Türkiyəli nazir “Bilim Bakı”da

Hit: 312
Türkiyəli nazir “Bilim Bakı”da
Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Məlumat verilib ki, mərkəzin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin
"Nobel" mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.
 
6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönələn layihənin məqsədi şagirdlərə məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
 
Bildirilib ki, mərkəzdə hər biri 20 şagird tutumlu 6 laboratoriya fəaliyyət göstərir. Burada 4, 5, 6 və 7-ci sinfi bitirən şagirdlərin iştirakı ilə həyata keçirilən “Deneyap” proqramı erkən yaşlarda innovasiya və texnologiyalara maraq oyatmaqla gələcəyin mühəndislərinin, elm adamlarının və innovativ sahibkarların yetişməsinə dəstək verir.








Redaktorun seçimi