Diplomatik meydanda siyasi qələbə

Hit: 621
Diplomatik meydanda siyasi qələbə
Münxen şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Prezidenti İlham Əliyevin dünyanın nüfuzlu ölkələrinin siyasi, hərbi və iqtisadi sahələrinin liderləri ilə görüşmüşdür. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsidir.
 
Münxen görüşləri Azərbaycanın diplomatik meydanda siyasi qələbəsidir. Prezident İlham Əliyevin bu konfransa dəvəti və iştirakı Azərbaycanın sülh tərəfdarı olduğunun təzahürüdür. Prezident İlham Əliyev Münxendə Dağları aşmaq Cənubi Qafqazda təhlükəsizliyin qurulması mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində 2-ci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyətin tamamilə dəyişdiyini bildirərək yeni reallıqların ortaya çıxdığını diqqətə yetrib. Panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcburən barşacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər yeni yanaşmaları tələb edir.
 
Cənab Prezident "Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı  açıqdır” deyə bildirdi. Dövlət katibi Blinkenin təşəbbüsü ilə bu gün keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Mən bunu müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür. Cənab Prezident Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mövqeyimizin tamamilə məntiqli olduğunu diqqətə çatdırıb. Ermənistan tərəfi əgər özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır. Ermənistanın baş naziri Paşinyan  tərəfindən yenə qeyri-obyektiv fikirlər səsləndirilməsi onun yenə də öz amplualarında qaldığını bir daha təsdiqləyir. Bizim isə mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Bildiyimiz kimi, enerji təhlükəsizliyi ilə bağlı panellər də keçirilib. Azərbaycanın son vaxtlar enerji təhlükəsizliyi təchizatı ilə bağlı irəli sürdüyü məsələlər, Bolqarıstanda, Rumıniyada imzalanan müqavilələr, Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Bu reallığı ermənipərəst dövlət kimi tanınan Fransa qəbul etsə də etməsə də Azərbaycan Avropada olduqca hörmətlə qarşılanır. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş və məlum debat bəlkə də İrəvan üçün son şanslardan biri olacaq.
 
Bir çox görüşlərdə bizim Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır. Burada həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilərlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək. Bütün bunlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir.
 
Abbas Əliyev
 
YAP Abşeron rayon təşkilatının sədri

 









Redaktorun seçimi