Ağacan Abiyevin Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri var - Adil Əliyev

Hit: 524
Ağacan Abiyevin Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri var - Adil Əliyev
Ağacan Abiyevin Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri var. İdmanın, xüsusilə boksun ölkəmizdə inkişafı, kütləviləşməsi, bu idman növü üzrə əldə edilən nailiyyətlərdə onun xidmətləri danılmazdır.
 
Faktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağacan Abiyevin 85 illik yubileyi mərasimindən sonra Milli Məclis sədrinin müavini Adil Əliyev deyib. O qeyd edib ki, 85 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr etmiş A.Abiyev uzun müddət Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru kimi çoxşaxəli fəaliyyətlə məşğul olub, Azərbaycanda Olimpiya hərəkatının təbliğində və inkişafında mühüm rol oynayıb.
 
Milli Məclis sədrinin müavini Ağacan Abiyevin fəaliyyətinin dövlətimiz tərəfindən qiymətləndirildiyini bildirib: “Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan Ağacan Abiyev “Şöhrət” və “Şərəf”, eləcə də 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib”.








Redaktorun seçimi