Azərbaycanın yaratdığı geosiyasi reallıqlar regiona əbədi sülh gətirir

Hit: 539
Azərbaycanın yaratdığı geosiyasi reallıqlar regiona əbədi sülh gətirir
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu cəmi 44 gün ərzində təcavüzkar erməni silahlı birləşmələrini darmadağın edib, 30 illik Vətən həsrətinə son qoydu. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır. Möhtəşəm Qələbəmiz də məhz bunu əyani olaraq bütün dünyaya sübut etdi. Prezident İlham Əliyev istər müharibədən əvvəl, istərsə postmüharibə dövründə bizim əzəli torpaqlarımızda olan təcavüzkar silahlı birləşmələrin ərazilərimizi tərk etməsi üçün dəfələrlə humanizm prinsiplərinə əsaslanan sülh təklifləri irəli sürüb. Və təbii ki, bu təklifdən nəticə çıxarmayan Ermənistana unudulmaz ağır cəza verilib. Bugün regiona əbədi sülh gəlməsi üçün Azərbaycan tərəfinin təklifləri Ermənistan siyasi rəhbərliyi və Qarabağdakı erməni azlıqları tərəfindən birmənalı qəbul edilməli, onlar öz məsuliyyətini dərk etməlidirlər.
 
Elə bu məqsədlə də  Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin Məmmədovun doğma Qarabağdakı azlıqlarla görüşü zamanı Azərbaycanın sülh mövqedə olduğunu bir daha nümayiş etdirdi, həmçinin aydın oldu ki, doğma diyarımızda yaşayan ermənilər ya qanunlarımıza uyğun şəkildə, bizim bayrağımız altında yaşayacaqlar, ya da Vətənimizi birdəfəlik tərk edəcəklər. Görüşdə ikinci bir məsələ ondan ibarətdir ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə, sosial və mədəni həyatına reinteqrasiyası, bu istiqamətdə ölkəmizin qarşıdakı zamanlarda atacağı addımlardır. Hesab edirəm ki, bu bir daha Azərbaycan Prezidentinin sülh və sabitliyi bərqərar edən Lider kimi ermənilər üçün verdiyi tarixi şansdır. Ya bundan yararlanmaq lazımdır, ya da ki buradan uzaqlaşmaq. Qarabağ bizim tarixi torpağımızdır və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti regiona əbədi olaraq sülh və firavan həyat gətirir.
 
Millət vəkili İlham Məmmədov








Redaktorun seçimi