İslama görə kişi 4 arvad ala bilərmi? - Qadın öz ərindən talaq tələb edə bilərmi?

Hit: 1902
İslama görə kişi 4 arvad ala bilərmi? - Qadın öz ərindən talaq tələb edə bilərmi?

İslam qanunlarına görə, talağı kişi qadına verir. Amma qadının da öz ərindən talaq tələb etmək ixtiyarı var. Yəni əgər qadın öz əri ilə birlikdə yaşamaq istəmirsə və talaq almaq arzusundadırsa, əri ilə bu məsələnu müzakirə etməli və onun razılığını qazanmağa çalışmalıdır. Qadın talaq istəyirsə, bu zaman öz mehriyyəsini kişiyə bağışlaya bilər (əgər bundan əvvəl mehriyyəni alıbsa, geri qaytara bilər).

Faktor.az  islam.az-a istinadən bildirir ki, bu cür talağa "xül talağı" deyirlər. Qadın hətta mehriyyədən əlavə də öz mülkündən müəyyən qədər pul və ya əmlakı kişiyə hədiyyə etməklə talaq istəyə bilər. Əgər ərlə arvadın hər ikisi boşanmaq istəyirlərsə, buna "mübarat talağı" deyirlər. Bu da xül talağına bənzəyir. Fərq budur ki, mübarat talağında qadının kişiyə verdiyi pul mehriyyədən çox olmamalıdır. Xül talağında isə bağışlanan pulun və ya malın mehriyyə miqdarından çox olmasına icazə verilir.

Qadın bu şərtlər daxilində talaq tələb edəndə kişi buna razı olmasa və talaq verməkdən imtina etsə, qadın şəriət hakiminə (dini məhkəməyə və ya müctəhidə) müraciət edib, talağını oxutdurmağı ondan tələb edə bilər. Bu halda hakim və ya müctəhid kişi ilə rabitə yaradıb, qadına talaq verməsini ondan tələb edir, kişi razılaşmasa, hakim və ya müctəhid özü talaq oxuyur.









Redaktorun seçimi