Gəncədə gənclər şəhidlərimizi anıblar - FOTOLAR

Hit: 647
Gəncədə gənclər şəhidlərimizi anıblar - FOTOLAR
27 yanvar 2023-cü il tarixdə "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə Gənclər həftəsi çərçivəsində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə gənclərin iştirakı ilə "Vətənpərvər Azərbaycan Gəncliyi" devizi ilə Şəhidlər Xiyabanına ziyarət təşkil olunmuşdur.
 
Şəhidlər Xiyabanını ziyarət edən gənclər Vətən müharibəsində Azərbaycanın şanlı zəfər tarixini yazan şəhid qəhrəmanları ehtiram və hörmətlə yad edib, Azərbaycan gəncliyinin daha firavan və güclü dövlətdə yaşaması üçün canlarından keçən vətən övladlarının xatirəsini daim əziz tutacaqlarını və öz gələcək fəaliyyətləri ilə onların ruhlarını şad edəcəklərini vurğulayıblar.
1
1
1
1
1
1








Redaktorun seçimi