Bakıda Christian Provenzanonun iştirakı ilə seminar keçirilib - VİDEO - FOTOLAR

Hit: 1763
Bakıda Christian Provenzanonun iştirakı ilə seminar keçirilib - VİDEO - FOTOLAR
Bakıda “Ətirşah parfüm” şirkətinin təşkilatçılığı ilə ətir dünyasının tanınmış simalarından biri olan “CPL Aromas” şirkətinin parfümeri Christian Provenzanonun iştirakı ilə seminar keçirilib.
 
Seminarda parfümeriya aləminin sirləri haqda ətraflı məlumatlar verilib. Qeyd olunub ki, keyfiyyətli parfumlardan hər gün istifadə etmək məsləhət görülür. Lakin hansı parfumdan nə vaxt istifadə etməli olduğumuzu mütləq bilməliyik. Parfumları gündəlik, günün müxtəlif vaxtı, ilin fəsili, əhval-ruhiyyə və gecə həyatına görə seçmək daha düzgündür. 
 
Bildirilib ki, ətrin öz xüsusiyyətini uzun müddət saxlaması üçün onun saxlama qaydalarına əməl etmək lazımdır. Ətirləri quru, sərin və qaranlıq yerdə (adətən qutusunda) saxlamaq lazımdır ki, onlara günəş şüaları düşməsin.
 
Tədbirin sonunda seminar iştirakçıları sertifikatlarla təltif edilib.
 
Qeyd edək ki, “Ətirşah parfüm” 2019-ci ildə təsis edilmişdir. Məqsəd, ölkəmizin ətir bazarını keyfiyyətli və eksklüziv ətirlərlə zənginləşdirmək, müştərilərə yüksək səviyyədə xidmət göstərərək onların razılığını qazanmaq və bu sahəni inkişaf etdirərək beynəlxalq standartları ölkəmizdə tətbiq etməkdir. Şirkət müxtəlif növ ətir məhsullarının pərakəndə satışını həyata keçirir.

Faktor.az
1
1
1
1
1








Redaktorun seçimi