkişafını, sizcə, görmək çətindirmi? 
Bəs İstanbula nə deyirsiniz? 1453-cü ildə Fatehin fəth etdiyi dünyanın bu baş şəhəri, baş payitaxtı kimlərin maraq dairəsində deyil ki? O kimlər dediyiniz ünsürlər üçün, sizcə, İstanbul nəyə görə bu qədər önəmli və vazkeçilməz bir özəlliyə sahibdir? İstanbul həm də Ayasofiya deyilmi? Anqlo-saksonlar yeni bir min illiyi başlatdıqlarının inancındadırlar. Onlar elə zənn edir ki, bu başladacaqları minillik əsla Ayasofiyasız, İstanbulsuz mümkün deyildir. Adamların strategiyaları var və çoxdan işə başlamışsalar da, bizim kimi toplumlarda nə desən “komplo teorisi” kimi anlaşılır, təəssüf!!!
Digər bir məsələ isə, qarşıdan qardaş ölkədə seçimlərin yaxınlaşdığını hesaba qatsaq, işlər dəyişir. Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin prezidenti olandan bəri, bu bölgənin qədəri başqa istiqamətdə dəyişməyə başalmışdır. Bu qədər uğurlar baş verdiyi  bir coğrafiyada, üstəlik də bir ölkə olaraq hansı xüsusisiyyətə sahib olduğu gün kimi ortalıqda ikən, Türkiyənin başını boş buraxacaqlarını heç düşünməyin. Baxın, zəlzələ sonrası Fransa basını “...artıq fransa tanklarının Türkiyəyə girməsinə gərək qalmadı” -  lafını yazır. Fransa tanklarının Türkiyədə nə işi ola bilər ki? Qlobal Mafiyanın uşağı deyilmi, köpəyi deyilmi fransa? Demək, fransanın Türkiyəyə daxil olması, hücum planları da varmış ki, zəlzələ sonrası belə bir əyyaş kəlmələrə yer verməkdən çəkinmirlər. Əlbəttə, Tayyib Ərdoğan seçkilərdə qalib gələcək. Üstəlik, Türkiyə dövlətinin stratejik hədəfindəki bütün ideallar reallaşacaqdır. Buna kimsənin şübhəsi belə olmasın.
Bu iyrənc minilliyi başladan kəsimlər o kəsimlərdir ki, eyni vaxtda bütün dünyanın ən önəmli qurşaqlarında meşə yanğınlarını başlatdılar. 
Sonra da virus adıyla insanları qırdılar və geridə qorxu altında inləyən insanları evlərə təpdilər. 
Sonra yer üzündəki inəklərin artıq dünyaya, planetə zərər verdiklərini (qlobal istiləşmənin, iqlim dəyişməyinin) bəhanə gətirib iribuynuzlularla birgə digər həyatımızın bəzəyinə çevrilmiş, vazkeçilməzliyini oluşduran canlıları, heyvanları silməyə başladılar. Bu proses hələ də davam edir. 
Yaxın Şərqdəki bütün yeraltı enerji resurslarına əl qoydular. Bunlar bəs deyilmiş kimi, yeri boş verin, indi də GÖY üzünü mənimsəyiblər. Kosmik antenlərlə göy üzündə, kosmosda tor hörüblər. Yaxın illərə kimi isə bir (1) milyard insanın köçündən danışırlar. Qırdıqlarını qırırlar, qıra bilmədiklərini qorxu içində saxlayaraq, onların gündəlik istifadə elədikləri gün işığı, hava, oksigen imkanlarına vergi qoyduqları haqqında da xəbərlər gəlməyə başlayır. 
Bir onu bilirəm ki, Adəm nəslindən olmağımız şəksizdir. Bir ona inanıram ki, bütün insanlığı, digər canlıları, kainatı, bütün aləmləri yaradan bir baş Memar var: ALLAH! Onun iradəsi olmadan, bir yarpaq da budağında qıpırdamaz. İstanbulun kafirlər üçün önəmini anlayıram. Ancaq inancımız o qədər önəmlidir ki, biz təkcə gözünüzə görünənlərdən ibarət deyilik. Bəs bizim 3-lər, 7-lər, 40-lar, qövslər, övliyalar dediklərimiz, şəhidlər bildiyimiz tərəfimizdən xəbəriniz yoxmu? İstanbul övliyaların uyuduğu bir şəhərdir. Nə olacaq bilmirəm, ancaq sonda İstanbul da, Ayasofiya da bizim olacaq. Əgər İstanbul əldən gedərsə, bütün türk və islam dünyasının varlığı sual altında olacaq. 
Dostlar, bütün baş verənlərin analitik sonucundan yansıyan odur ki, Türkiyə dövləti ikinci İstiqlal Savaşının içindədir. 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi