Həmid Nəsirov Türkiyənin Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu ilə görüşüb

Hit: 421
Həmid Nəsirov Türkiyənin Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu ilə görüşüb
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu Recep Öztopu Baş İdarənin yerləşdiyi Gənclər Evində qəbul edib. 
 
Baş İdarə rəisi Həmid Nəsirov rəsmi qonağı salamlayaraq, onu yeni təyinatı ilə bağlı təbrik edib. İdarə rəhbəri Recep Öztopa Gəncədə Gənclər və İdman siyasəti barədə ətraflı məlumat verib. Baş İdarə rəisi Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu, daim qardaş ölkənin yaxın dəstəyini hiss etdiyimizi qeyd edərək, bu münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əmin olduğunu bildirib. 
 
Recep Öztop Türkiyə ilə Azərbaycan arasındaki qardaşlığın ən gözəl nümunələrindən olan Gəncə şəhərində xidmətə başladığı üçün qürur duyduğunu bildirib. O qeyd edib ki, daha əvvəl Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunda xidmət edib və bu coğrafiyada olmaqdan məmnundur. Baş konsul bugünədək Gəncə şəhərində həyata keçirilən tədbir və layihələrin, o cümlədən birgə təşkilatçılıq ilə baş tutan gənclər və idman bundan sonra da davam etdiriləcəyini bildirərək, bu istiqamətdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarənin dəstəyinə inandığını bildirib.
 
Baş konsula məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bu baxımdan il ərzində Gəncə şəhərində bir çox gənclər və idman tədbirlər həyata keçiriləcək ki, bu tədbirlərdə Recep Öztop və Baş konsulluğun əməkdaşlarını da görməkdən məmnun olarıq. 
 
Həmçinin Baş konsul Recep Öztop Gənclər Evi SXM-nin dərnəklərinin fəaliyyəti ilə tanış olub və gənclərə öz xoş diləklərini çatdırıb. 
 
Sonda qarşılıqlı hədiyyələr təqdim olunaraq şəkil çəkdirilib.








Redaktorun seçimi