Bəxtiyar Nəbiyev ölkə başçısı tərəfindən təltif edilib

Hit: 1894
Bəxtiyar Nəbiyev ölkə başçısı tərəfindən təltif edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
Təltif edilənlər arasında YAP Yasamal Rayon Təşkilatının sədri, tarix elmləri namizədi, dosent Bəxtiyar Nəbiyev də var.
 
Bəxtiyar Nəbiyev ölkə başçısında öz təşəkkürünü bildirib:
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə “Tərəqqi” medalı ilə təlif olunmağım mənə əbədi olaraq sevinc və ruh yüksəkliyi ərmağan etdi. 
Təltif olunmağıma görə Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirir və göstərilən bu etimadı sonacan doğruldacağıma söz verirəm".

Faktor.az








Redaktorun seçimi