“Ağ ölüm” narkotikə YOX deyək!”

Hit: 400
“Ağ ölüm” narkotikə YOX deyək!”

Bu adda qısametrajlı filmin təqdimatı keçirilib

Noyabrın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin böyük akt zalında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Virtual metodlarla “Ağ ölüm” narkotikə YOX deyək!” layihəsi çərçivəsində “Ağ ölüm” narkotikə YOX deyək!” adlı qısametrajlı filmin təqdimatı keçirilib.
 
Faktor.az xəbər verir ki,  tədbiri layihənin koordinatoru Kənan Qubadzadə açaraq bildirib ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir. Film 7 dəqiqə ərzində həm səsli, həm də ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mediada, o cümlədən televiziyalarda yayımlanacq, “YouTube”də və digər sosial şəbəkələrdə paylaşılacaqdır.
 
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Kamilə Əliyeva, İlham Məmmədov və ekspertlər Bayram Aslanov, Anar Sarıyev çıxış edərək bildiriblər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq-mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir. Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayılan narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Eyni zamanda, sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı mübarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Bu baxımdan narkomaniyaya qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər.
 
Tədbir çərçivəsində narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general- mayoru İslam Hümbətova, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinə görə ekspert Bayram Aslanova, polis kapitanı Səid Əsədliyə,  AzMİU-nun Tələbə Həmkarlar Təşkilatının sədr müavini Şahmar Rəfiliyə, fotoqraf Elnur Abdullaya “Narkotizmlə Mübarizə” İctimai Birliyi tərəfindən Təşəkkürnamə təqdim edildi.








Redaktorun seçimi