Qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətinin prioritet istiqamətlərindəndir

Hit: 498
Qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətinin prioritet istiqamətlərindəndir
Noyabrın 23-də Bakıda İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda 5-ci Forum keçirilib. 
 
Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində təşkil olunmuş forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən qadın sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, statistikaya əsasən fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir və iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması, onların Agentlik tərəfindən göstərilən dəstək mexanizmləri barədə məlumatlandırılması, fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalana bilərlər.  

Faktor.az








Redaktorun seçimi