Ziyatdin Kassanovdan Türkiyəyə - 1 milyon dollar ianə

Hit: 702
Ziyatdin Kassanovdan Türkiyəyə - 1 milyon dollar ianə
Xəbər verdiyimiz kimi fevralın 6-da Türkiyədə bir neçə dağıdıcı zəlzələ, ardınca isə 1891 afterşok baş verib .
 
Baş verən zəlzələlər nəticəsində dəhşətli faciə yaşanıb.Belə ki,qardaş ölkə Türkiyədə baş verən güclü zəlzələ şəhərləri tanınmaz hala salıb.
 
Faktor.az xəbər verir ki,  belə çətin vəziyyətdə ,qardaş Türkiyədə baş vermiş dəhşətli zələzələnin ağır nəticələrini aradan qaldırmaq üçün, Dünya Axıska Türkləri Birliyinin
(DATÜB) başqanı Ziyatdin Kassanov bir miliyon dollar yardım edib.Qeyd etmək lazımdır ki, Ziyatdin Kassanov Dünya Axıska Türkləri Birliyinin inkişafında və güclənməsində xüsusi rolu olan şəxisdir.
 
Eyni zamanda Dünya Axıska Türkləri Birliyi daima Azərbaycan xalqı ilə bir olmuşdur. Bu il Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanovun başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən və DATÜB-ün Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, ABŞ, Rusiya və digər 9 ölkədən gəlmiş təmsilçiləri ilə görüşüb. Q.Paşayeva Axıskalılarla görüşlərin onunçün hər zaman əziz görüş olduğunu vurğulayıb. DATB-in, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) fəaliyyətini həmişə maraqla izlədiyini bildirib. Gənclərin öz adət-ənənəsinə, milli-mədəni irsə, ortaq dəyərlərə, o cümlədən Türk birliyi ideyasına bağlı böyümələri baxımından ictimai fəal qüvvələrin özünəməxsus rola malik olduğunu bildirib. Dünya Axıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanovun başçılığı ilə müxtəlif ölkələrdəki Axıska icmalarını təmsil edən ictimai liderlərin 20 Yanvar – Ümumxalq Hüzn Günündə Bakıya səfər etməsini təqdirlə qarşılayan Q.Paşayeva, şəhidlər – Milli Qəhrəman İsgəndər Aznaurov, Battal Bayraxtarov, Vüsal Şirinov, Musa Həmzəyev, Zeynalı Dursunov kimi oğulların yüksək vətənpərvərliyindən, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması, ərazi bütövlüyünün qorunmasında xidmətlərindən minnətdarlıqla söz açıb. Görüşdə müxtəlif mədəni layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Z.Kassanov Azərbaycanda keçirdiyi bir sıra görüşlər, Azərbaycanda yaşayan Axıska türklərinin həyat və şəraiti ilə yaxından tanış olması barədə Komitə sədrinə məlumat verib. Z.Kassanov və DATÜB-ün 9 ölkə üzrə təmsilçiləri Q.Paşayevanın müxtəlif beynəlxalq platformalarda, xarici səfərlərdə Axıskalıların problemlərini səsləndirməsini, onun Axıska sürgünü, ümumən Axıska ilə bağlı yazdıqlarını minnətdarlıqla qeyd ediblər. “Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Axıska türklərinin sürgün edilməsinin 75-ci ildönümü ilə bağlı Anım mərasimində çıxış edərkən sizin “Axıska” şeirini oxumasını da minnətdarlıqla xatırlayırıq. Azərbaycanda və Türkiyədə günü zü görmüş “Vətən qoxusu” əsərinizə görə də sizə minnətdarıq. Dünyanın dörd tərəfindəki Axıskalılar hər zaman Azərbaycanın dərdlərini, həqiqətlərini dilə gətirdiyi kimi, əmin ola bilərsiniz ki, bundan sonra da Azərbaycanın dərdini dərdimiz, sevincini sevincimiz biləcəyik”. Komitə sədri DATÜB başqanı və təmsilçilərinə Azərbaycan, o cümlədən Xocalı Soyqırımı həqiqətlərinə yanar ürəkli münasibətlərinə görə onlara təşəkkür edib.
 
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.Bu müharibədə Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov Azərbaycanda olmuş və hər mənada dövlətimizə,xalqımıza dəstək olmuş eyni zamanda Cənab Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətini davamlı olaraq dəstəkləmişdir.
 
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavini və Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) İdarə Heyətinin üzvü, Azərbaycan vətəndaşı Mövlud İşık 13 yanvar 2023-cü il tarixində Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya qatılaraq ATVİB və DATÜB-ün dəstəyini ifadə edib.
 
Ermənistanın bir sıra KİV-ləri, o cümlədən panorama.am, pastinfo.am, russia-artsakh.ru saytları ATVİB və DATÜB-ün ekofəallara dəstəyindən ciddi narahat olublar.
 
Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanovun fəaliyyəti bu mənada böyük qiymətəlayiqdir.
 
Qeyd etmək lazımdır ki, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanovun Azərbaycana dəstək göstərməsinə kifayər qədər ciddi kömək olan,Ulu Öndər Heydər Əliyev ideyalarına daima sədaqəti ilə fərqlənən,Cənab Prezident İlham Əliyev siyasətini təbliğ edən, polkovnik Vaqif Əsədovun böyük xidmətləri danılmazdır.
Bir neçə gün öncə,Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanovun başçılıq etdiyi nümayəndə heyəti Vaqif Əsədovla görüşmüş,ona milli geyimlərini hədiyyə etmişlər.








Redaktorun seçimi