Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şiddətlə qınayıram - Deputat

Hit: 524
Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şiddətlə qınayıram - Deputat
"Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şiddətlə qınayıram. Çünki Senatın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə tamamilə qərəzli bir sənəddir. Reallıqdan çox-çox uzaq olan belə bir sənədin qəbul edilməsi Azərbaycan-Ermənistan münasibətlərinin stabilləşməsinə zərbə vurmaqla yanaşı, eyni zamanda Azərbaycan-Fransa münasibətlərinə də kölgə salır.
 
Bunu Faktor.az-a açıqlamasında millət vəkili Jalə Əhmədova deyib.
 
O bildirib ki, Fransa Senatı  bilməlidir ki, Azərbaycan BMT-nin ona verdiyi hüququndan istifadə edib və 30 il Ermənistanın işğalı altında qalan dədə-baba torpaqlarını işğaldan azad edib.
 
Azərbaycanı ermənilərə məxsus abidələrə qarşı qeyri-adekvat davranışlarda ittiham edən Fransa Senatı, ermənilərin məscidlərimizdə heyvan saxlaması faktını niyə görməməzlikdən gəlir? Milli-mədəni, tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandal hərəkətlərdən, güllələnmiş heykəllərdən, dağıdılmış qəbirlərdən, murdarlanmış məscidlərdən  xəbərsizdirmi, Senatın üzvləri?
 
Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edən və bununla yanaşı, 30 il ərzində Ermənistanın işğalçı siyasətinə göz yuman Fransa Senatı bilməlidir ki, Qarabağ beynəlxalq hüquqla tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsidir".
 
 








Redaktorun seçimi