Yeni sifət tanıma sistemi iş üçün personal seçir
“Washington Post” nəşrinin məlumatına görə, bir çox xarici işəgötürənlər müsahibələrdə süni intellektdən istifadə etməyə başlayıblar. Bu məqsədlə xüsusi neyroşəbəkə hazırlamış “HireVue” şirkətinin sistemi daha populyardır. Sözügedən sistem namizədin danışığını, səsinin tonunu və sifətini müşahidə edir, bundan sonra toplanılmış məlumatları təhlil edərək tövsiyə verir.
Süni intellekt texnologiyasına əsaslanan “HireVue” şirkətinin qiymətləndirməsi mehmanxana işi və maliyyə daxil olmaqla artıq bəzi sahələrdə geniş yayılıb, buna görə bəzi universitetlər tələbələrə müsahibədə ən yaxşı nəticə əldə etmək üçün danışmağın yolunu öyrədirlər.
“Hilton”, “Unilever” və “Goldman Sachs” daxil olmaqla 100-dən çox işəgötürən bu sistemdən istifadə edir.