Nuran Abdullayevdən daha bir uğur - Minimal-invaziv neyroradioloq diplomunu aldı

Hit: 814
Nuran Abdullayevdən daha bir uğur - Minimal-invaziv neyroradioloq diplomunu aldı
Almaniyada yaşayan tanınmış azərbaycanlı həkim Nuran Abdullayev neyroradiologiya sahəsi üzrə yeni diplom alıb.
 
Bu barədə Faktor.az-a Nuran Abdullayev özü məlumat verib.
 
"Almaniyanın İnvaziv Radiologiya və minimal-invaziv Terapiya Cəmiyyəti, eləcə də Almaniyanın Neyroradiologiya və Rentgen Cəmiyyətləri tərəfindən ayrı-ayrılıqda aparılan qiymətləndirmə və təsdiqetmə prosesindən sonra "Minimal-invaziv neyroradioloq mütəxəssis" diplomunu aldım. Bu, Almaniyada invaziv neyroradiologiya sahəsində ən son dərəcəli - 2-ci kvalifikasiya səviyyəsidir. Bu kvalifikasiya səviyyəsinə yiyələnmək üçün Almaniyada cəmi 161 mərkəz var ki, Köln Universitet Klinikasının Neyroradiologiya departamenti ilk 5-likdə yer alır və Nordrayn-Vestfalen ərazisində ilk yeri tutur".
 
N.Abdullayev həmçinin əlavə edib ki, Almaniyada bu kvalifikasiya səviyyəsini qazanmış cəmi 300-ə yaxın yüksək ixtisaslaşmış neyroradioloq var. Onlar özlərinə müvafiq yüksək peşə bacarıqları ilə illik Almaniyada baş verən 270.000 beyin insultu zamanı ehtiyac olan beyin əməliyyatlarına və eləcə də 83 milyonluq əhalinin 5 faizinə qədərində rast gəlinən beyin anevrizmalarının neyroradioloji müalicəsinə cavabdehdirlər ki, bu xəstələrin də 1,5 milyonu beynindəki anevrizmadan xəbərsizdir.








Redaktorun seçimi