Ötən ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib

Hit: 530
Ötən ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib
Bu günlərdə 2022-ci ilin idman yekunlarına həsr olunmuş idman tədbir keçirilib. Tədbiri “Sportsman” jurnalı tərəfindən təşkil edilib. “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı adı ilə keçirilən ilin yekunları tədbirində 2022-ci il ərzində fərqlənən idmançılar və idman mütəxəssisləri müvafiq nominasiyalar üzrə qalib elan olunublar.
 
Qeyd edək ki, “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sportsman” jurnalı tərəfindən təsis edilib. Mükafatın ilk təqdimetmə mərasimi 31 yanvar 2009-cu ildə “Bakı” Əyləncə Mərkəzinin “Eliza” zalında keçirilib. Beləcə, müxtəlif layihələr həyata keçirən “Sportsman” jurnalı, 2008-ci ilin ən yüksək idman nailiyyətlərini müəyyən edərək, böyük uğurlar əldə etmiş idmançılara, məşqçilərə, idman mütəxəssislərinə, eyni zamanda, Azərbaycan idmanına dəstək olan qurumlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edib.
 
29 yanvar 2016-cı ildə “Jumeirah Bilgah Beach Hotel”də keçirilən “Zəfər-2015”in təqdimat mərasimində isə Dünya İdman Jurnalistləri Assosiasiyasının (AİPS) baş katibi maltalı Çarli Kamenzuli və fransalı idman mütəxəssisi Kristof Mousset idmanın inkişafındakı xidmətlərinə görə “Zəfər” mükafatına layiq görüldülər. Beləcə, “Zəfər” ölkə sərhədlərini aşaraq, “Zəfər” Beynəlxalq İdman Mükafatı statusunu qazandı.
Mükafatlar bugünə kimi hər il keçirilən tədbirlərdə ilin yekunlarına həsr olunaraq, il ərzində fərqlənən idmançı və idman mütəxəssislərinə təqdim olunur.
 
Qeyd edək ki, bu il 15 yaşını qeyd edən “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı laureatları sırasında BrendSport.az saytının baş redaktoru Bəhruz Səmədov da var. Bugünə qədər bir çox sahələrdə çalışan B.Səmədov idman tədbirlərinin təşkilatçısı və ssenari müəllifi kimi də tanınır.
Təsadüfi deyil ki, B.Səmədov elə idman tədbirlərinin təşkilindəki xidmətlərinə görə təltif olunub.
 
Xatırladaq ki, B.Səmədovu olimpiya oyunlarının üçqat güləş hakimi “Qızıl fit” sahibi Hicran Şərifov təltif edib. Tanınmış idman adamı B.Səmədovun təşkil etdiyi bir neçə idman tədbirləri haqqında danışaraq, onun 44 günlük Vətən müharibəsində idman ictimaiyyətini biraraya gətirərək, "İlhamlı Qələbələr" adlı festivalın təşkilindən söz açmışdır. Festivalın iştirakçıları ilə cəbhə bölgələrində əsgərlərimizlə görüşlərin təşkil olunduğunu diqqətə çatdırıb. Eyni zamanda B.Səmədovun layihə rəhbəri və ideya müəllifi olduğu "İlhamlı Qələbələr" adlı festivalın ordumuzun Qarabağ zəfərinə həsr olunmuş qazilər, jurnalistlər, idmançılar və tanınmış insanlar arasında keçirdiyi idman festivalın əhəmiyyətindən danışıb.
 
Sonra təqdimetmə mərasimində ilin idmançısı və ilin futbolçusu nominaslyaları qaliblərinini mükafatlandırılması olub. Keçən il Dünya və Avropa çempionu olan yunan-Roma güləşçisi Eldəniz Əzizli ilin idmançısı, "Qarabağ"ın və milli komandamızın hücumçusu Ramil Şeydayev ilin futbolçusu seçilib.
Ötən il 30 illik yubileyini qeyd etmiş AFFA da mükafatlandırılanlar sırasında öz yerini alıb.
 
Ümumilikdə tədbirdə bir neçə mükafatçılar olub. Onları sizə təqdim edirik.
 
 
“Zəfər 2022” beynəlxalq idman mükafati
 
İlin idmançisi – Eldəniz Əzizli
 
İlin veteran idmançisi – Eduard Məmmədov
 
İlin məşqçisi – Siyana Vasileva (gimnastika üzrə məşqçi)
 
İlin idman federasiyasi – Azərbaycan Güləş Federasiyası
 
İlin milli komandasi – Azərbaycan Milli Karate Federasiyasının komandası
 
İlin idman klubu – “Neftçi” İK
 
İlin futbolçusu - Ramil Şeydayev
 
İlin idman jurnalisti – Mehman Süleymanov
 
İlin idman həkimi - professor Hüseynəli İsmayılov
 
İlin idman verilişi – Foto + (CBC Sport)
 
İlin idman yarışı – “Prezident kuboku – 2022” Reqatasi
 
İlin idman sağlamliq mərkəzi – “The club” Port Baku
 
Azərbaycan idmaninin inkişafindaki xidmətlərinə görə - Etibar Hüseynov
 
Azərbaycan idmaninin təbliğindəki xidmətlərinə görə - Aydın Əliyev (Azərbaycan Televiziyası)
 
Azərbaycan idmaninin və olimpiya hərəkatinin inkişafindaki xidmətlərinə görə – Milli Olimpiya Komitəsi
 
Gimnastika idman növlərinin inkişafindaki xidmətlərinə görə – Azərbaycan Gimnastika Federasiyası
 
Cüdo idman növünün inkişafindaki xidmətlərinə görə – Azərbaycan Cüdo Federasiyası
 
Azərbaycan futbolunun inkişafindaki xidmətlərinə görə – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)
 
Azərbaycan uşaq futbolunun inkişafindaki xidmətlərinə görə – Arif Zeynalov
 
 
İdman tədbirlərinin təşkilindəki xidmətlərinə görə – Bəhruz Səmədov
 
 
Xatırladaq ki, mükafatçılara Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyasiyaları Assosiasiyası, "Sportsman" jurnalı, "Scallezioni" kişi geyimləri, "İydə" parfum, "Bambi Yatak", "Ofisdə Dizayn", "Global Human Resource Solutions", "Öz Gədəbəy mineral suları" və BrendSport.az saytı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
 
Tədbirin bədii hissəsində istirak edən incəsənət nümayəndələri də özlərinin müsiqi töhfəsi ilə idmançıları təbrik ediblər.
 
"Star Band" qrupu, Səbinə İsmayılovanın "Səbinə Rəks Qrupu", muğam müsabiqəsinin mükafatçılarıdan olmus AzTV-nin solisti Könül Məmmədli, müğənni Elxan Qaraxanoğlu, bəstəkar-müğənni Emil Elmanoğlu, “Azərstar”ın qalibi Nigar Əhmədzadə, Cəmalə Alan-Bərk,
eləcə də tədbirə xüsusi dəvətlə Türkiyədən gələn musiqili qonaq Baris Komurcuoglu öz çıxışları ilə tədbirə gözəllik qatıblar.
 
Tədbirin sonunda tanınmış aparıcı Nuranə Andronova “Sportsman” jurnalının rəhbəri Rəşad Qəmərşahoğluna, jurnalın direktoru Etibar Hüseynova, tədbirin aparıcısı Sənan Şəfizadəyə və BrendSport.az saytının baş redaktoru Bəhruz Səmədova "İydə" parfumun “Qarabağ kolleksıyası”ndan hədiyyələr təqdim edib. Eyni zamanda Rəşad Qəmərşahoğluna, Etibar Hüseynova, tədbirin aparıcısı Sənan Şəfizadəyə və Bəhruz Səmədova Azadlıq prospekti 94 ünvanında yerləşən “Scallezioni” kişi geyimlərindən və "Bambi Yatak"dan xüsusi hədiyyələr təqdim olunub.
 
Biz də BrendSport.az saytı olaraq “Sportsman” jurnalının rəhbəri Rəşad Qəmərşahoğluna təşəkkürümüzü bildirir və kollektivimiz adından bütün mükafatçıları təbrik edirik.
 
Eyni zamanda başda "İydə" parfum olmaqla, bütün sponsorlarımıza minnətdarlığımızı bildiririk.








Redaktorun seçimi