“Adət-ənənələrimiz, dəyərlərimiz, Sevgi həmrəyliyimizdir” - FOTOLAR

Hit: 577
“Adət-ənənələrimiz, dəyərlərimiz, Sevgi həmrəyliyimizdir” - FOTOLAR
“Əsgərə Xatirə Kitabı” layihəsi, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə kulinariya və qənnadçılıq “Cake school" məktəbinin ev sahibliyi ilə “Adət-ənənələrimiz, dəyərlərimiz, Sevgi Həmrəyliyimizdir”- adlı tədbir keçirib.
 
Faktor.az xəbər verir ki, tədbirin məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında, qorunub-saxlanılmasında canından keçmiş və şücaət göstərmiş, eləcə də Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirən şəhid və qazi yadigarlarına həsr olunmuş tədbir keçirilmişdir.
 
Tədbirdə çıxış edən millət vəkili Jalə Əhmədova bildirib ki, bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
 
Sonra çıxış edən Layihə rəhbəri Nuranə Şıxəliyeva və “Cake school" məktəbininin direktoru Emilya xanım bildiriblər ki, xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Qeyd olunub ki, Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.
 
Tədbir zamanı uşaqlar,valideynlər və fəxri qonaqlar ilə birlikdə Novruz bayramının adət-ənənələrini özündə təcəssüm etdirən Novruz şirniyyatlarını hazırlayıblar. Daha sonra onlar nağıl qəhrəmanları ilə görüşərək əyləncəli vaxt keçiriblər.
 
Tədbirin gedişində öz sadəliyi və insani dəyərləri ilə seçilən millət vəkili Jalə Əhmədova uşaqları təbrik edib,uşaqlara fəxri fərmanlar və Novruz hədiyyələri təqdim edib.
 
Eyni zamanda fəxri qonaq qismində iştirak edən Tibb universitetinin Kimya-Bilologiya fakültəsinin baş müəllimi Firəngiz Quliyeva və Diamed klinikasının baş meneceri Abbasova Mahirə xanım da uşaqları təbrik edib.
1
1
1
1
1








Redaktorun seçimi