"Bilinçik"in hazırlanması - Usta öz sirlərini açır - VİDEO

Faktor.az Lent.az-a istinadən maraqlı resepti təqdim edir.
Bu dəfə sizi sosial şəbəkədə "Азери" adı ilə məşhur olan səhifəyə istinadla "bilinçik"in resepti ilə tanış edəcəyik.
Tərkibi:
Xəmir üçün: 280-290 qr un 0.5 ç.q duz, 100 ml. bitki yağı, 4 ədəd yumurta (orta), 1 x.q şəkər tozu, 600 ml. süd (otaq istiliyində), 200 ml. su (otaq istiliyində)
İçlik üçün: 300-350 qr hazır qiymə, 100-150 qr nar dənəsi, 1 balaca dəstə keşniş, duz, istiot zövqə görə
Hazırlanma qaydası:
Bütün ərzaqları bir qaba əlavə edib, mikserlə qarışdırırıq. Sonra unu az-az töküb qatırıq. Hazır olduqdan sonra, bişirəcəyimiz qaba yağ əlavə edib xəmirləri qızardırıq. Xəmirin bir üzünü çox, digər tərəfi az qızardırıq.
İçliyi hazırlamaq üçün, qaba qiyməni, keşnişi və narı əlavə edib qarışdırırıq. Sonra xəmirin çox qızaran hissəsinə içliyi qoyub bükürük. Bükdüyümüz "bilinçikləri" yenidən qabda bitki yağı ilə qızardırıq.
Nuş olsun!


