Bal Yarmarkasında Ən Yaxşı Bal Kimindir? - BAXIN Kİ ALDANMAYASIZ! - VİDEO

Hit: 2252
Bal Yarmarkasında Ən Yaxşı Bal Kimindir? - BAXIN Kİ ALDANMAYASIZ! - VİDEO

 Hər il paytaxtda təşkil edilən arıçılıq məhsullarının satış yarmarkasına müxtəlif bal çeşidləri çıxarılır. Bu il də bal yarmarkası sentyabrın 28-də öz işinə başlayıb və oktyabrın 18-nə qədər davam edəcək.

Yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə təşkilatçılığı ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir. Bu, ölkədə keçirilən bal məhsullarının 20-ci sərgi-satış yarmarkasıdır. Bu il 37 rayon üzrə 321 arıçı qeydiyyata alınıb. Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib. Ən çox Şəki, Qax, Zaqatala, Astara bölgəsindən arıçılıq məhsulu paytaxta gətirilib.

Biz də yarmarkarda olub, arıçılarla söhbətləşdik, məhsulların çeşidlərini incələdik. Ətraflı Faktor TV-də izlə! 

 

 









Redaktorun seçimi