Azərbaycan-Albaniya münasibətlərinə - BAXIŞ

Hit: 396
Azərbaycan-Albaniya münasibətlərinə - BAXIŞ
Prezident İlham Əliyevin 15 noyabr 2022-ci il  tarixində Albaniyada rəsmi səfərdə olub. 
 
Səfər zamanı ölkə başçısı bildirib ki, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Aparılan ikitərəfli dialoqlıar hər iki ölkənin siyasi müstəvidə əlaqələrinin genişıiyindən xəbər verir. Eyni zamanda beynəlxalq təşkilatlarda birgə əməkdaşlığımız da buna əyani sübutdur. 
“Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar var.”-deyə bildirinən dövlət başçısı diqqətə çatdırıb ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Müzakirə ediləsi məsələlər çoxdur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri.
 
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" imzalanıb.
 
Səfər zamanı Prezident İlham Əliyev Qarabağ məsələsinə də toxunaraq bildirib ki, azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır. O qeyd edib ki, biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır. Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmli idi. 
 
Elmi Məmmədli
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi








Redaktorun seçimi