XƏYANƏTİN BƏDƏLİ

Hit: 352
XƏYANƏTİN BƏDƏLİ
Ey dili qafil fil faili məchul fani f...
 
Derlər, 
Unudulmayacaq, unudulmağı heç ağlının köşəsinə sığdırmayan əyyamın oxucusu,
 
Hisslərimi cilovlamğa çalışaraq nələrisə dilə gətirmək məcburiyyətindəyəm:  Türkiyənin başına gətirilənlərə qarşı heç cürə biganə qalmaq insanlıqdan deyil. Türkiyəni müxtəlif üsullu dərk edilməz yollarla parçalamağa, xəritədən silməyə çalışanlar, sabah bizi göydə udub həzmi-rabedən keçirməkdən həzz alacaqalar. Kim nə deyir desin, bu da mənim (hər kəsin “bilirəm” dediyi) qənaətimdir. 
Qardaş Türkiyəyə olacaqlar olur. Bu aralar bir az soyuqqanlı şəkildə düşünməyə çalışıram. Başqa yolumuz olmadığının fərqindəyəm. Nəyin bahasına olur olsun, ayaq üstə durmağın bir qənimət olduğunun milladdan qoparaq hicriyə doğru üz tutmağın məsumanə bilincindəyəm. 
 
Derlər,
Umuduılmaz, heç unudulmaz oxucu,
Məni içimdən oyan, olduqca dərinliyimə işləyərək köklü narahatçılığıma səbəb yaradan ağrı-acı, Türkiyədə və Azərbaycanda əsrlərdir birgə yaşadığımız digər xalqların bəzi nümayəndələrinin Türkiyənin ən ağır dönəmində xariciyyə yanlısı görünmə lüksüdür. Bildiyimə və anladığıma görə, xarici düşmənlər sənin üzərinə ayaq aldığında, bütün çaqqalar birləşir, bir araya gəlirlər. Bu zaman daxildəki narazı qüvvəllərdən layiqincə isitifadə etməyi bacarırlar. Çünki bu istiqamətdə onların həm tarixi təcrübələri, həm yenilikçi projeləri rahatlıqla işlərinə yarayır. Bir sözlə, xarici düşmən ünsürləri “daxili düşmən ünsürlər”indən, narazı qüvvəllərdən yetərli qədər istifadə etməyə hayıl-mayıldırlar. Bu tavr, tarix boyunca təcrübədən net olaraq keçmiş, fəci sonuclar ortaya qoymuş bir əxlaq göstəricisidir. 
Mən, bizimlə birgə ortaq vətəni, ərazini, dövlətçiliyi, havanı, suyu bölüşən (həm Türkiyədə, həm Azərbaycanda) insanlarımıza, bizlərdən bir parça olduqlarını unutmamalırını israrla xahiş edirəm . Onlar unutmasınlar ki, türkə, (“türk” sözü isə millət deyil dilimizdə təfəkkür zəminli mahiyyətə dayalı adamların birliyi anlamını daşıyan bir məna ifadə edər:-x.t.) müsəlmanlığa qarşı düşmənçilik mövqeyi sərgiləyən hər hansı bir qüvvə, güc ünsürü, bu gün bizimə düşmənçiliyinə dərin özüllü “faktlar” gətirməklə, guya sözdə səni sevəcəyini, qayğına qalacağını açıq-gizli üslublarla bəyan edəcək. Bu gün mənim üzərimə gələn düşmən çətəsi, inanın, sabah da sizi tapdayıb keçəcək. Yadınızda saxlayın ki, kimsə sizin qaşınıza, gözünüzə vurulmayıb. Sadəcə olaraq, xəyanət meyilli qüvvələrdən quldurlar (belə tarixi sürəclərdə) həmişə acımasız şəkildə sui -istifadə etməyi bacarıblar. Sonra onu təkləyərək leş kimi bir tərəfə tullamağı da unutmazlar. Əgər hansısa vədə, sözə aldanıb, propaqandaya uymaq əxlaqınıza güc gələ bilmirsinizsə, xəyanət duyğularınızın qarşısını almaqda çətinlik çəkirsinizsə, intihar edin, özünüzü asın, öldürün. Heç olmasa sizdən sonra gələn övladlarınız atalarının xəyanət ətalətindən dolayı başlarını aşağı salaraq gəzməsinlər. Parçalamaq instiktini taktiki gedişata uyğulayanların, yəni onların sizinlə yaxından - uzaqdan hər hansı bir xeyir bazında əlaqəsi heç vaxt olmayıb, olmayacaq da. Onlar, yəni marıqda dörtgözlə bəkləyən yamyamlar sürüsü, ümmətin, xalqın gerçək yükünü, ağırlığını uca Allahın kimlərə yüklədiyini yaxşı bilirlər. Onların dərdi, ümmətin yükünü sahiblənmiş kimsələrlədir. Türkiyə ilə Azərbaycanı ortadan qaldırmaqla bütün əngəlləri aşacaqlarını zənn edərək, sonra sıra satqınlara, xainlərə, mədəni-milli əxlaqı olmayanlara gəldiyində, onları da qarışqa kimi əzib keçmək əsl hədəfləri halına gələcəyinə zərrəcə şübhəniz olmasın. 
Derlər,
Unudlmaqdan əndişə edən min budaq olmuş oxucu,
Nə qədər təkrar, yıpranmış, pafos içərikli səslənsə də: -  bu gün bizə düşən, bir - birimizə sarılıb yaralarımızı sağaltmaq tamlığı olmalıdır. Aramızda məsafə saxlamayaq ki, ölüm əsdirən yad-yabançı rüzgarlar o boşluqdan içəri dolsun. İnanıram ki, elə belə də olacaq. İnanıram ki, Türkiyədə də, Azərbaycanda da, kimlərisə sevməyənlər, sevmədiyni zənn edənlər, düşmənçilik, kin -küdurət duyğularıyla alışıb yananlar bu fəlakət püskürən çətin dönəmlərdə bir anlıq da olsun oturub düşünməyə vaxt tapacaqlar. Nəyin bahasına olur olsun, kimlərinsə bizi əbədi köləlik rəzilliyinə düşürəcəyini unutmamalıyıq. Onlar, bu coğrafiyalarda bizləri bir - birimizdən ayırmaq, təkləmək istəyirlər. Bizi ya yox etmək, ya qul, kölə olaraq bu dünyada qiyamətə kimi saxlamaq, kimlərinsə zövq mənbəyinə dönüşən bir toplum olaraq görmək amaclarını gizlətmirlər. Bu dəghşətlərə imkan verməmək, fürsət tanımamaq üçün, bir - birimizə qarşı sadiq olmaq zorundayıq. Bu məndən hər bir kəsə xəbərdarlıq və uyarı olaraq bilinsin. İnanın, sonra gec olacaq. Olduqca həssas, həm də qorxunc bir dönəmdən keçməkdəyik. 
İndi hansı həqiqəti söyləsən, dilə gətirsən, komplo teorisi, səy, fanatik, qorxaq, dayaz qafalı, elmsiz, “bu nə deyir, başına at təpib” kimi damğaları yeməli olacaqsan. Dış güclərin səni, məni kölə eləmək səriştəsinin bizim alışqan olduğumuz, bildiyimiz üsulla olmadığından, anlayıram ki, bu deyilənlərə inanmaq istəmirsiniz. Bu gün, tank-top, tüfəng savaşları bitmişdir. Bu gün, gözünün baxdığı, ancaq görmədiyin ölümsaçan, insanlıq bitirən silahlardan olduqca məharətlə istifadə edirlər. Həm də elə bir zamanda yaşayırıq ki, əsl düşmənin kim olduğu da konkret şəkildə çoxlarına bəlli deyil. Düşmən bildiyin kəsimlər, odaqlar, burdan üstünə qışqırırır, o bir yandan əlini saçlarına çəkir. Burdan başqa adlar altında adam öldürür, o bir yandan öldürülənə göz yaşı tökür, insan və heyvan haqlarından danışır, öldürülənin yetimlərinə kamyon-uçaq dolu yardımlarla gəlir. O yardımların içindəki uşaq oyuncaqları bir anda uşaqlarımızı sevindirir, sanki dünyanın sonsuz xoşbəxtliklərini o məsum yavrularımıza verir, bir neçə vaxtdan sonra o oyuncaqların tərkibindəki zərərli maddələr işə düşdüyündə, övladlarımız xəstələnir, dünyasını dəyişir. Ən əsası isə rəzil duruma düşürülərək dünyalarını tərk edirlər. 
Kiməsə öyüd vermək, dərs keçmək niyyətində deyiləm. Söylədiklərimi məndən min qat dərin, analitik ehkamlarla irdələyib ağzından sözünü dürr dəyərində çıxarda bilənlər az deyil. Mənim əndişəm odur ki, qırğınları sığortalayan, leqallaşdıran oyunlardan xəbərdar olan insanlarımız,  onların dədə-babalarımızın başına gətirdiklərini unudurlar, saxta təbəssümlərə ürək qızdırıb tez inanır, aldanırlar. Çünki olduqca həssas yapıya, özəlliyə sahib bir toplum olaraq zəif nöqtələrimizi özüllü instutlara söykənən araşdırmaların verimli sonucları ilə VAXTdan dəqiq istifadə edərək məharətlə bacarırlar.
İnanıram ki, böyük Allah, yaxında dış güclərin arzu və niyyətlərini gözlərində qoyacaq. Onları elə durumua salacaq ki, öz adlarını soruşduğunda qorxuya düşüb təşviş keçirəcək və yaxut heç xatırlaya bilməyəcəklər. Qlobal mafiya pərdazlarının bizlərə möhtac olacaqları gün heç də uzaqda deyil.
Olub - bitən fəlakətlərin, dağıntıların, axıdılan göz yaşlarının altından heç təsəvvür etməyəcəyiniz böyüyən Türkiyənin öndərliyində yeni düzən modelli yapılanma dünyanın üfüqlərini aydınlığa bələyəcək.
Xanəmir Telmanoğlu








Redaktorun seçimi