“Qarabağın flora və faunasi” adlı elmi-praktik konfrans keçirilib

Hit: 372
“Qarabağın flora və faunasi” adlı elmi-praktik konfrans keçirilib
Noyabrın 23-də Fitoterapevtlər İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın flora və faunasi” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Faktor.az xəbər verir ki, əvvəlcə “Qarabağnamə” adlı videoçarx nümayiş etdirilib.
 
Tədbirin əhəmiyyətini vurğulayan ictimai birliyin sədri Məlahət Qəhrəmanova qeyd edib ki, konfrans Qarabağın flora və faunasının işğaldan əvvəlki və mövcud vəziyyəti, dərman bitkiləri və sair istiqamətləri əhatə edəcək.
 
Əməkdar incəsənət xadimi, “Qarabağın flora və faunası” layihəsinin ideya müəllifi, Fitoterapevtlər İctimai Birliyinin fəxri üzvü Fəxriyyə Xələfova qeyd edib ki, ermənilərin Qarabağda həyata keçirdiyi ekoloji terrorun fəsadları ağırdır. Bu, təkcə ekoloji terror deyil, həmçinin ölkəmizə qarşı törədilən müharibə cinayətləridir.
 
Sonra Milli Məclisin deputatları Qənirə Paşayeva, İlham Məmmədov, professor İradə Hüseynova və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Qarabağın təbiəti, flora və faunası, azad edilmiş ərazilərin bərpası işləri barədə məlumat verilib.
 
Konfransda işğal zamanı Ermənistan tərəfindən törədilmiş ekoloji durumun acı nəticələri müzakirə olunub.







Redaktorun seçimi