Sürücülərə indiyədək kamera ilə yazılan bu cərimələr silinməlidir - AÇIQLAMA

Hit: 367
Sürücülərə indiyədək kamera ilə yazılan bu cərimələr silinməlidir - AÇIQLAMA
Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri şərh edib. O bildirib ki, bu gündən qüvvəyə minən dəyişikliklərə görə, yol polisi şəhər kameraları və aypatrul sistemi vasitəsilə dayanma-durma qaydalarını pozan sürücülərə cərimələr yazacaq: “Amma hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyinin indiyədək sürücülərə kamera ilə yazdığı cərimələr xitam verilməlidir.
 
Çünki qanun bu gün qüvvəyə minirsə bir daha təsdiq edilir ki, BNA indiyədək qanunsuz yazıb. Bundan başqa, hesab edirəm ki, yol polisi sürücüləri nəzərə almalıdır. Yəni heç kimə mane olmayan sürücünü bir-iki dəqiqə dayanmaya görə cərimə etmək lazım deyil. Fikrimcə, kamera ilə yalniz 2-3-cü cərgədə, səkidə, zebranın üstündə park edənləri cərimələmək lazımdır. Digər hallarda isə əvvəlki qaydada yazmaq olar. Həm vətəndaşları incitməyək, həm də daha ağır qayda pozanlar dərhal cəzalanmış olar.
 
Ümumiyyətlə, parklanmaya görə cərimə həmişə ciddi etirazlar doğurur. Düşünürəm ki, Daxili İşlər Nazirliyi cərimə ilə yanaşı vətəndaşlara şərait yaratmağı da prioritet sayacaq”.
 








Redaktorun seçimi